“Rusiya öz müdafiəsi üçün istənilən silahdan, o cümlədən strateji nüvə silahlarından istifadə edə bilər”.Bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedev dövlət başçısı Vladimir Putinin bir gün əvvəl vətəndaşlara xüsusi müraciətində elan etdiyi əsas qərarları özünün “Telegram” kanalında şərh edərkən yazıb.
O, birləşmiş bütün ərazilərin mühafizəsinin Rusiya Silahlı Qüvvələri tərəfindən əhəmiyyətli dərəcədə gücləndiriləcəyini vurğulayıb.