Güney Azərbaycanda genişmiqyaslı həbslərin davamı olaraq Əbhər şəhərində keçirilən etiraz aksiyaları zamanı üç azərbaycanlı həbs olunub.Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.
Səidə Muradi, Əli Məqsudi və Əlirza Rəzəvi adlı etirazçılar sentyabrın 22-də İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıblar.
Etirazçılar Zəncan şəhər həbsxanasına aparılıblar.
Azərbaycanlı fəallara qarşı irəli sürülən ittihamlar barədə məlumat yoxdur.