Qauen: Azərbaycan sərhədi təkbaşına demarkasiya etdi

Təxribat strategiyası erməni millətçiliyinin çox köhnə ideyasıdır.
Sumqayit.tv Axar.az-a istinadən xəbər verir ki, bunu fransız tarixçi, politoloq, Avrasiya Araşdırmaları Mərkəzinin tədqiqatçısı Maksim Qauen Azərbaycanın dövlət sərhədində Ermənistanın törətdiyi son hərbi təxribatlara və yaranmış duruma münasibət bildirərkən deyib.
Politoloq hesab edir ki, bu təxribatları erməni komandanlığının tərkibində məlum havadarlarının köməyi ilə yeni müharibə arzusunda olan, azərbaycanlıların əvvəllər işğal olunmuş ərazilərə qayıtmasının qarşısını almaq istəyən revanşist zabitlər həyata keçirirlər:
“Nikol Paşinyanın onların tərəfində olduğunu düşünmürəm. O, həqiqətən də dövlət çevrilişindən qorxduğu üçün orduda təmizlik aparmadı”.
Ekspertin fikrincə, sentyabrda vəziyyətin gərginləşməsi Avropa İttifaqının vasitəçiliyi ilə aparılan danışıqlarda əhəmiyyətli irəliləyişin olması və Erməni İnqilab Federasiyasının (ARF) İrəvanda hakimiyyət dəyişikliyi etmək istəyi ilə bağlıdır.
Sülh əleyhinə nümayişlərin əsas təşkilatçıları arasında terrorçu, 1982-ci ildə Türkiyənin Los-Ancelesdəki baş konsuluna sui-qəsd törətdiyinə görə Kaliforniyada məhkum edilmiş, hazırda Ermənistanda yaşayan Hampiq Sasunyanın da olduğuna diqqət cəlb edilib:
“O, təxminən 40 il həbsdə olub. Paşinyan tərəfdarları tərəfindən linç edilmək riski olmasına baxmayaraq, yenə də öldürməkdən çəkinməyəcək. 1999-cu ildə Ermənistanın baş naziri Azərbaycanla sülh sazişinin imzalanmasını nəzərdən keçirdiyi üçün öldürülüb”.
M.Qauen nəzərə çatdırıb ki, Ermənistanın məlum havadarları Avropa İttifaqının vasitəçiliyi ilə əldə olunacaq sülh razılaşmasını istəmir və indiki kontekstdə (İsrail-Türkiyə-Azərbaycan üçbucağının yenidən yaradılması) Zəngəzur dəhlizi layihəsinə qarşı şiddətlə çıxır. Amma Azərbaycan və Ermənistan rəhbərləri arasında Zəngəzur dəhlizinin mahiyyəti ilə bağlı fikir ayrılıqları olsa da, onları danışıqlar yolu ilə həll etmək mümkündür.
Təxribat strategiyasının erməni millətçiliyinin 1890-cı ildən əl atdığı çox köhnə ideya olduğunu xatırladan politoloq bildirib ki, məqsəd xarici müdaxiləni təhrik etməkdir. Amma bu dəfə təxribatçıların Azərbaycanın balanssız cavab verəcəyi ümidi puça çıxıb:
“Azərbaycan Ordusu Ermənistanın döyüş vasitələrini məhv etdi, yüzlərlə hərbçini öldürdü və strateji yüksəklikləri ələ keçirərək sərhədi təkbaşına demarkasiya etdi”.

2-10-2022, 14:57 236

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041