Ceyhun Bayramovla italiyalı həmkarı arasında telefon danışığı olub


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İtaliya Respublikasının Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani arasında telefon danışığı baş tutub.
Bu barədə Azərbaycan XİN məlumat yayıb.
Ceyhun Bayramov ilk növbədə həmkarını bu yüksək vəzifəyə təyin olunması münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.
Nazir iki ölkə arasında strateji tərəfdaşlığın gücləndirilməsində baş tutan ali və yüksək səviyyəli səfərlərin, xüsusilə İtaliya Prezidenti Sercio Mattarellanın 2018-ci ildə Azərbaycana, Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci ildə və cari ilin sentyabr ayında İtaliyaya, habelə sabiq xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Mayonun 2022-ci ildə ölkəmizə səfərlərinin mühüm rol oynadığını qeyd edib.
Ölkələrimiz arasında mövcud çoxölçülü strateji tərəfdaşlıq münasibətlərinin və siyasi dialoqun “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə” çərçivəsində daha da genişlənməsinin vacibliyi vurğulanıb. Nazir təhsil sahəsində iki ölkə arasında əməkdaşlıqdan bəhs edərək, İtaliya xarici işlər nazirinin Bakıya səfəri zamanı təməli qoyulmuş İtaliya-Azərbaycan Universitetinin əhəmiyyət daşıdığını bildirib. Enerji sahəsində əməkdaşlığın inkişafından məmnunluq qeyd edilməklə yanaşı, sonuncu dəfə Romada keçirilmiş Azərbaycan-İtaliya iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti iclasının Bakıda təşkilinə hazırlıq ifadə olunub.    
Nazir Vətən müharibəsindən sonra post-münaqişə dövründə aparılan bərpa və quruculuq işləri, Ermənistanla normallaşma və sülh prosesi barədə məlumat verərək, İtaliyanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə göstərdiyi dəstəyə görə dərin minnətdarlığını bildirib. Eyni zamanda, İtaliyanın işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərində ilk iştirak edən ölkələrdən olduğu qeyd edilib.   
Nazir Antonio Tayani Azərbaycanla İtaliya arasında strateji dialoq və əməkdaşlıqdan məmnun olduqlarını vurğulayıb. İtaliyanın bölgəmizdə sülh və sabitliyə daim dəstək verdiyi bildirilib. Nazir energetika ilə yanaşı, təhsil və mədəniyyət sahəsində də geniş əməkdaşlıq perspektivlərinin olduğunu diqqətə çatdırıb.   
Tərəflər, Azərbaycan və İtaliya arasında iqtisadi sahədə səmərəli əməkdaşlıq əlaqələrinin mövcudluğunu, bu xüsusda İtaliyanın Azərbaycanın ən böyük ticarət tərəfdaşı olduğunu, Azərbaycanın isə İtaliyanın ən böyük enerji təchizatçılarından biri olduğunu məmnunluqla qeyd ediblər. Enerji sahəsində əməkdaşlığın genişləndirilməsində Cənub Qaz Dəhlizinin və onun tərkib hissəsi olan “TAP” qaz boru kəmərinin əhəmiyyətini vurğulayıblar.  
Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib. Nazir Ceyhun Bayramov İtaliya xarici işlər nazirini ölkəmizə səfərə dəvət edib.

21-11-2022, 17:18 139

Digər xəbərlər

SON DƏQİQƏ: Sumqayıtda 21 yaşlı gənc eyvandan yıxılaraq dünyasını dəyişdi

Prezidentin sərəncamı: Sumqayıt Apellyasiya Məhkəməsində yeni rəhbər təyinatı-FOTO

"Sumqayıt" Azərbaycan Kubokunda 1/8 finala yüksəldi

Sumqayıtda evdə kişi meyiti tapılıb

Sumqayıtda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olacaq

Sumqayıt Məhkəməsi dövlət əleyhinə çağırışlar edən şəxsə hökm oxudu

Abşeronda baş verən qətl işi üzrə Sumqayıtda hökm oxundu

Sarayda məktəblilər faciədən sonra sürücülərə mesaj verdilər

Sumqayıtda "metallom"da mühafizəçinin meyiti tapıldı

Sumqayıtda ağac kəsilmə faktı üzə araşdırma başladı - FOTO

SON DƏQİQƏ: DİN Sumqayıt sakinlərinə XƏBƏRDARLIQ ETDİ — VİDEO

Azərbaycan-Türkiyə birliyi və qardaşlığı əbədi və sarsılmaz olsun!

Sumqayıtda güzəştli mənzillərin satışı başlayır

Sumqayıtda zibildaşıyan maşın yanıb — FOTO

Türkiyə Cümhuriyyətinin qurulmasının 102 illiyidir

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı Respublika Günü münasibətilə təbrik edib

Prezident İlham Əliyev: “Zəngilan regionun strateji nəqliyyat mərkəzinə çevriləcək”

Ölən 10 yaşlı uşağı mal peyini ilə diriltmək istədilər - DƏHŞƏT

44 rəsmdə 44 qəhrəmanlıq hekayəsi – Sumqayıtda “Zəfərin rəngi” sərgisi keçirilib FOTO

Prezident İlham Əliyev Cəbrayılda “Şəms” və “Üfüq” Günəş Elektrik Stansiyalarının təməlini qoydu

1 2 3 4 5 6 7 8 9 10 ... 977
Bu gün, 23:10
Bu gün, 20:45
Bu gün, 20:29
Bu gün, 19:56
Bu gün, 16:18
Bu gün, 16:14
Bu gün, 16:08
Bu gün, 16:02
Bu gün, 12:08
Bu gün, 12:00
Bu gün, 11:56
Bu gün, 11:50
Bu gün, 08:35
Bu gün, 08:13
Bu gün, 00:17
Dünən, 22:47
Dünən, 22:23
Dünən, 19:52
Dünən, 18:11
Dünən, 17:35
Dünən, 17:25
Dünən, 14:59
Dünən, 14:56
Dünən, 12:12
Dünən, 11:41
Dünən, 11:25
Dünən, 11:20
Dünən, 11:00
Dünən, 09:39
Dünən, 08:12
27-10-2025, 23:06
27-10-2025, 22:14
27-10-2025, 19:59
27-10-2025, 19:53
27-10-2025, 18:43
27-10-2025, 18:34
27-10-2025, 18:07
27-10-2025, 17:21
27-10-2025, 14:17
27-10-2025, 14:00
1 2 3 4 5 6 7 8 9 10 ... 977