Ukraynanın Baş naziri Denis Şmıqal, Polşanın hökumət başçısı Mateuş Moravetski və Litvanın Baş naziri İnqrida Smonyte rəsmi Kiyevin NATO-ya üzvlüyünün sürətləndirilməsi ilə bağlı üçtərəfli bəyanat imzalayıblar.
Sumqayit.tv xəbər verir ki, bunu D.Şmıqal teleqram səhifəsində yazıb.
Sənəd noyabrın 26-da Kiyevdə “Lüblin üçbucağı” formatındakı görüş çərçivəsində imzalanıb.