“Ramiz Mehdiyev çalışdı ki, Kəmaləddin Heydərovu öz qruplaşmasının üzvü etsin, alınmadı...” - AÇIQLAMA

“Ramiz Mehdiyev çalışdı ki, Kəmaləddin Heydərovu öz qruplaşmasının üzvü etsin, alınmadı...” - AÇIQLAMA

“Vasif Talıbov dövlətə qarşı cinayət, vətənə xəyanət edib. Dövlət içində dövlət yaratmaq istəyirdi. Pul məsələsi düzələn işdir. Oğurlamısan, gətir yerinə qoy. Naxçıvandan seçilən deputatlar, o cümlədən Naxçıvandakı Ali Məclisinin üzvü olan deputatlar hamısı təcili öz ərizələrini yazıb getməli, Naxçıvan Ali Məclisi buraxılmalıdır. Çünki onlar da bu işə şərikidirlər. Bəs görmürdülər ki, Vasif Talıbov ölkəni talayır, dağıdır, Naxçıvanda ikinci bir dövlət yaratmaq istəyir? Hara baxırdılar? Niyə vaxtında hay-həşir salmırdılar? Vasif Talıbovun Ramiz Mehdiyevlə AMEA-da birgə təyin etdirdiyi Milli Məclisdə olan deputatların hamısı getməlidir, çünki böyük bir təhlükədirlər. Parlament təcili buraxılmalı, dövləti sevən, dövlət başçısının siyasi xəttini və millətin gələcəyini düşünən insanlar Milli Məclisdə olmalıdır. Talıbov və Mehdiyevin təyin etdikləri kadrların hamısı vətənə xəyanət maddəsi ilə həbs edilməlidir. Azərbaycan dövlətinin inkişafına zərbə vurduqlarına görə layiqli cəzalarını almalıdırlar. Referendum keçirilməli, Naxçıvanın statusu ləğv edilməli, Naxçıvan Azərbaycanın digər şəhərlərindən fərqlənməməli, ləyaqətli bir insan Naxçıvan şəhər icra başçısı təyin edilməlidir. Orada Azərbaycan dövlətinin tam nəzarətində iş getməlidir”.
Bu sözləri açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.
H.Hacıyev Naxçıvandakı proseslərin davamı olaraq fövqəladə hallar naziri Kəmaləddin Heydərovun vəzifəsindən azad ediləcəyi ilə bağlı iddialara isə belə münasibət bildirib: “Qətiyyən belə düşünmürəm. Çünki Kəmaləddin Heydərov dövlətçiliyə çox sadiq insandır. Qarabağ məsələsində, Azərbaycan dövlətçiliyinin müstəqilliyinin bu günə gəlib çıxmasında onun çox böyük xidmətləri var. Yaxşıların hamısının üstündən xətt çəkə bilmərik. Heydərov heç bir qruplaşmanın üzvü deyil, Prezidentə sadiqdir. Niyə getməlidir? Açıq deyirəm, hakimiyyətdə sadiq insan qalıbsa, biri Kəmaləddin Heydərovdur. Ölkəni boş qoya, bar uşaqlarının ixtiyarına verə bilmərik. Ölkəni Vasif Talıbovların oğlanlarının ixtiyarınmı verək? Həmişə dövlətçiliyi müdafiə edən insan olmuşam. Heç kimdən də asılılığım, qohumluğum, dostluğum yoxdur. Olsaydı, bizə də bir gün ağlayardılar. Dövlətçilik, vicdan, Vətən naminə həqiqəti deyən bir insanam. Heç kimin yanında heç kimin bir stəkan çayını içməmişəm ki, gözükölgəli olam. Kəmaləddin Heydərovun bu gün Azərbaycan dövlətinə etdiyi xidməti heç kim edə bilməz. Onun qədər dövlət başçısına sadiqliyini nümayiş edirən ikinci bir adam yoxdur. Ramiz Mehdiyev çox çalışdı ki, Kəmaləddin Heydərovu öz qruplaşmasının üzvü etsin, alınmadı. Heç bir xarici dövlətin, kəşfiyyatın əlaltısı deyil. “5-ci kolon”un üzvü etməyə çalışdılar, olmadı. Dövlətçiliyə, Prezidentə bu qədər sadiq insan niyə getməlidir? Hamını silək, tökək, bu da düzgün deyil, dövlətimizi sarsıda bilərik…”

23-12-2022, 11:11 135

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041