Rusiya XİN Paşinyanı reallığa çağırdı: “Üçtərəfli Bəyanatın hərtərəfli həyata keçirilməsində maraqlısınızsa…”


“Rusiyanın Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi danışıqları üçün platforma təqdim etmək təklifi qüvvədə qalır”.
Sumqayit.tv
xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarovanın bu gün yayılan şərhində deyilir.
Onun sözlərinə görə, eyni məsələ ilə bağlı rəsmi Yerevanın bəyanatları ciddi şəkildə fərqləndiyi üçün Ermənistan tərəfinin mövqeyini qiymətləndirmək çətindir.
“Sözügedən mətbuat konfransı zamanı Ermənistanın baş naziri Rusiyanın təklifləri əsasında sənədi imzalamaq niyyətindən, eyni zamanda Qərbin təşviq etdiyi məsələnin müəyyən “kompleks həllinə” üstünlük verilməsindən danışıb”, - deyə M. Zaxarova bildirib.
O xatırladıb ki, tərəflərin sülh müqaviləsini imzalayarkən əsas götürməyə razılaşdıqları Alma-Ata Bəyannaməsi Sovet İttifaqı respublikaları arasında mövcud olan sərhədlərin toxunulmazlığını təsdiqləyir.
“Həmin vaxt Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan SSR-in tərkibində idi. Təbii ki, Bakı ilə İrəvan arasında sülh prosesində bu halı gözardı etmək çox çətindir.
Onu da xatırlatmaq istərdik ki, 2022-ci il dekabrın 23-də Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sülh müqaviləsi üzrə görüşü keçirilməli idi. Hər iki ölkənin liderləri buna razılıq veriblər. Görüşün keçirilməsi üçün hər şey hazırlanmışdı. Amma məhz Ermənistan rəhbərliyi ölkəsinin xarici işlər naziri Ararat Mirzoyanın səfərini son anda ləğv etdi. Bu, təkcə sülh müqaviləsinin deyil, həm də Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı digər aktual məsələlərin, o cümlədən Laçın yolu ətrafında vəziyyətin müzakirəsinə mane oldu”, - deyə Rusiya XİN nümayəndəsi bildirib.
O, erməni tərəfini reallığa qayıtmağa çağırıb:
“Əgər erməni tərəfdaşlar Üçtərəfli Bəyanatın hərtərəfli şəkildə, ən yüksək səviyyədə həyata keçirilməsinə uyğun olaraq müəyyən edilmiş problemlərin həllində, həqiqətən, maraqlıdırlarsa, o zaman sxolastika ilə məşğul olmaq əvəzinə, əməkdaşlığa davam etməlidirlər. Rusiyanın Ermənistan-Azərbaycan sülh müqaviləsi danışıqları üçün platforma təmin etmək təklifi qüvvədə qalır”.

oxu.az

12-01-2023, 12:37 135

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041