Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Quranın yandırılması ilə bağlı danışıb.
Sumqayit.tv "TRT Haber"ə istinadən xəbər verir ki, Çavuşoğlu Serbiyanın baş nazirinin birinci müavini və xarici işlər naziri İvitsa Daçiç ilə birgə mətbuat konfransında bu mövzuya toxunub.
"İsveç hökuməti bu alçaq hərəkətə icazə verməklə bu cinayətin ortağı oldu. Bu ölkə NATO-ya üzvlük prosesinə mina düzür. Bundan sonra Türkiyə-Finlandiya-İsveç üçtərəfli görüşünün bir mənası qalmır", - deyə XİN başçısı bildirib.