Ukraynada Azərbaycan diaspor nümayəndələri ilə görüş keçirildi


Görüşdə Ukraynada səfərdə olan Azərbaycan mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, Xarkov Şəhər Şurasının katibi, merin səlahiyyətlərini icra edən İqor Terexov, Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova, Azərbaycan-Ukrayna Parlamentlərarası Dostluq Qrupunun həmsədri Rüfət Quliyev, Azərbaycanın Xarkovdakı Fəxri konsulu Əfqan Salmanov, diplomatik korpusun və Xarkovdakı Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
Sumqayit.tv xəbər verir ki, qonaqları salamlayan İqor Terexov bildirib ki, mədəniyyət, sosial layihələrin birgə həyata keçirilməsi beynəlxalq əlaqələrin əhəmiyyətli bir hissəsidir. Ukraynada ən güclü diasporlardan birinin Azərbaycan diasporu olduğunu deyən İqor Terexov vurğulayıb ki, Xarkov istisnasız olaraq bütün sahələrdə əməkdaşlığa hazırdır.
Görüş zamanı Azərbaycan mədəniyyət nazirinin birinci müavini Elnur Əliyevin Xarkovun Azərbaycan üçün tarixən əhəmiyyətli bir şəhər olduğunu bildirib. Qeyd edib ki, Azərbaycan kinosunun inkişafında xidməti olan Aleksandr Mişon Xarkovda anadan olub, Bakıda doğulan Nobel mükafatı laureatı, alim Lev Landau Xarkov Universitetində çalışıb. “Bu gün Ukraynada Azərbaycan poeziyasının klassikası Nizami Gəncəviyə abidə qoyulur. Bütün bunlar Azərbaycan ilə Ukrayna arasında tarixən dostluq münasibətlərinin olduğunun bariz nümunəsidir. Bu münasibətlərin inkişafında Ukraynada yaşayan soydaşlarımızın da böyük xidmətləri olub və bu iş uğurla davam etdirilir.”
Daha sonra çıxış edən səfir Elmira Axundova 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsinə dair Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamından irəli gələrək, Ukraynanın Xarkov şəhərində mütəfəkkirin heykəlinin ucaldılmasını tarixi hadisə adlandırıb. Səfir göstərdikləri dəstəyə görə, Xarkov meriyasına, memar və layihə müəlliflərinə, Azərbaycanın Xarkovdakı Fəxri konsulluğuna, diaspor fəallarına təşəkkürünü bildirib. Səfir, sonda Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) Dnepropetrovsk vilayəti təşkilatının sədri Nəcəf Əhmədova “Diaspor fəaliyyətində xidmətə görə” medalı, həmçinin Azərbaycanın Xarkovdakı Fəxri konsulu Əfqan Salmanova “Pandemiya və Vətən müharibəsi dövründə göstərdiyi fəaliyyətə görə” təşəkkürnaməni təqdim edib.
Tədbirdə çıxış edən Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri Rövşən Tağıyev, Kiyev Azərbaycanlıları Konqresinin sədri Oleq Krapivin diasporun gördüyü işlərdən danışıblar.

17-09-2021, 14:52 170

Digər xəbərlər

Sumqayıtda 21 yaşlı qız binadan yıxılaraq dünyasını dəyişib - Fotosu

“Bəzi peşələr yoxa çıxacaq” - “ChatGPT”nin yaradıcısı

Kamerun dünyanın ən yaşlı prezidentini seçdi

Sinaqoqa qarşı terror aktı həyata keçirməyə cəhddə təqsirləndirilən şəxsə hök

Sumqayıt və Sarayda Birinci Qarabağ Müharibəsinin itkin düşmüş şəhidinin dəfn mərasimi keçiriləcək

Azərbaycan Kuboku: “Sumqayıt” komandası Zaqatalada qüvvəsini sınayacaq

"Sumqayıt" daha bir basketbolçunun keçidini reallaşdırıb - VİDEO

Sumqayıtın böyük bir ərazisində su kəsintisi olacaq – RƏSMİ

Avro ucuzlaşdı, dollar sabit qaldı – Sumqayıt əhalisinin diqqətinə - RƏSMİ

Saray-Sumqayıt marşrutunda avtobus skandalı – “Karsan”lar xətdən çıxarıldı: Daşıyıcı şirkətdən AÇIQLAMA

Sumqayıtda U-17 üzrə regional cüdo birinciliyi başa çatdı – Medalçılar açıqlandı

Saleh Səmədovun rəis oğlu da işdən çıxarıldı

Pekindən Avropaya iqtisadi zərbə: Brüssel panikada

"Sumqayıt" Azərbaycan Kubokunda II təsnifat mərhələsinə hazırlaşır

Türkiyədə yenə zəlzələ oldu - SON DƏQİQƏ

İqtisadiyyat naziri Sumqayıtda vətəndaşları qəbul edəcək

Sumqayıtda ərini döydürməkdə ittiham olunan qadın DANIŞDI

Real Madrid – Barcelona oyunu

Sumqayıtda evdən meyit tapıldı

Sumqayıtda yol qəzasında xəsarət alan yeniyetmələrin sayı 6-ya çatıb - YENİLƏNİB

1 2 3 4 5 6 7 8 9 10 ... 975
Dünən, 23:06
Dünən, 22:14
Dünən, 19:59
Dünən, 19:53
Dünən, 18:43
Dünən, 18:34
Dünən, 18:07
Dünən, 17:21
Dünən, 14:17
Dünən, 14:00
Dünən, 12:25
Dünən, 12:11
Dünən, 12:09
Dünən, 12:04
Dünən, 11:52
Dünən, 11:38
Dünən, 11:30
26-10-2025, 22:02
26-10-2025, 21:44
26-10-2025, 20:30
26-10-2025, 16:29
26-10-2025, 16:22
26-10-2025, 16:17
26-10-2025, 16:15
26-10-2025, 15:58
26-10-2025, 15:47
26-10-2025, 15:45
26-10-2025, 15:40
26-10-2025, 15:33
26-10-2025, 15:17
26-10-2025, 13:44
26-10-2025, 13:20
26-10-2025, 13:15
26-10-2025, 13:03
25-10-2025, 21:43
25-10-2025, 21:39
25-10-2025, 21:34
25-10-2025, 21:24
25-10-2025, 20:25
25-10-2025, 20:15
1 2 3 4 5 6 7 8 9 10 ... 975