Araik Xankəndidən qaçmaq üçün yollar axtarır


Altı ay öncə qondarma rejİmin “dövlət naziri”, Rusiyanın Xankəndidəki nümayəndəsi Ruben Vardanıyan, indi isə erməni separatçıların “lideri” Araik Artyunyan “istefa” verdi. Səlahiyyətlərini isə Samvel Şahramanyan ötürdü.
Qeyd etmək lazımdır ki Xankəndidə ard-arda baş verən yarpaq tökümü heç də təsadüfi deyil. Bu, ilk növbədə Bakının atdığı ardıcıl, sistemli və dönməz siyasətin nəticəsində meydana gəlir. Separatçılar psixoloji təsirin ağırlığına tab gətirə bilmədiklərindən, gələcəkdə qarşılaşa biləcəkləri məsuliyyət yükünün altında tam olaraq qalmamağa çalışırlar. O cümlədən Araik Arutyunuyanın da “istefası”na bu prizmadan yanaşmaq mümkündür. Çünki Xankəndidə yaşayan erməniləri pis vəziyyətə salan separatçılar və onların saxta liderləri 2020-ci il müharibəsindən sonra çox çalışdılar ki, status-kvonu dəyişsinlər. Bunun üçün Artyunuyan kimi baş separatçılar Ermənistan dövləti vasitəsilə Azərbaycanı bir sıra beynəlxalq təşkilatlara, o cümlətən BMT Təhlükəsizlik Şurasına iki dəfə şikayət etdilər. Güya ki, Azərbaycan Qarabağın Xankəndi şəhərində yaşayan erməniləri 12 dekabr 2022-ci il tarixindən mühasirədə saxlayır. 15 iyun tarixindən isə “aclıq soyqırımı”na məruz qoyub.
Əslində isə bu şikayətlərin pərdə arxasında başqa mətləblər dayanırdı. Arutyunyan və onun kimi qondarma liderlər, beynəlxalq aləmin diqqətini Xankəndinə yönəltməklə, çalışırdılar status-kvonu 2020-ci il 27 sentyabrıdan əvvələ qaytara bilməsələr də heç olmasa, mövcud vəziyyəti qoruyub saxlasınlar ki, həlqə daha da daralmasın.
Lakin sonuncu dəfə BMT TŞ-də dinləmələrə çıxarılan “Laçın dəhlizi” məsələsi eyni zamanda, beynəlxalq təzyiqlərə qarşı Bakının dik duruşu Xankəndi separatçılarının planlarını fiaskoya uğratdı. Bu da araiklərin arzularının suya düşməsi demək idi. Proseslərin bu cür davam etməsi isə istər-istəməz, Xankəndidəki daxili gərginliyin artmasına və cərəyanın Arutyunyana tərəf yön alacağı bilməsinə eyham idi. Ona görə də Aryutunyan nəyin bahasına olursa-olsun çalışırdı ki, siyasi şou yaratmaqla Xankəndidə yaşayan ermənilərin başını qatsın. Baş qatmaq siyasəti isə ilk növbədə Xankəndində yaşayan ermənilərin taleyi və yaxud sosial durumu ilə bağlı deyildi. Bu siyasət məhz Arutyunyanın özünə lazım idi. Çünki, baş separatçıya bədbəxt ermənilərin üzərindən imitasiya etməklə, dırnaqarası hakimiyyətinin ömrünü uzatmaq və beləliklə, öz sərvətlərini artırmaq daha maraqlı gəlirdi. Bu səbəbdən də Araik “aclıq soyqrımı” adı altında Qarabağda şou düzəltmişdi.

Araik Arutunyan
“Sən saydığını, say, gör, Bakı nə sayır” siyasəti isə Azərbaycan tərəfindən davam etdirilməkdə idi. Taktiki və həlledici gedişi isə şübhəsiz ki, avqustun 29-da Ağdam yolu üzərində Xankəndiyə göndərilən humanitar yardım karvanı idi. Doğrudur, həmin yardım hal-hazırda separatçıların maneəçilik üzündən Xankəndiyə yetişməsə də Bakının bu addımı, humanitar missiya ilə yanaşı həm də çox böyük siyasi gediş sayıla bilər. Rəsmi Bakı Xankəndiyə humanitar yardım göndərməklə, iki istiqamət -beynəlxalq ictimaiyyətə və ermənilərə mesaj göndərmiş oldu. Xüsusən də məlum mesajın separatçıların əsirinə çevrilmiş Xankəndi ermənilərinə yönəlik olması məntiqlidir. Çünki, bu humanitar karvan həm də Araikin və digər separatçı “liderlərin” Xankəndi erməniləri üzərindəki təsir imkanlarını bir başa sarsıdan addım kimi qəbul oluna bilər. Yəni, Xankəndidə yaşayan ermənilər Azərbaycanın humanist addımlarını gördükcə separatçı “liderlərindən” üz çevirərək, “biz sizin yox, İlham Əliyevin liderliyi altında yaşamaq istəyirik” demək ehtimalını artırmış olur. Bu isə gələcək perespektivdə Araikin həyatı təhlükəsizliyinin sual altına alınmasıdır. Ona görə də Araik, cərəyan edən hadisələrin hər ötən gün onun və digər separatçıların əlehinə işlədiyini dərk etdiyindən, öz təhlükəsizliyini müəyyən mənada sığortalamaq üçün “istefa” verdi.
İndi isə onu düşündürən bir məsələ var. O da Azərbaycan hüquq mühafizə orqanlarının əlinə düşməmək üçün Xankəndidən çıxmağın yollarını tapmaqdır. Azərbaycan dövləti isə atdığı hər addımla nəinki “istefa”lara nail olur, eyni zamanda araiklərin, rubenlərin, samvellərin həbs olunacağı günü yaxınlaşdırır.
Elçin Abdullayev
Bakıvaxtı.az

2-09-2023, 15:30 145

Digər xəbərlər

Sumqayıtda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olacaq

Sumqayıt Məhkəməsi dövlət əleyhinə çağırışlar edən şəxsə hökm oxudu

Abşeronda baş verən qətl işi üzrə Sumqayıtda hökm oxundu

Sarayda məktəblilər faciədən sonra sürücülərə mesaj verdilər

Sumqayıtda "metallom"da mühafizəçinin meyiti tapıldı

Sumqayıtda ağac kəsilmə faktı üzə araşdırma başladı - FOTO

SON DƏQİQƏ: DİN Sumqayıt sakinlərinə XƏBƏRDARLIQ ETDİ — VİDEO

Azərbaycan-Türkiyə birliyi və qardaşlığı əbədi və sarsılmaz olsun!

Sumqayıtda güzəştli mənzillərin satışı başlayır

Sumqayıtda zibildaşıyan maşın yanıb — FOTO

Türkiyə Cümhuriyyətinin qurulmasının 102 illiyidir

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı Respublika Günü münasibətilə təbrik edib

Prezident İlham Əliyev: “Zəngilan regionun strateji nəqliyyat mərkəzinə çevriləcək”

Ölən 10 yaşlı uşağı mal peyini ilə diriltmək istədilər - DƏHŞƏT

44 rəsmdə 44 qəhrəmanlıq hekayəsi – Sumqayıtda “Zəfərin rəngi” sərgisi keçirilib FOTO

Prezident İlham Əliyev Cəbrayılda “Şəms” və “Üfüq” Günəş Elektrik Stansiyalarının təməlini qoydu

Sumqayıtda oktyabr ayı üzrə bütün sosial ödənişlər tam şəkildə həyata keçirilib

Sumqayıtda Birinci Qarabağ müharibəsinin itkin şəhidi Lətif Şahhüseynov dəfn edilib - FOTO

Sumqayıt şəhərini Saray körpüsü ilə birləşdirən yolla bağlı son vəziyyət -FOTO-VİDEO

Etibar Məmmədovdan Arif Hacılıya: “Cəfəng adamlara cavab vermirəm” - QALMAQAL

1 2 3 4 5 6 7 8 9 10 ... 977
Bu gün, 16:18
Bu gün, 16:14
Bu gün, 16:08
Bu gün, 16:02
Bu gün, 12:08
Bu gün, 12:00
Bu gün, 11:56
Bu gün, 11:50
Bu gün, 08:35
Bu gün, 08:13
Bu gün, 00:17
Dünən, 22:47
Dünən, 22:23
Dünən, 19:52
Dünən, 18:11
Dünən, 17:35
Dünən, 17:25
Dünən, 14:59
Dünən, 14:56
Dünən, 12:12
Dünən, 11:41
Dünən, 11:25
Dünən, 11:20
Dünən, 11:00
Dünən, 09:39
Dünən, 08:12
27-10-2025, 23:06
27-10-2025, 22:14
27-10-2025, 19:59
27-10-2025, 19:53
27-10-2025, 18:43
27-10-2025, 18:34
27-10-2025, 18:07
27-10-2025, 17:21
27-10-2025, 14:17
27-10-2025, 14:00
27-10-2025, 12:25
27-10-2025, 12:11
27-10-2025, 12:09
27-10-2025, 12:04
1 2 3 4 5 6 7 8 9 10 ... 977