Türkiyə xarici işlər naziri Hakan Fidan bu gün NATO-nun Baş katibi Yens Stoltenberqlə telefon danışığı aparıb.Sumqayit.tv xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, danışıq zamanı tərəflər Ukraynadakı son hadisələri, taxıl dəhlizinin canlandırılması istiqamətində atılan addımları və İsveçin NATO-ya üzvlüyü məsələsini müzakirə edib.