Qərbi Azərbaycan İcmasının sözçüsü: "UNESCO-nun bizə müsbət cavabı region tarixinin təhrif edilməməsi baxımından önəmli haldır"


"UNESCO-nun Qərbi Azərbaycan İcmasına müsbət cavabı regionun tarixinin təhrif edilməməsi baxımından önəmli haldır".
Sumqayit.tv xəbər verir ki, bu fikirləri "Report"un sorğusuna cavab olaraq Qərbi Azərbaycan İcmasının (QAİ) sözçüsü Ülviyyə Zülfiqar deyib.
Onun sözlərinə görə, Qərbi Azərbaycan İcması həm indiki Ermənistan ərazisindən çıxarılan soydaşlarımızın hüquqlarının bərpası, həm də burdakı irsimizlə bağlı ədalətin təmin olunması istiqamətində beynəlxalq miqyasda apardığı fəaliyyətini davam etdirir: "Bununla bağlı ötən gün UNESCO-dan İcmaya artıq ikinci rəsmi cavab gəlib. Daha əvvəl İcma Azərbaycan ictimaiyyətinin də bu quruma göndərmiş olduğu müraciəti təkrarlamaqla Ermənistana maddi irsimizlə bağlı faktaraşdırıcı missiyanın göndərilməsini tələb edən məktub ünvanlayaraq, həmçinin Qərbi Azərbaycanlıların maddi və qeyri-maddi mədəni irsi, o cümlədən elə 2009-cu ildə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınmış aşıq sənəti barədə məlumat verərək soydaşlarımıza qarşı törədilən insanlıq cinayətləri nəticəsində irsimizə dəyən zərər barədə narahatlığını ifadə etmişdi. Həmin məktuba da qurum tərəfindən müsbət cavab verilmişdi".

"Bir əraziyə və ya bir millətə məxsus mədəni irsin dağıdılması bütün bəşəriyyətə zərər vurulması deməkdir, çünki bu halda bəşər tarixinin müəyyən bir kəsimi qərəzli şəkildə məhv edilir. Sözügedən hallar, yəni dünya maddi və qeyri – maddi mədəni irsinin qorunması birbaşa UNESCO-nun mandatına daxil olduğu üçün qurum indi də İcmaya cavab məktubu göndərərək, mədəni irsin qorunması sahəsində təşkilatımızın çağırışına uyğun olaraq müvafiq addımlar atacağını bildirib və potensialın gücləndirilməsi sahəsində dəstək göstərmək barədə İcmanın xahişinə müsbət cavab verib", - o qeyd edib.
Ülviyyə ZülfiqarÜlviyyə Zülfiqarİcma sözçüsü əlavə edib ki, bu, həm soydaşlarımızın mədəni irsinin qorunması istiqamətində, həm də regionun tarixinin təhrif edilməməsi baxımından müsbət bir haldır: "İndiki Ermənistan ərazisində yüzlərlə məscid, onlarla karvansaray, qala, tarixi abidələrimiz, qayaüstü təsvirlərimiz, eləcə də beş yüzə yaxın məzarlığımız ya tamamilə dağıdılmış halda, ya da məhv olmaq üzrədir. Salamat qalan abidələrimiz də Göy Məscid kimi başqa ölkəyə məxsusmuş kimi təqdim edilməkdədir. Bu, insanlığa qarşı haqsızlıqdır, ədalətsizlikdir, cinayətdir. Dağıdılan Qərbi Azərbaycan abidələri təkcə bizə yox, həm də dünya irsinə məxsusdur, ona görə də bu abidələrə dünya miqyasında sahib çıxılmalı, yer üzündən tamamilə silinmələrinə imkan verilməməlidir".
Ü.Zülfiqar vurğulayıb ki, Qərbi Azərbaycan İcması bütün istiqamətlərdə olduğu kimi irsimizə sahib çıxılması istiqamətində də fəaliyyətini davam etdirəcək, soydaşlarımızın öz ata-baba yurdlarına geri qayıtması və orda yaşaması üçün bütün mümkün siyasi və hüquqi vasitələrdən istifadə edəcəkdir.

7-09-2023, 14:30 147

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041