Etibar Məmmədovdan Xankəndi zəfəri ilə bağlı açıqlama: “Bu, Azərbaycanın 20-ci və 21-ci əsrdə əldə etdiyi ən böyük qələbədir”

 
Milli İstiqlal Partiyasının qurucusu və fəxri lideri Etibar Məmmədov Prezident  İlham Əliyevin Xankəndidə dövlət bayrağımızı ucaltmasını qələbəmizin rəsmi təsdiqi hesab edib. Etibar Məmmədov bildirib ki,  bu, Azərbaycan üçün son iki əsrin ən böyük qələbəsidir.
Musavat.com-a açıqlamasında Etibar Məmmədov qeyd edib ki,   Rusiya imperiyası 19-cu əsrin əvvəllərində Azərbaycanı işğal edəndən sonra Qarabağ bölgəsinə ermənilərin köçürülməsi ilə yerli azərbaycanlılara qarşı soyqırım siyasətinin əsası qoyuldu:
“O zamandan başlayaraq mərhələli şəkildə azərbaycanlıların torpaqlarını alıb ermənilərə verməyin ağır nəticələri olub. 20-ci əsrin əvvəllərində müstəqil Azərbaycan Respublikası yarananda o zaman da onun əsas problemi ermənilərin ərazi iddiası ilə bağlı idi. Azərbaycanın müstəqilliyinin itirilməsinin səbəblərindən biri də ermənilərin Azərbaycana qarşı apardığı soyqırımı, ərazi iddiaları idi. Sovet hakimiyyəti qurulandan sonra da bu problem davam edib, Azərbaycanın ərazilərinin müəyyən hissələri qanunsuz olaraq Ermənistana birləşdirilib, azərbaycanlılar isə öz yurdlarından sürgün edilib, Qarabağ bölgəsində isə süni şəkildə “Qarabağ Muxtar Vilayəti” yaradılımışdı.
20-ci əsrin sonlarına qədər Azərbaycanın torpaqlarının ermənilər tərəfindən ələ keçirilməsi prosesi davam edib. 19-cu əsrdən başlanan proses 200 ilə yaxın davam edib. Azərbaycanın milli ideyasının, milli siyasətinin əsas məqsədi ərazilərimizi işğaldan qurtarmaq və ərazi bütövlüyünü təmin etmək idi. Bu proses 2020-ci ildə Azərbaycanın Vətən müharibəsi ilə başladı və nəhayət Azərbaycanın ərazi bütövlüyü bərpa olundu.  2023-cü ilin sentyabrında anti-terror tədbirləri ilə ölkəmizin Qarabağ bölgəsində suverenliyimiz bərpa edildi”.
Etibar Məmmədov bildirib ki, 15 oktyabrda Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Xankəndidə Azərbaycanın dövlət bayrağını ucaltmaqla Azərbaycanın bu prosesdə qələbəsini həm tam təmin etdi, həm də rəsmi təsdiq etdi:
“Bu, Azərbaycanın 20-ci və 21-ci əsrdə əldə etdiyi ən böyük qələbədir. Azərbaycan xalqı bu qələbəyə görə əsgərinə, şəhidlərinə, qazilərinə, Ali Baş Komandan İlham Əliyevə minnətdar olmalıdır. Biz hər birimiz həm ordumuza, həm Ali Baş Komandan İlham Əliyevə, həm şəhidlərimizə, həm də qazilərimizə minnətdarıq. Bu, çox böyük qələbədir və Azərbaycan xalqı ordusu, Ali Baş Komandanı ilə fəxr edə bilər. Prezident, Ali Baş Komandan İlham Əliyevi, xalqımızı, ordumuz bu böyük qələbə münasibətilə təbrik edirəm”.

16-10-2023, 14:00 176

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041