Rusiya və Ukrayna sülh müqaviləsi imzalayacaq?

 

“Rusiya və Ukrayna arasında hərbi münaqişəyə razılaşma olmadan son qoymaq heç bir ölkənin maraqlarına uyğun deyil”.
Musavat.com “lenta.ru”ya istinadən xəbər verir ki, bunu Dövlət Dumasının Beynəlxalq əlaqələr komitəsinin sədr müavini Svetlana Jurova deyib.
Hərbi əməliyyatların hüquqi sənəd olmadan dayandırılmasının mümkünlüyündən danışan S.Jurova qeyd edib ki, bu, dünyada heç kimin marağına uyğun deyil:
“Fələstin-İsrail münaqişəsi kimi ocaq bizim nəyimizə lazımdır? Orada bir müddətlik razılaşma olur, geniş miqyaslı olmasa da, imza atırlar. Hər zaman “yatmış vulkandır”, bir dəfə püskürür, sonra sönür. Bu, kimə lazımdır?
Hər iki ölkənin maraqlarını nəzərə alaraq sərhədlərlə və ümumiyyətlə, bütün məsələlərlə bağlı birdəfəlik qərar verməli və müqaviləni imzalamalıyıq. Yalnız bu kontekstdə mövzuya qayıtmamaq mümkündür. Əks halda, gələcəkdə hər zaman bununla manipulyasiya və spekulyasiya etmək istəyən olacaq”.
Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanovun NV-yə verdiyi məlumata görə, Kiyev hətta müharibə bitdikdən sonra da Moskva ilə sülh müqaviləsi imzalamaya bilər. Onun fikrincə, tərəflərin bütün şərtləri razı salması çox vaxt aparacaq və bu, onilliklər çəkə bilər.
Budanov Rusiya-Yaponiya münasibətlərini misal çəkib:
“Tarixdə elə hallar var ki, dövlətlər arasında uzun müddətdir davam edən müharibələr hüquqi cəhətdən başa çatmayıb. Məsələn, Rusiya və Yaponiya, 1945-ci ildən sonra onlar hələ də şimal adaları ilə bağlı sülh müqaviləsi imzalamayıblar. Bu ərazi problemi 70 ildən çoxdur mövcuddur. Ona görə də bu ssenarinin təkrarlanma ehtimalı yüksəkdir”.

16-11-2023, 15:30 213

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041