Macarıstanın Baş naziri Viktor Orban Azərbaycana səfərə yola düşüb.
Sumqayit.tv xəbər verir ki, bu barədə Baş nazirin ofisindən bildirilib.
Qeyd olunub ki, o, İsveçrəyə səfərindən sonra Azərbaycan Prezidentinin dəvəti ilə noyabrın 25-də BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının (SPECA) konfransında iştirak etmək üçün Bakıya səfərə yola düşüb. Konfransdan əvvəl Baş nazir Viktor Orbanın Azərbaycan Prezidenti ilə ikitərəfli danışıqlar aparacağı gözlənilir.//Report