Saakaşvili baş nazirliyə namizədliyini verəcək?

 


“Gürcüstanın paytaxtı Tbilisidə xəstəxanada yatan ölkənin keçmiş prezidenti Mixail Saakaşvilinin ümumi vəziyyəti yaxşılaşıb, lakin müalicəsi xəstəxanada davam etdirilməlidir”.
Bu barədə tibb müəssisəsinin klinik direktoru Zurab Çxaidze yerli telekanala məlumat verib.
“Xəstənin (Saakaşvili) ümumi vəziyyəti əlbəttə ki, yaxşılaşıb. Onun həyati parametrləri yaxşılaşıb, lakin laboratoriya testlərinin nəticələri hələ də diqqət tələb edir. Onun qan təzyiqi vaxtaşırı dəyişir, bu da çox vaxt ziyarətçilərlə əlaqəlidir”, - deyə Çxaidze bildirib.
Onun sözlərinə görə, Saakaşvilinin vəziyyəti stasionar müalicə üçün zəruri olan meyarlara uyğundur.
Xatırladaq ki, Saakaşvili barəsində bir sıra cinayət işlərinin açılmasına baxmayaraq, 2021-ci ilin oktyabrında vətəninə qayıdıb. Nəticədə Gürcüstanın eks-prezidenti həbs edilərək türməyə yerləşdirilib. O, özü həbsini siyasiləşmiş adlandırıb və aclıq aksiyası elan edib. Sonradan eks-prezidentin səhhəti ciddi şəkildə pisləşib, 2022-ci ilin mayında müayinə olunmaq üçün həbsxanadan paytaxtdakı klinikaya köçürülüb. Vəziyyətinə baxmayaraq, o, Gürcüstan siyasətində iştirak etməyə hazır olduğunu dəfələrlə bəyan edib, “Vahid Milli Hərəkat” partiyası növbəti seçkilərdə qalib gələrsə, siyasətçi, baş nazirliyə namizədliyini irəli sürəcəyini istisna etməyib.//Oxu.az

26-12-2023, 12:00 202

Digər xəbərlər

Kəlbəcərdə minaya düşərək şəhid olan jurnalistlərin anım günüdür

Sumqayıtda qətl hadisəsi baş verib - VİDEO

Sumqayıt Dövlət Universitetində “Microsoft” həlləri istifadəyə verilib-VİDEO

Əməkdar məşqçi Rafael Məmmədovun doğum günüdür

İyunun 7-də qəbul imtahanı keçiriləcək – vacib saat açıqlandı

Sumqayıt istiqamətində tıxac problemini azaldacaq yeni layihə - VİDEO

Enerji gücündən geosiyasi liderliyə: Azərbaycanın yazdığı uğur salnaməsi

Sumqayıtda 1 İyun münasibətilə tədbir keçirilib

Sumqayıtda avtobusda halı pisləşən sərnişin öldü

Sumqayıtda pensiya və sosial müavinətlərlə bağlı ictimai dinləmə keçiriləcək

İyun ayında 10 gün qeyri-iş günü olacaq

Birinci siniflərə qəbul üçün son 4 gün qaldı

İtkin düşən Azərbaycan vətəndaşlarının sayı yeniləndi

Azərbaycan Prezidenti amerikalı həmkarına təşəkkür edib - FOTO

Sarayda qohumunu xüsusi amansızlıqla öldürən şəxsə ağır cəza

Təbrik Quliyev vəzifədən ayrılması ilə bağlı iddialara münasibət bildirib - VİDEO

“BMT ciddi likvidlik problemi ilə üzləşə bilər”

Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edir-FOTO

Sumqayıtda xəstənin həyatı həkimlərin operativ müdaxiləsi ilə xilas edilib – görüntülər yayıldı - VİDEO

Sumqayıtda aşan ağac yolu bağladı – sürücülər yolu özləri açdı- VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1060
Bu gün, 11:53
Dünən, 21:19
Dünən, 18:49
Dünən, 15:17
Dünən, 12:09
Dünən, 11:53
2-06-2026, 16:53
2-06-2026, 16:33
2-06-2026, 10:17
1-06-2026, 18:20
1-06-2026, 18:16
1-06-2026, 18:09
1-06-2026, 14:57
1-06-2026, 14:52
1-06-2026, 14:44
1-06-2026, 14:31
1-06-2026, 11:40
1-06-2026, 10:18
31-05-2026, 15:57
31-05-2026, 15:53
30-05-2026, 18:24
30-05-2026, 18:20
30-05-2026, 15:01
30-05-2026, 11:17
30-05-2026, 11:05
30-05-2026, 10:40
30-05-2026, 07:41
29-05-2026, 22:31
29-05-2026, 21:20
29-05-2026, 20:30
29-05-2026, 12:19
29-05-2026, 10:17
29-05-2026, 10:14
28-05-2026, 10:45
27-05-2026, 23:48
27-05-2026, 23:19
27-05-2026, 21:37
27-05-2026, 06:40
27-05-2026, 06:36
26-05-2026, 22:23
1 2 3 4 5 6 7 8 9 10 ... 1060