İslahatlar Sumqayıtı Cənubi Qafqazın ən böyük sənaye şəhəri edib

 

“Cənab Prezident İlham Əliyevin hakimiyyətə gəldiyi zamandan bu günə qədər Sumqayıta hər səfəri bu şəhərin iqtisadi həyatında canlanma yaradıb, sənayenin inkişafına töhfə verib. Hər səfərində açılışını etdiyi müəssisələr yerli əhalinin sosial həyatına müsbət təsirlər göstərib, gənclər üçün yeni iş imkanları yaradıb, yoxsulluğun azalması və sosial sabitliyin güclənməsi ilə nəticələnib. Bu müəssisələr təkcə Azərbaycanın deyil, respublikamızın iqtisadi həyatında ciddi paya malik olmaqdadır”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib.

Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyev hələ SSRİ dövründə rəhbər vəzifələrdə çalışarkən Sumqayıtın inkişafına, çiçəklənməsinə xüsusi diqqət ayırırdı: “Ümummilli Lider ikinci dəfə – 1993-cü ildə xalqın çağırışı ilə yenidən hakimiyyətə gələndən sonra Sumqayıt yenidən dirçəlməyə başladı. 2003-cü ildə prezident seçilən cənab İlham Əliyev ilk səfərini Sumqayıta etdi ki, bu da təsadüfi deyildi. Onun təşəbbüsü və təşkilatçılığı ilə təməli qoyulan sənaye müəssisələri Sumqayıtın yenidən Azərbaycanın sənaye şəhəri edəcəkdi. Belə də oldu”.

Millət vəkili bildirdi ki, ötən əsrin 40-cı illərinin sonunda şəhər statusu almış Sumqayıt hazırda təkcə Azərbaycanın deyil, Cənubi Qafqazın mühüm sənaye mərkəzlərindən biridir: “Ölkə iqtisadiyyatında strateji əhəmiyyətə malik olan şəhər geniş sənaye potensialına malikdir. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev növbəti dəfə Sumqayıta səfər edərək burada Kimya Sənaye Parkında oldu, “Kartaş Kimya” MMC-nin tikinti kimyəvilərinin və “Az-Tex-İmport” MMC-nin “IVECO” markalı yük və xüsusi təyinatlı avtomobil istehsalı zavodlarının açılışlarını etdi. Ümumiyyətlə, Sumqayıtda yeni müəssisələrin fəaliyyətə başlaması ölkəmizdə qeyri-neft sektorunun inkişafına müsbət təsir göstərəcək, ixrac potensialını genişləndirəcək, iqtisadiyyatın şaxələnməsinə səbəb olacaq, məşğulluq problemlərinin həllinə müsbət töhfə verəcək”.

M.Vəliyeva qeyd etdi ki, Azərbaycan Prezidentinin 2011-ci ildə imzaladığı Fərmanla yaradılan Sumqayıt Kimya Sənaye Parkı ölkəmizdə ilk, Cənubi Qafqazda isə ən böyük sənaye parkıdır: “613 hektar ərazisi olan parkda neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabətqabiliyyətli məhsulların istehsalı və emalı müəssisələri mövcuddur. Burada ümumi investisiyalarının həcmi təqribən 6 milyard manatdan artıq olan 39 sahibkarlıq subyektinə rezidentlik statusu verilib ki, onlardan da 24-ü artıq fəaliyyət göstərir. İki zavodun istifadəyə verilməsi ilə burada fəaliyyət göstərən müəssisələrin sayı 26-ya çatıb. Hazırda burada 6 mindən çox insan daimi işlə təmin olunub. Parkda istehsal olunan məhsullar 70-dən çox ölkəyə ixrac olunur.

“Az-Tex-İmport” MMC İtaliyanın “IVECO” markalı yük və xüsusi təyinatlı avtomobillərinin yığımını həyata keçirəcək. Məlumat verilib ki, zavodda ildə 100 ədəd yük avtomobili və xüsusi texnika, 300 ədəd kuza istehsal olunacaq. Hər iki mərhələ üzrə müəssisədə 150 yeni iş yerinin yaradılması planlaşdırılır.

“Kartaş Kimya” MMC-yə 2022-ci ilin iyulunda Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib. Təməli 2023-cü ildə dövlətimizin başçısı tərəfindən qoyulan zavodun tikintisi üçün 2,5 hektar ərazi ayrılıb. Zavodun ümumi illik istehsal həcmi 295 min ton təşkil edir. Burada sement əsaslı quru qarışıqlar, su izolyasiya, döşəmə materialları, sement üyüdücü qatqıları, beton qatqıları və onun əsas xammalı istehsal olunacaq. Zavodun məhsullarının Türkiyə, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Rusiya və Gürcüstana ixracı nəzərdə tutulur. Zavodda işçilərin sayının 245 nəfərə çatdırılması planlaşdırılır”.

Millət vəkili bildirdi ki, Prezident İlham Əliyev Sumqayıta hər səfəri yeni iqtisadi obyektlərin, infrastruktur layihələrinin açılışı və ya təməlqoyma mərasimləri ilə yadda qalıb: “Sumqayıtdakı sənaye müəssisələri təkcə bu şəhərin deyil, ümumilikdə respublikamızın sosial-iqtisadi inkişafına müsbət təsir göstərir. Həyata keçirilən iqtisadi islahatlar, layihələr Sumqayıtı sənaye şəhəri kimi regionun aparıcı mərkəzi edib. Hazırda Azərbaycanda 9 sənaye parkı və 4 sənaye məhəlləsi var. Sumqayıt sənaye parkı bunların ən böyüyüdür.


1-05-2025, 17:23 176

Digər xəbərlər

Azərbaycanda ən yüksək maaşlı vakansiyalar açıqlanıb – Bu sahələr ön plandadır

Zakir Fərəcov 9-cu mikrorayonda sakinlərlə səyyar qəbul keçirdi-FOTO

İlham Əliyevdən Azərbaycan-Tacikistan təhsil əməkdaşlığı ilə bağlı FƏRMAN

Sumqayıtda 9-cu mikrorayonda, "Bravo"nun qarşısında qazılan yol sakinləri çətin vəziyyətdə qoydu

Şabranda ər-arvadı qətlə yetirənlərə verilən ömürlük həbs cəzası qüvvədə saxlanıldı

13-cü mikrorayondakı park yenidən uşaqların ixtiyarına verildi

Sumqayıtda avtomobil qaçıran və çimərlikdə oğurluq edən şəxslər saxlanıldı

Ceyranbatanda 1500 abonentə qaz verilişi dayandırılacaq – SƏBƏB AÇIQLANDI

Sumqayıt sakinlərinin olduğu avtomobil qəzaya düşdü-FOTO

Sumqayıtın 21 nömrəli məktəbi tamamilə yeniləndi – Şagirdləri nələr gözləyir?

80 min manata bağ evi vədi verdi, minlərlə manatı ələ keçirdi

Qubada ağır qəza: Sumqayıt sakini xəsarət aldı-VİDEO

Maraqlı statistika: Gəlir azaldıqca ailə üzvlərinin sayı artır

Tanışını "qəzəlxan" dediyi üçün bıçaqladı – Hökm açıqlandı

Laçının zəfərdən inkişafa aparan böyük yolu

SDU magistraturasına qəbul olunanların nəzərinə: Bu sənədlər tələb olunur

Corat sakinləri köhnə qaz borularından narazıdır: "Giriş-çıxışımız məhdudlaşıb"-VİDEO

Sumqayıtda 20-yə yaxın ailə bir aydır susuzluqdan əziyyət çəkir

Sumqayıtda avqust ayının pensiyalarının veriləcəyi tarix açıqlandı

9-cu mikrorayonda zibil qutuları sakinlərin etirazına səbəb olub-FOTO/VIDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1094
Bu gün, 15:39
Bu gün, 14:15
Bu gün, 13:41
Bu gün, 12:48
Bu gün, 12:41
Bu gün, 12:32
Bu gün, 12:14
Bu gün, 10:21
Bu gün, 01:57
Dünən, 22:00
Dünən, 17:02
Dünən, 16:37
Dünən, 14:41
Dünən, 14:38
Dünən, 13:53
Dünən, 13:15
Dünən, 12:46
Dünən, 12:04
Dünən, 11:55
Dünən, 11:53
Dünən, 11:18
Dünən, 11:15
5-08-2026, 19:38
5-08-2026, 17:50
5-08-2026, 16:02
5-08-2026, 14:48
5-08-2026, 14:01
5-08-2026, 13:43
5-08-2026, 11:56
5-08-2026, 11:47
5-08-2026, 11:46
5-08-2026, 11:33
5-08-2026, 10:51
4-08-2026, 20:32
4-08-2026, 18:10
4-08-2026, 17:05
4-08-2026, 14:32
4-08-2026, 12:11
4-08-2026, 11:49
4-08-2026, 11:45
1 2 3 4 5 6 7 8 9 10 ... 1094