20 Sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü tariximizin şanlı səhifəsidir

2023-cü ilin 19-20 sentyabrında Azərbaycan Ordusunun həyata keçirdiyi qətiyyətli antiterror tədbirləri nəticəsində Qarabağda mövcud olmuş separatçı silahlı dəstələr tərksilah edildi, qondarma rejim ləğv olundu. Bununla da Azərbaycan Respublikasının suverenliyi tam bərpa edildi. Bu əməliyyat dövlətçilik tariximizin ən mühüm səhifələrindən biri kimi yaddaşlara həkk olundu.
Azərbaycan Prezidenti İlham Əliyevin 2024-cü il 18 sentyabr tarixli Sərəncamı ilə hər il 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd edilməyə başlanıldı. Bu günün təsis edilməsi 30 ildən artıq davam etmiş işğalın sona çatmasının, minlərlə şəhidin qanı və canı bahasına qazanılmış qələbənin rəmzidir.
2023-cü il oktyabrın 15-də Prezident, Ali Baş Komandan İlham Əliyev Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan bayrağını ucaltdı. Dövlət başçısının sözləri bu tarixi anın mahiyyətini çıq göstərirdi:
“Bu gün tarixi bir gündür. Bu gün Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı... Düz 20 il bundan əvvəl xalqıma söz vermişdim ki, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər icra edildi.”
Bu çıxış Azərbaycan xalqının həmrəyliyini və dövlətin qətiyyətli siyasətinin nəticələrini nümayiş etdirdi.
2023-cü il noyabrın 8-də Xankəndidə Vətən müharibəsi Zəfərinin üçüncü ildönümünə həsr olunmuş hərbi parad keçirildi. Prezident İlham Əliyev çıxışında Şuşanın azad edilməsini “Qarabağın tacının geri qaytarılması” kimi dəyərləndirdi və Azərbaycan xalqının bu günə illərlə hazırlaşdığını vurğuladı.
Prezident İlham Əliyevin 28 noyabr 2023-cü il tarixli Sərəncamı ilə Xankəndidə Qarabağ Universiteti yaradıldı. Universitet artıq fəaliyyətə başlayıb və dövlət başçısının sözləri ilə desək, Xankəndi tələbələr şəhərinə çevrilb. Bu ali məktəb Qarabağın elmi, mədəni və sosial inkişafına böyük töhfə verəcək.
Azərbaycan Respublikasının Milli Məclisi 5 dekabr 2023-cü ildə qəbul etdiyi qanunla inzibati ərazi bölgüsündə dəyişiklik edərək, mərkəzi Ağdərə şəhəri olmaqla yeni Ağdərə rayonunun yaradılmasına qərar verdi. Bu qərar dövlət idarəçiliyinin səmərəliliyini artırmaq məqsədi daşıyır.
2023-cü il dekabrın 21-də Xankəndidə 30 ildən sonra ilk rəsmi futbol oyunu keçirildi. Ağdamın “Qarabağ” komandası Azərbaycan Kubokunun 1/8 final mərhələsində MOİK-lə qarşılaşdı. Prezident İlham Əliyevin oyunu izləməsi Qarabağın mədəni və idman həyatına dönüşün simvoluna çevrildi.
Prezident İlham Əliyev 2023-cü ildən bu günədək Xankəndi, Xocalı, Xocavənd və Ağdərəyə çoxsaylı səfərlər etmiş, açılışlarda, təməlqoyma mərasimlərində iştirak etmişdir. Bu səfərlər regionda sürətlə aparılan bərpa-quruculuq işlərinin və dövlət siyasətinin praktiki təzahürüdür.
Xankəndidə hotellərin, konqres mərkəzlərinin, məktəblərin, uşaq bağçalarının, Zəfər parkının, dəmir yolu və avtovağzal kompleksinin açılışı və təməlqoyması – bütün bunlar qısa müddətdə əldə edilən uğurların bariz nümunəsidir.
Xankəndi antiterror əməliyyatından ötən iki ildə Azərbaycan təkcə suverenliyini bərpa etməmiş, həm də azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işləri həyata keçirmişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzur sürətlə dirçəlir.
Bu gün artıq Xankəndi, Xocalı, Xocavənd, Ağdərə Azərbaycanın dövlətçilik tarixində yeni inkişaf mərhələsinin rəmzlərinə çevrilib və bayrağımız bu torpaqlarda əbədi dalğalanacaq.

Elnarə Akimova
YAP İdarə Heyətinin üzvü,
Milli Məclisin deputatı,
filologiya elmləri doktoru

Bu gün, 12:17 72

Digər xəbərlər

Zakir Qaralov uzun müddət sonra göründü - FOTOLAR

İrəvandan SON DƏQİQƏ AÇIQLAMASI: Sülh müqaviləsi BU TARİXDƏ imzalanacaq

20 Sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü tariximizin şanlı səhifəsidir

Ələt-Astara yolunda qəzada həlak olan sumqayıtlı İbrahimin FOTOSU

Bu xəstəliklərdən əziyyət çəkənlər qəhvə içsinlər

Sumqayıtda yeni tədris ili başlayıb: 5075 şagird ilk dəfə məktəbə qədəm qoyub

Novxanı qəsəbəsində fəaliyyət göstərən reabilitasiya mərkəzinin direktor və işçiləri ilə bağlı qərar açıqlandı

"Sumqayıt" FK "Kəpəz"in uğursuz seriyasında ilk məğlubiyyəti yaşatdı

Sumqayıt Dövlət Universitetinin yataqxanası bu tələbələr üçün pulsuzdur

Arıqlamağa kömək edən MƏŞHUR İÇKİ - Effekti təsdiqləndi

Sumqayıt Uşaq Xəstəxanasının həyətində döl tapılıb

Sumqayıtda 3 500 manatlıq dələduzluqda şübhəli bilinən şəxs saxlanıldı

503 nömrəli Sumqayıt–Saray marşrutu bərpa olunur

Ələt-Astara yolundakı qəza Sumqayıt gəncinin həyatına son qoydu

Məcburi köçkünlərlə bağlı qalmaqal yaşayan sumqayıtlı jurnalist "Space TV"dən GETDİ

Sumqayıtda avtobuslarda illərdir işləməyən validatorlar qalır – sərnişinlərin pulları kartlarda qalıb

Bakı–Pirşağı–Sumqayıt marşrutu üzrə qatar reyslərinin sayı artırılır - CƏDVƏL

Səbinə Salmanova Sumqayıtda seçiciləri ilə görüşdü – bir sıra məsələlər yerindəcə həll olundu - FOTO

Bələdiyyə sədri növbəti dəfə şəhər sakinlərini qəbul edib-FOTOLAR

Sumqayıtın bu məktəblərində direktorlar dəyişdi - FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 965
Bu gün, 13:02
Bu gün, 12:20
Bu gün, 12:17
Dünən, 19:32
Dünən, 15:02
Dünən, 13:34
Dünən, 13:28
Dünən, 13:25
Dünən, 09:14
Dünən, 08:59
Dünən, 04:48
14-09-2025, 12:22
14-09-2025, 12:14
14-09-2025, 11:44
13-09-2025, 23:17
13-09-2025, 13:12
13-09-2025, 11:28
12-09-2025, 20:53
12-09-2025, 17:10
12-09-2025, 15:09
12-09-2025, 12:46
12-09-2025, 10:11
12-09-2025, 01:53
11-09-2025, 22:48
11-09-2025, 19:08
10-09-2025, 11:22
9-09-2025, 11:22
9-09-2025, 10:53
9-09-2025, 10:09
9-09-2025, 08:50
8-09-2025, 16:17
8-09-2025, 15:01
8-09-2025, 12:07
6-09-2025, 10:43
5-09-2025, 17:25
5-09-2025, 17:05
5-09-2025, 15:50
5-09-2025, 15:36
5-09-2025, 13:38
5-09-2025, 12:17
1 2 3 4 5 6 7 8 9 10 ... 965