Hindistanın Bakıya vetosu yenə gündəmdə

 

Ötən ay Şanxay Əməkdaşlıq Təşkilatının Çində keçirilən sammitində Azərbaycanın təşkilata üzvlüyünün bloklanması barədə qurumdan heç bir reaksiya olmadı. Yada salaq ki, APA-nın diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, Azərbaycanın ŞƏT-ə üzvlüyünün bloklanması təkcə Hindistanın təşəbbüsü ilə olmayıb, Rusiya da bu prosesdə yaxından iştirak edib. Bildirilib ki, bu prosesdə əsas rolu isə Rusiya Xarici İşlər Nazirliyi oynayıb. Mənbənin sözlərinə görə, Azərbaycanın ŞƏT-ə üzvlüyünün bloklanması məsələsi Rusiya və Hindistan arasında siyasi məsləhətləşmələrdə müzakirə olunub, müvafiq razılığa gəlinib. Sadəcə, Rusiya prosesdə Hindistanı qabağa verib, özü arxa planda dayanıb.

Onu da yada salaq ki, Pakistan anti-Azərbaycan ritorikasına cavab olaraq Ermənistan üçün eyni addımı atıb.

ŞƏT-in baş katibi Nurlan Yermekbayev isə son açıqlamasında bildirib ki, təşkilat Azərbaycanı tamhüquqlu üzv kimi görmək istəyir: “ŞƏT bütün ölkələrə açıq təşkilatdır. Biz fəaliyyətlərimizdə istənilən formada iştirak etmək istəyən bütün ölkələri üzv qəbul edirik. Hər hansı ölkənin üzvlüyə qəbul olunması barədə qərar isə konsensusla verilir. Bütün üzv dövlətlər razılıq verməlidir və bundan sonra prosedur başlayır. Hazırda bütün bu müraciətlər üzv ölkələr tərəfindən nəzərdən keçirilir. Mən təşkilatın icraedici orqanının rəhbəriyəm, əlbəttə, ölkələrin qərarını təsdiqləmək vəzifəmdir. Ümid edirəm ki, yaxın gələcəkdə Azərbaycan təşkilata üzv ölkə statusu əldə edəcək”. Baş katibin açıqlaması da göstərir ki, Bakı üzv dövlətlərin razılığını almalıdır. Hindistanın Azərbaycana qərəzinin səbəbi bəllidir- Bakının Pakistana dəstəyi. Yəni Hindistan illərlə gözləsə də, Azərbaycan bu məsələdə mövqeyini dəyişməyəcək. Növbəti 26-cı sammitin yeri haqda dəqiq bilgi yoxdur, amma belə görünür ki, Bakının da ŞƏT-ə üzvlüklə bağlı nikbinliyinə indilikdə əsas yoxdur

3-10-2025, 10:41 496

Digər xəbərlər

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

Sumqayıtda dəm qazı faciəsi: Daha iki uşaq dövlət himayəsinə veriləcək

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
13-04-2026, 13:31
1 2 3 4 5 6 7 8 9 10 ... 1041