Parlamentin içindən: Deputatlar nədən məmnun deyil? – Eksklüziv sorğu


Sumqayit.tv
 xəbər verir ki, 44 saylı Sumqayıt üçüncü seçki dairəsinin Milli Məclisdəki təmsilçisi, deputat, Mehriban Vəliyeva Oxu.Az-ın sorğusuna cavab verərək 2025-ci ilin ən yaddaqalan və mühüm hadisələrini dəyərləndirib.


Deputat qeyd edib ki, Azərbaycanın siyasi proseslərdə ardıcıl irəliləyişi, beynəlxalq müstəvidə nüfuzunun artması və mühüm tədbirlərə ev sahibliyi etməsi ilin diqqətçəkən məqamları olub:

“Xarici siyasət baxımından ilin ən mühüm hadisəsi, şübhəsiz ki, avqustun 8-də Vaşinqtonda keçirilən görüş idi. Çətin və mürəkkəb proseslər fonunda sülhə bir addım da yaxınlaşmaqda Azərbaycanın və Prezident İlham Əliyevin həlledici rolunu görmək hər bir vətəndaş üçün qürurvericidir. Bununla yanaşı, Konstitusiya və Suverenlik ili çərçivəsində Zəfərimizin 5 illiyinin və Konstitusiyamızın 30 illiyinin yüksək ruhla qeyd olunması tarixi əhəmiyyət daşıyan hadisələrdəndir. Dünyada davam edən münaqişələr fonunda ölkəmizin sabit, təhlükəsiz və dayanıqlı inkişaf yolunda irəliləməsi xüsusi vurğulanmalıdır. Qarabağın sürətli dirçəlişi milli qürur mənbəyimizdir. Eyni zamanda, Türk Dövlətləri Təşkilatı çərçivəsində Türk dünyasının beynəlxalq nüfuzunun artması və 15 dekabr tarixinin BMT tərəfindən Türk Dili Ailəsi Günü kimi təsis edilməsi də ilin mühüm siyasi-mədəni nailiyyətlərindəndir.”


Mehriban Vəliyeva əlavə edib ki, il ərzində müəyyən çətinliklər və neqativ hadisələr olsa da, onları ön plana çıxarmaq istəməyib:

“Çünki əldə olunan uğurlar və müsbət dinamika həmin mənfi məqamları kölgədə qoyur. Pozitiv hadisələrin üstünlük təşkil etdiyi bir ili geridə qoymuşuq.”


Deputat bildirib ki, Sumqayıt şəhərində seçicilərlə mütəmadi görüşlər keçirilir, daxil olan bütün müraciətlərə həssaslıqla yanaşılır:

“Müraciətlərin hər biri qanunvericiliyin tələblərinə uyğun şəkildə aidiyyəti qurumlara yönləndirilir və maksimum həllinə nail olmağa çalışılır. 2025-ci ildən əsas gözləntilərim təhlükəsizlik, əmin-amanlıq, sabitlik və davamlı inkişaf idi.”

O, bütün deputatları birləşdirən əsas arzu kimi sülhün tam bərqərar olması, təhlükəsizliyin təmin edilməsi, ölkənin sabit və dayanıqlı inkişafının davam etməsi və xalqımızın rifah halının yüksəlməsini vurğulayıb.


2-01-2026, 16:34 53

Digər xəbərlər

Sumqayıtda şirniyyat sexləri müzakirə mövzusunda: sosial şəbəkə rəyləri nə deyir?

Sumqayıt gimnaziyasında baş verən hadisə məhkəməyə daşındı

Leyla Əliyeva şəhid ailəsini ziyarət etdi - Fotolar

Sumqayıtda yeni tullantı sutəmizləyici qurğu tikiləcək

Prezident: Dövlət Proqramı çərçivtın su təchizatı əhəmiyyətli dərəcədə yaxşılaşacaqəsində Sumqayı

Sumqayıtda ölümlə nəticələnən yol qəzası

Sumqayıtda yerləşən regional filiala yeni müdir təyin olunub

Sumqayıtda kadr dəyişikliyi rəsmiləşdi – rəsmi açıqlama

Həftənin ilk günü Bakı-Sumqayıt şosesində sıxlıq

Sumqayıt–Abşeron regionunda yaşıl enerji siyasətinin yeni mərhələsi

Sumqayıtda dəm qazı təhlükəsi ilə bağlı qurumlar birgə hərəkətə keçdi - FOTO

Bakıdan ən ucuz aviabiletləri necə alaq? - Düzgün səyahət planlamasının sirləri (ARAŞDIRMA)

Sumqayıt dini icmaları da Prezident İlham Əliyevə təşəkkür məktubuna qoşulub

Sumqayıtda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib

Bərpaolunan enerji və milli enerji təhlükəsizliyi

Sumqayıtda iki yüksək vəzifəli şəxs vəzifəsindən azad edilib?! – Rəsmi açıqlama gözlənilir

Sumqayıtda “dəvə qutabı” REYDİ: nələr üzə çıxdı? – VİDEO

“Vəzifəli şəxsin saxladığı atlar və itlər bizi yaşamağa qoymur” 

Sumqayıt üzrə yanvar ayının pensiyaları bu tarixdə ödəniləcək

Sumqayıtda zavodda partlayış baş verib, fəhlə xəsarət alıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1005
Bu gün, 20:20
Bu gün, 18:15
Bu gün, 17:02
Bu gün, 16:56
Bu gün, 16:42
Bu gün, 16:31
Bu gün, 14:48
Bu gün, 12:43
Bu gün, 08:29
10-01-2026, 19:43
10-01-2026, 00:38
10-01-2026, 00:24
10-01-2026, 00:19
9-01-2026, 23:06
9-01-2026, 15:15
9-01-2026, 14:48
9-01-2026, 13:47
9-01-2026, 10:52
9-01-2026, 10:45
9-01-2026, 10:33
8-01-2026, 23:57
8-01-2026, 17:59
8-01-2026, 17:48
8-01-2026, 13:35
8-01-2026, 12:49
8-01-2026, 12:48
8-01-2026, 12:02
8-01-2026, 10:06
7-01-2026, 17:43
7-01-2026, 12:21
7-01-2026, 12:19
6-01-2026, 18:19
6-01-2026, 18:02
6-01-2026, 14:53
6-01-2026, 14:34
6-01-2026, 14:31
6-01-2026, 13:59
6-01-2026, 13:00
6-01-2026, 12:58
6-01-2026, 12:45
1 2 3 4 5 6 7 8 9 10 ... 1005