İlham Əliyevin müsahibəsi dövlət-vətəndaş dialoqunun aydın nümunəsidir

 
Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsi müasir dövrdə ölkəmizin daxili və xarici siyasətinin mahiyyətini, habelə gələcək inkişaf istiqamətlərini aydın şəkildə nümayiş etdirir. Dövlətimizin başçısının müsahibəsi sadəcə ötən dövrün yekunlarına baxış deyil, eyni zamanda Azərbaycanın formalaşdırdığı yeni reallıqların və strateji baxışın ictimaiyyətə açıq təqdimatıdır.

Sumqayit.tv xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, artıq ənənə halını almış bu formatda keçirilən müsahibələr Prezident İlham Əliyevin cəmiyyətlə açıq dialoqa verdiyi önəmin bariz nümunəsidir:

“Dövlətimizin başçısının bu cür müsahibələri ölkənin ictimai-siyasi həyatında mühüm yer tutur. Müsahibə zamanı səsləndirilən fikirlər mövcud vəziyyətin obyektiv qiymətləndirilməsinə, görülən işlərin və qarşıda duran vəzifələrin ictimaiyyətə aydın şəkildə çatdırılmasına xidmət edir. Bu çıxışlar həm ölkə vətəndaşları üçün dolğun informasiya mənbəyi rolunu oynayır, həm də Azərbaycanın mövqeyinin beynəlxalq müstəvidə düzgün anlaşılmasına şərait yaradır. Prezident İlham Əliyevin fikirləri dövlət siyasətinin ardıcıllığını, məqsədyönlülüyünü və milli maraqlara əsaslandığını bir daha nümayiş etdirir”.

Deputat bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən siyasət həm vətəndaşların sosial rifahının yüksəldilməsinə, həm də ölkədə investisiya mühitinin daha da yaxşılaşdırılmasına yönəlib:

“Bu, dövlətin iqtisadi siyasətinin əsas prinsiplərindən biri olaraq, həm sosial, həm də investisiya yönümlü yanaşmanın təcəssümüdür. Ölkədə həyata keçirilən layihələr nəticəsində iqtisadi artım təmin olunmaqla yanaşı, əldə olunan vəsaitlərin əhalinin həyat səviyyəsinin yüksəldilməsinə xərclənməsi prioritet kimi müəyyən olunub. Dövlətimizin başçısı da müsahibəsində bildirdi ki, son 7 il ərzində ölkəmizdə 5 sosial islahat paketi icra olunub. Bu proqramlar ölkə əhalisinin böyük hissəsini əhatə edib. Belə ki, təqribən 4 milyon insan sosial müdafiə tədbirlərindən faydalanıb. İcra olunan islahatlara ayrılan vəsaitin həcmi isə təxminən 8 milyard manat olub. Hesab edirəm ki, bu da dövlətin sosial siyasətə verdiyi önəmin və vətəndaş rifahına yönəlmiş ardıcıl strategiyanın bariz göstəricisidir”.

S.Salmanova qeyd edib ki, Prezident müsahibəsində işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən quruculuq və bərpa işlərinə xüsusi diqqət ayırıb:

“Hazırda işğaldan azad edilmiş ərazilərdə yaşayan insanlar üçün hər bir şərait yaradılır. Vətəndaşlarımızın həmin ərazilərdə rahat və təhlükəsiz yaşamaları üçün genişmiqyaslı quruculuq və bərpa işləri aparılır. Bu çərçivədə müasir standartlara cavab verən mənzillər və fərdi evlər tikilir, yollar, işıq, qaz və su xətləri yenidən çəkilir. Bundan əlavə, sakinlərin gündəlik ehtiyaclarının tam təmin olunması üçün məktəblər, uşaq bağçaları, səhiyyə müəssisələri və digər ictimai obyektlər yenidən tikilərək istifadəyə verilir. Dövlətin həyata keçirdiyi bu tədbirlər yalnız ərazilərin fiziki bərpasını təmin etmir, həm də keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıtmasına, bölgədə normal və dayanıqlı həyatın qurulmasına imkan yaradır. Hazırda bu işlər gecə-gündüz böyük sürətlə davam etdirilir. Cənab Prezident İlham Əliyev müsahibəsində qeyd edib ki, azad edilmiş ərazilərdə artıq təxminən 70 min insan yaşayır. Dövlət başçısı eyni zamanda keçmiş məcburi köçkünlər üçün yeni müjdə verərək bildirib ki, bu ilin sonuna qədər ola bilər azad edilmiş ərazilərdə 120–140 min əhali yaşayacaq, çalışacaq. Bu, dövlətin hər bir vətəndaşına qayğısının, həmçinin azad edilmiş torpaqların sürətli sosial-iqtisadi inkişafının bariz göstəricisidir”.

Deputat onu da bildirib ki, Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində ölkədə həyata keçirilən kadr islahatlarına da toxunub:

“Dövlət başçımız tərəfindən hər zaman aparılan kadr siyasətinin əsas məqsədi idarəetmədə səmərəliliyin artırılması, dövlət və vətəndaş münasibətlərində etimadın möhkəmləndirilməsi, eyni zamanda sosial ədalət prinsiplərinin tam təmin olunmasıdır. Prezident həmişə icra başçılarına yerlərdə insanlara diqqətlə yanaşmağı, sahibkarlıq fəaliyyətinə əsassız müdaxilələrə yol verməməyi, iş adamlarının fəaliyyətinə mane olmamağı əsas prinsip kimi müəyyənləşdirir. Ölkə başçımız müsahibəsində onu da xüsusi vurğuladı ki, “etimadı doğrultmayan, əyri yola gedənlər, əlbəttə ki, ya cinayət məsuliyyətinə cəlb edilir, - belə hallar kifayət qədər çoxdur, - ya da ki, inzibati qaydada cəzalandırılır. Nə deyə bilərəm, mən davam edəcəyəm, bu proses hamar deyil”. Prezidentin prinsipial mövqeyi ondan ibarətdir ki, vəzifə tutmaq imtiyaz deyil, məsuliyyətdir və bu məsuliyyəti dərk etməyən şəxslər gec-tez qanun qarşısında cavab verməli olacaqlar. Son illər korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı həyata keçirilən tədbirlər, aparılan araşdırmalar və verilən məhkəmə qərarları bu siyasətin ardıcıl və dönməz olduğunu sübut edir”.


6-01-2026, 12:42 38

Digər xəbərlər

Sumqayıtda şirniyyat sexləri müzakirə mövzusunda: sosial şəbəkə rəyləri nə deyir?

Sumqayıt gimnaziyasında baş verən hadisə məhkəməyə daşındı

Leyla Əliyeva şəhid ailəsini ziyarət etdi - Fotolar

Sumqayıtda yeni tullantı sutəmizləyici qurğu tikiləcək

Prezident: Dövlət Proqramı çərçivtın su təchizatı əhəmiyyətli dərəcədə yaxşılaşacaqəsində Sumqayı

Sumqayıtda ölümlə nəticələnən yol qəzası

Sumqayıtda yerləşən regional filiala yeni müdir təyin olunub

Sumqayıtda kadr dəyişikliyi rəsmiləşdi – rəsmi açıqlama

Həftənin ilk günü Bakı-Sumqayıt şosesində sıxlıq

Sumqayıt–Abşeron regionunda yaşıl enerji siyasətinin yeni mərhələsi

Sumqayıtda dəm qazı təhlükəsi ilə bağlı qurumlar birgə hərəkətə keçdi - FOTO

Bakıdan ən ucuz aviabiletləri necə alaq? - Düzgün səyahət planlamasının sirləri (ARAŞDIRMA)

Sumqayıt dini icmaları da Prezident İlham Əliyevə təşəkkür məktubuna qoşulub

Sumqayıtda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib

Bərpaolunan enerji və milli enerji təhlükəsizliyi

Sumqayıtda iki yüksək vəzifəli şəxs vəzifəsindən azad edilib?! – Rəsmi açıqlama gözlənilir

Sumqayıtda “dəvə qutabı” REYDİ: nələr üzə çıxdı? – VİDEO

“Vəzifəli şəxsin saxladığı atlar və itlər bizi yaşamağa qoymur” 

Sumqayıt üzrə yanvar ayının pensiyaları bu tarixdə ödəniləcək

Sumqayıtda zavodda partlayış baş verib, fəhlə xəsarət alıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1005
Dünən, 20:20
Dünən, 18:15
Dünən, 17:02
Dünən, 16:56
Dünən, 16:42
Dünən, 16:31
Dünən, 14:48
Dünən, 12:43
Dünən, 08:29
10-01-2026, 19:43
10-01-2026, 00:38
10-01-2026, 00:24
10-01-2026, 00:19
9-01-2026, 23:06
9-01-2026, 15:15
9-01-2026, 14:48
9-01-2026, 13:47
9-01-2026, 10:52
9-01-2026, 10:45
9-01-2026, 10:33
8-01-2026, 23:57
8-01-2026, 17:59
8-01-2026, 17:48
8-01-2026, 13:35
8-01-2026, 12:49
8-01-2026, 12:48
8-01-2026, 12:02
8-01-2026, 10:06
7-01-2026, 17:43
7-01-2026, 12:21
7-01-2026, 12:19
6-01-2026, 18:19
6-01-2026, 18:02
6-01-2026, 14:53
6-01-2026, 14:34
6-01-2026, 14:31
6-01-2026, 13:59
6-01-2026, 13:00
6-01-2026, 12:58
6-01-2026, 12:45
1 2 3 4 5 6 7 8 9 10 ... 1005