Elçibəy buna görə Heydər Əliyevin Qurana əl basıb and içməsini istədi

Sumqayit.tv xəbər verir ki, bunu Teleqraf-a geniş müsahibəsində Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu deyib.
O bildirib ki, Cəbhə hakimiyyətinin təmsilçiləri müəllimlik fəaliyyəti ilə məşğul olduqlarına görə dərs deməyi bacarırdılar, idarəçiliyi isə yox:
BakuPost
"Bəlkə də Əbülfəz Elçibəyin ən gözəl addımı Heydər Əliyevi çağırmaq idi. Əbülfəz mənim ən yaxın dostum olub. Ömrümün axırına qədər onun ailəsi ailəm, övladları övladımdır. Mən onları çox sevirəm. O zaman dövlətimizin daxilində baş verənləri həyəcanla izləyirdik. Cənubdan "Talış respublikası" çıxmışdı, Əli Ansuxski ləzgiləri qaldırmışdı. Mən Ansuxskinin gücünü yaxşı bilirdim.
Ansuxski Moskva ilə danışıqlar aparırdı. Talışlar Moskva və İranla əlaqədə idilər. Qarabağda isə müharibə gedirdi. O zaman Heydər Əliyevi çağırmasaydılar, ola bilsin, bizə təkcə Şirvan qalacaqdı. Mən düzünü deyirəm. Rusiya kimi böyük dövlət regionda nə istəyirdi, edirdi. Çox qarışıq dövr idi. Azərbaycana fikir verən yox idi. Dünya Ukraynaya, Estoniyaya, Latviyaya, Litvaya üstünlük verirdi. Bizə dəstək olanların sayı az, çəkisi kiçik idi.
Belə bir zamanda Naxçıvanda olan Heydər Əliyev Bakıya dəvət edildi. Ondan əvvəl fevralda Əbülfəz Elçibəylə Heydər Əliyev arasında 7 saatlıq müzakirə olmuşdu. Heydər Əliyev Əbülfəz Elçibəyə deyib ki, "mən gəlsəm, vəziyyəti idarə edə və ölkəni saxlaya bilərəm”. Elçibəy Heydər Əliyevdən Qurana əl basaraq söz verməsini istəyib. Deyirlər, Heydər Əliyev ruslarla danışıqlardan sonra hakimiyyətə gəldi, tamamilə yalan məlumatdı. Onda ruslar hakimiyyətə Vaqif Hüseynovu və ya Ayaz Mütəllibovu gətirmək istəyirdilər. Heydər Əliyevdən xoşları gəlmirdi.
Heydər Əliyev Əbülfəz Elçibəyə söz verdiyi kimi dövləti idarə etdi".

12-03-2026, 10:56 33

Digər xəbərlər

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

Sumqayıtda dəm qazı faciəsi: Daha iki uşaq dövlət himayəsinə veriləcək

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
13-04-2026, 13:31
1 2 3 4 5 6 7 8 9 10 ... 1041