Braziliya XİN başçısı Ceyhun Bayramova zəng etdi – regional təhlükəsizlik müzakirə olundu

Braziliyanın xarici işlər naziri Mauro Vieira Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə telefon danışığı aparıb.

Sumqayıt.tv xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Telefon danışığı zamanı Azərbaycanla Braziliya arasında ikitərəfli əməkdaşlıq, çoxtərəfli platformalarda qarşılıqlı fəaliyyət, eləcə də Yaxın Şərqdə mövcud təhlükəsizlik vəziyyəti müzakirə olunub.

Tərəflər Azərbaycan–Braziliya Ticarət və İnvestisiyalar üzrə İşçi qrupunun fəaliyyəti, iqtisadi əlaqələrin genişləndirilməsi imkanları, həmçinin iqlim gündəliyi üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçiriblər. Bu çərçivədə COP29 və COP30 tədbirləri ilə bağlı birgə əlaqələndirmə də müzakirə mövzusu olub.

Nazirlər Yaxın Şərqdə davam edən müharibə ilə bağlı ciddi narahatlıqlarını ifadə edərək, vəziyyətin daha da gərginləşməsinin qarşısının alınmasının vacibliyini vurğulayıblar. Münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri əsasında, dialoq və diplomatik vasitələrlə həllinin əhəmiyyəti qeyd olunub.

Braziliya tərəfi İran ərazisindən Azərbaycana qarşı həyata keçirilmiş dron hücumu ilə bağlı ölkəmizlə həmrəyliyini ifadə edib. Həmçinin Braziliya naziri mövcud təhlükəsizlik şəraitində vətəndaşlarının və diplomatlarının İrandan təxliyəsinə göstərilən dəstəyə görə Azərbaycana minnətdarlığını bildirib.


23-03-2026, 22:53 37

Digər xəbərlər

Azərbaycan Yəhudi Media Mərkəzi Azərbaycan xalqını 28 May - Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik edib

Prezident İlham Əliyevdən 28 May paylaşımı

İzmir Azərbaycan Kültür ve Dayanışma Dərnəyi 28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə tədbir keçirib - VİDEO/FOTO

28 May – Bir millətin qüruru, bir dövlətin əbədi imzasi

Qurban Bayramı birlik, mərhəmət və paylaşma bayramıdır

Prezident Azər Tağıyevi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə hakim təyin etdi

Sumqayıtlı şagird buraxılış imtahanında maksimum nəticə göstərib

Yağışdan sonra Sumqayıtın bəzi küçələri gölməçəyə çevrilib - VİDEO

Paşinyan: “Sumqayıta dönüş məsələsi gündəmdə olmayacaq”

Uşaqlara sosial şəbəkə QADAĞASI gəlir – Mask hamını SİLKƏLƏDİ

Ferda Amin Sumqayıtda “Komedium” şousu ilə çıxış edəcək

Sumqayıt nümayəndə heyəti Çində keçirilən beynəlxalq konfransda iştirak edib - FOTO

Sumqayıtda məktəbin hasarı aşıb – güclü yağış fəsad törətdi - VİDEO

Müstəqillik Günü ilə bağlı deputatdan diqqətçəkən açıqlamalar

Sumqayıtda da filialı olan klinikanın rəhbərləri ilə bağlı məhkəmə işi gündəmdə

Sumqayıt Sənaye Parkına 16 milyon manatlıq yeni investisiya

Milli Məclisdə Sumqayıtla bağlı hakim təyinatı məsələsinə baxılır

“Sumqayıt” Saşa İliçlə yollarını ayırıb

Saakaşvilinin SON GÖRÜNTÜSÜ - Elə bir FOTO paylaşdı ki...

Sumqayıt da daxil olmaqla 3 şəhərdə əməliyyat: 40 kiloqram narkotik aşkarlanıb - VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1058
Bu gün, 10:45
Dünən, 23:48
Dünən, 23:19
Dünən, 21:37
Dünən, 06:40
Dünən, 06:36
26-05-2026, 22:23
26-05-2026, 20:08
26-05-2026, 17:29
26-05-2026, 16:43
26-05-2026, 16:00
26-05-2026, 15:53
26-05-2026, 15:45
26-05-2026, 14:40
26-05-2026, 14:00
26-05-2026, 12:59
26-05-2026, 12:57
26-05-2026, 12:54
26-05-2026, 12:52
26-05-2026, 12:10
26-05-2026, 11:57
26-05-2026, 11:22
26-05-2026, 10:18
25-05-2026, 21:14
25-05-2026, 21:09
25-05-2026, 21:06
25-05-2026, 21:01
25-05-2026, 19:40
25-05-2026, 19:32
25-05-2026, 19:26
25-05-2026, 19:23
25-05-2026, 19:18
25-05-2026, 19:10
25-05-2026, 19:06
25-05-2026, 19:03
25-05-2026, 16:59
25-05-2026, 14:54
25-05-2026, 14:17
25-05-2026, 13:25
25-05-2026, 13:22
1 2 3 4 5 6 7 8 9 10 ... 1058