İngiltərə Baş naziri Boris Conson, İngilis hərbi gəmisinin Krım yaxınlığında Rusiya və İngilis donanmalarının toqquşduğu hadisədə qanuni hərəkət etdiyini söyləyib.
Sumqayit.tv bildirir ki, bu fikirləri
İngiltərə Baş naziri Boris Johnson jurnalistlərə açıqlamasında deyib.
O, fikirlərinə davam edərək; "Düşünürəm ki, beynəlxalq sulardan istifadə etmək tamamilə haqqımızdır. Vacib məqam Rusiyanın Krımı ilhaq etməsini tanımamağımızdır."
Hadisənin Ukrayna sularında baş verdiyini qeyd edən Johnson, "A nöqtəsindən B nöqtəsinə çatmaq üçün bundan (Ukrayna sularından) istifadə etmək tamamilə düzgün idi." O, fikirlərini davam etdirərək hal-hazırda Rusiya ilə münasibətlərimiz tarixin ən pis dönəmində olduğu fikirləri ilə razı deyiləm deyə fikirlərini bitirib. .