ABŞ-dan İrana daha bir zərbə.

İrana bağlı qruplaşmalara hava zərbələri, Baydenin əmri ilə...
Sumqayit.tv Virtualaz.org-a istinadən bildirir ki, ABŞ Hərbi Hava Qüvvələri ötən gün iyunun 27-də Suriya-İraq sərhədində İrana bağlı silahlı qruplaşmaların bazalarına hava zərbələri endirib. Pentaqonun yaydığı rəsmi məlumatda deyilir ki, hava zərbələri prezident Cozef Baydenin əmri əsasında endirilib və hədəf İranın dəstəklədiyi silahlı qruplaşmaları bölgədəki Amerika maraqlarına qarşı təhdidlərdən çəkindirmək olub. Hava əməliyyatı zamanı həmin qruplaşmanın silah anbarları və obyektləri hədəf alınıb.
Pentaqonun nümayəndəsi Con Kirbi bildirib ki, həmin hədəflər İrana bağlı qruplaşma tərəfindən İraqdakı Amerika hərbi hədəflərinə pilotsuz uçan aparatlardan da istifadə etməklə həyata keçirdiyi hücumlar zamanı istifadə edildiyi üçün vurulub. Kirbi jurnalistlərə deyib ki, Suriya ərazisində iki, İraq ərazisində bir baza  hədəf alınıb. Bunlar İrana bağlı “Xətaib Hizbullah” və “Xətaib Səid əl-Şühada” qruplaşmalarının bazalarıdır.

Pentaqon nümayəndəsi bildirib ki, Amerika hərbçiləri İraq hökumətinin dəvəti ilə bu ölkədə yerləşiblər və “İslam dövləti” terror qruplaşmasına qarşı mübarizə aparırlar. Onun sözlərinə görə, ABŞ beynəlxalq hüquqa əsasən hərəkət edib və özünü müdafiə edərək İrana bağlı qüvvələrin təhdidlərinin qarşısını almaq, İraqdakı Amerika personalını müdafiə etmək üçün preventiv addımlar atıb.
 Ərəb telekanalları isə xəbər verir ki, ABŞ-ın hava zərbələri nəticəsində bir uşaq həlak olub, üç mülki sakin xəsarət alıb.  Suriyanın Deyr-əz-Zor əyalətinin Əbu-Kamal şəhərinin sakinləri deyiblər ki, Amerika təyyarəsi yaşayış evini hədəf alıb. ABŞ aviasiyası bu regionda birdən çox hücum həyata keçirib, İrana bağlı qruplaşmaların itkiləri barədə məlumat yoxdur.

28-06-2021, 08:47 424

Digər xəbərlər

Messinin komandası vəsiqəni təmin etdi, Ronaldonun taleyi bu gecə həll olunacaq

Rusiyadan Ermənistana buğda Azərbaycandan tranzit daşınacaq

Sumqayıtda sakinlərin nəqliyyat problemi: "21 ildir marşrut görməmişik"-VİDEO

Trampdan gözlənilməz addım: Putinlə əldə olunan razılaşmalar ləğv oluna bilər

Keffel Resende: "Sumqayıt"a tez uyğunlaşdım və komandama fayda verdim"

Necə oldu ki, “Gənclər şəhəri” Sumqayıt ölkənin "ən qoca şəhəri"nə çevrildi? (PARADOKS)

Türkiyəli deputat: “AŞPA-da hər zaman Azərbaycanın yanındayıq” — Özəl açıqlama-VİDEO

Sənədsiz evlərə amnistiya verilə bilər? – Deputatın təklifi ekspertlər arasında müzakirə yaradıb

"Heç kəs Azərbaycanla ultimatum dili ilə danışa bilməz" – Səbinə Salmanova

Sumqayıtda Silahlı Qüvvələr Günü münasibətilə “Zəfər tarixi yazmış şanlı ordumuz” tədbiri keçirilib-FOTO

Sumqayıtda Çerkassi küçəsində antisanitar vəziyyət: Sakinlər şikayət edir – VİDEO/FOTO

Sumqayıtda Hidayət Orucovun əziz xatirəsi ehtiramla yad edilib -VİDEO/FOTO

Sumqayıt bulvarında Silahlı Qüvvələr Günü münasibətilə möhtəşəm hərbi yürüş keçirilib – FOTO

İzmirdə Mikayıl Müşfiqin xatirəsinə həsr olunmuş anım proqramı keçirilib-FOTOLAR

26 İyun – Gücün, Qürurun və Qələbənin simvolu

Təlimçi kimi yetişdirdi, imtahanda birlikdə uğur qazandı: Murad müəllimin nümunəvi nəticəsi

Bahar Muradova Sumqayıtda vətəndaş qəbulu keçirəcək

Azərbaycan Ordusu - Qürurumuzun qalxanı, zəfərimizin müəllifi

9-cu mikrorayonda aşmaq təhlükəsi yaradan ağac sakinləri narahat edir-VİDEO

IV qrup üzrə ölkə birincisi Sumqayıt yetirməsi oldu

1 2 3 4 5 6 7 8 9 10 ... 1068
Dünən, 23:41
Dünən, 23:36
Dünən, 23:28
Dünən, 23:27
Dünən, 20:24
Dünən, 16:08
26-06-2026, 22:22
26-06-2026, 19:35
26-06-2026, 15:32
26-06-2026, 14:18
26-06-2026, 13:55
26-06-2026, 12:27
26-06-2026, 12:05
26-06-2026, 09:58
26-06-2026, 09:53
25-06-2026, 19:38
25-06-2026, 16:55
25-06-2026, 14:05
25-06-2026, 10:27
25-06-2026, 08:43
24-06-2026, 21:33
24-06-2026, 17:00
24-06-2026, 16:51
24-06-2026, 16:46
24-06-2026, 12:44
24-06-2026, 11:37
24-06-2026, 09:26
24-06-2026, 08:27
23-06-2026, 20:57
23-06-2026, 20:42
23-06-2026, 20:28
23-06-2026, 15:45
23-06-2026, 15:23
23-06-2026, 15:21
23-06-2026, 13:08
23-06-2026, 10:05
23-06-2026, 09:53
23-06-2026, 09:44
23-06-2026, 09:11
23-06-2026, 09:03
1 2 3 4 5 6 7 8 9 10 ... 1068