Əliyevin Paşinyandan dəhliz tələbi



Əliyev Zəngəzur dəhlizi ilə bağlı Ermənistandan vaxt istəyir: “Bizə tarix versinlər, Zəngəzur dəhlizi nə vaxt açılacaq və belə olan halda, heç bir problem olmayacaq”.

Prezidentin vaxt istəyi 11 yanvar 2021-ci il Moskva bəyanatına əsaslanır.
Moskva bəyanatının 4-cü bəndinə əsasən, üçtərəfli İşçi Qrupu Zəngəzur dəhlizi də daxil olmaqla bütün kommunikasiyanın açılması qrafikini 1 mart tarixinə qədər hazırlamalı və liderlər tərəfindən təsdiq olunmalı idi. Ermənistanın uzatdığı proses 26 noyabrda Soçi görüşündə şifahi qaydada razılaşdırıldı: İşçi Qrupu Moskva görüşündə texniki məsələlərə yekun vurmalı və imzalar atılmalı idi, lakin İrəvan yenə oyunu pozmağa çalışır;
Ermənistan rəsmilərinin İşçi Qrupunun razılıq əldə edə bilməməsi ilə bağlı açıqlamalarından iki nəticə çıxır:
1. Qrafiklə bağlı 10 noyabr və 11 yanvar bəyanatlarına istinadən ayrı sənədin imzalanması gündəmdədir;
2. Bakı bu sənədə “dəhliz” ifadəsini daxil etməyi tələb edir;
İrəvanın sənədə imza atmaqdan imtina etməsinin də səbəbi budur. Hərçənd, Soçi görüşündə Putin, Əliyev və Paşinyan bu məsələdə razılaşmışdı. Putinin və Əliyevin açıqlamaları da bu yöndə idi.
Paşinyanın Soçidə niyə şifahi razılaşdı, sonra niyə imtina etməyə çalışır sualının bir neçə cavabı var:
Birincisi, qrafik, yəni Əliyevin də dediyi kimi, Zəngəzur dəhlizinin açılmasının vaxtı ilə bağlı texniki məsələlərin həlli zərurəti ola bilər: daha doğrusu, Nikol bunu əsas gətirərək, Soçi razılaşmasına qrafikin daxil edilməsinə qarşı çıxıb və məsələ İşçi Qrupunun iclasına saxlanılıb;
İkincisi, Paşinyan dəhlizin daxil ediləcəyi sənədə özü imza atmaq istəmir və məsələni İşçi Qrupuna saxlamaqla müavini Qriqoryanın imzalamasını istəyir: bununla həm tarixi məsuliyyəti bölüşdürmək, həm də daxildə fors-major situasiya yaranacağı təqdirdə, müavinini cəzalandırmaqla vəziyyətdən çıxa bilmək variantını özündə saxlayır;
Üçüncüsü, 15 dekabr Brüssel görüşündən müəyyən dəstək qazanmaq və Avropa masasında Bakıya qarşı üstünlük qazanmaq ehtimalını nəzərə alır;
Və Əliyev xəbərdarlığı deməyə əsas verir ki:
- Bakı qrafikin təsdiqlənməsində və həmin sənədə “dəhliz” ifadəsinin daxil edilməsində israrlıdır;
- Əks təqdirdə, Ermənistan buna məcbur qalacaq;
Prezident bu sözləri Ermənistan rəhbərliyi ilə yanaşı, Ermənistan xalqına da ünvanlayıb və bu, erməni əhalisinə baş verə biləcək hadisələrdə günahkarın daxildə axtarılması mesajıdır.
Və ən mühüm məqamlardan biri Əliyevin bunu Brüssel görüşündən öncə bəyan etməsidir: Bakı Avropa masasında şərtlərini dəyişdirməyəcək;
Brüssel görüşündən sonra Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi də məlum olacaq və böyük ehtimala güc ssenarisi aktuallaşa bilər. 
Asif Nərimanlı

7-12-2021, 15:24 181

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041