"Ermənistan region dövlətlərinin inkişafına və yeni yaranmış reallığa xələl gətirə bilməyəcək" - Müşfiq Məmmədli


"Dekabrın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə birgə görüşü keçirildi. İlk olaraq qeyd edim ki, 44 günlük Vətən müharibəsindən sonra imzalanan bəyənatda tərəflərin öhdəlikləri öz əksini tapdı. Lakin buna baxmayaraq, Ermənistan bəyanatdan irəli gələn müddəaları yerinə yetirmək əvəzinə regionda gərginliyin yarnmasına rəvac verən addımlar atmağa başladı. Azərbaycan Prezidenti İlham Əliyevin sərt reaksiyası,  həmçinin haqlı təzyiqi nəticəsində Ermənistan konstruktiv danışıqlar masasına yenidən oturduldu".

Bu barədə Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib. M. Mmədli qeyd edib ki, Qafqazda stabilliyin və inkişafın tərəfdarı olan Azərbaycan bölgə üçün mühüm olan kommunikasiya xəttlərinin açılması məsələsində geridönüşü olmayan mövqe sərgilədi: "Təbii ki, çıxılmaz vəziyyətdə qalan Ermənistanın manipulyasiya edərək məkrli planlarını həyata keçirmək üçün heç bir şansı qalmadı. Əvvəl Soçi görüşü daha sonra isə Brüssel görüşü önəmli məsələlərin müzakirə olunaraq razılığa gəlinməsində mühüm rol oynadı. Bildiyimiz kimi görüşdə Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası ilə bağlı hər iki tərəfin müvəqqəti işçi qrupun yaradılması eyni zamanda, kommunikasiya və nəqliyyat xətlərinin açılması məsələsi geniş müzakirə olundu. Ermənistan tərəfi öz ərazisindən dəmir yolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi təsdiq etdi. Artıq dəmir yolunun çəkilişinə tezliklə start veriləcəyi ilə bağlı Ermənistan tərəfi açıqlama verib. Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel keçirilmiş üçtərəfli görüşün nəticəsinə dair bəyanat yaydı. Bəyanatda Azərbaycanın haqlı mövqeyi bir daha dəstəkləndi.
Bəyanatdan göründüyü kimi, Ermənistanın dəmir yolunun tikintisinə başlamağa razılıq verməsi öz əksini tapıb, bu isə faktiki olaraq Zəngəzur dəhlizi boyunca dəmir yolunun salınmasını ifadə edir".
Deputat Brüssel görüşünü qiymtləndirərək deyib ki, Azərbaycan Ermənistanın üzərinə daha konkret öhdəliklər və onların icrası üçün məsuliyyəti qoya bildi: "Döyüş meydanında olduğu kimi, siyasi meydanda da Ermənistan dalana sıxışdırıldı. Ölkə rəhbərinin dəqiq və çevik addımları nəticəsində Ermənistan  region dövlətlərinin inkişafına və yeni yaranmış reallığa xələl gətirə bilməyəcək. Başqa sözlə ifadə etsək, Ermənistanın üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən savayı çıxış yolu qalmamışdır".



16-12-2021, 15:25 138

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041