Ceyhun Bayramov: "Ermənistan nəhayət götürdüyü öhdəlikləri yerinə yetirməlidir."

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının videokonfrans formatında keçirilən 43-cü iclasında çıxış edib.
Sumqayit.tv xəbər verir ki, XİN mətbuat xidməti nazirin çıxışının mətnini yayıb. C.Bayramov çıxışına  Albaniyanı qarışıq bir zamanda təşkilata uğurlu prezidentliyi münasibətilə təbrik edərək başlayıb: “Çünki dünya iki aktual və dövrü müəyyən edən çətinliklərlə qarşılaşır. COVID pandemiyasına qarşı mübarizə və qlobal iqtisadi böhranla mübarizə. Hər iki problem effektiv, əlaqələndirilmiş və çoxtərəfli əməkdaşlıq tələb edir. QDİƏT regional əməkdaşlığın vacib bir mexanizmi olaraq dayanıqlı cəmiyyətlər və dayanıqlı iqtisadiyyatlar yaratmağa yönəlmiş səyləri dəstəkləmək üçün bütün imkanlara malikdir”.
C. Bayramov çıxışında Azərbaycanın pandemiya ilə mübarizə üçün qlobal miqyasda səfərbərliyin təşkil edilməsi səylərinə öncülük etdiyini deyib, bu istiqamətdə atılan addımlardan danışıb. Nazir deyib ki,  inkişaf etməkdə olan və inkişaf etmiş ölkələr arasında peyvəndlərin ədalətsiz paylanması və “peyvənd millətçiliyi” Azərbaycanı çox narahat edir.
“Qoşulmama Hərəkatının sədri kimi və milli potensialımız daxilində, peyvəndlərin dünyada ədalətli paylanması üçün təbliğat aparmağa davam edirik. BMT İnsan Hüquqları Şurası yekdilliklə bütün ölkələrin peyvəndlərə ədalətli çıxışına dair Azərbaycan tərəfindən bu ilin mart ayında irəli sürülən qətnaməni qəbul etdi. Şəffaf və mütəşəkkil vaksinasiya normal həyata geri dönməyimizi və iqtisadi canlanmanı sürətləndirməyimizi təmin edə bilər”,-C.Bayramov deyib.
Nazir  Ermənistanla müharibəsonrası münasibətlərin qurulması üçün rəsmi Bakının yanaşmasını da iclas iştirakçılarına çatdırıb.
 “Bölgədə uzunmüddətli sülh və sabitliyin təmin edilməsi üçün, bu əsasda yaxşı qonşuluq münasibətlərinin qurulmasının alternativi yoxdur. Hər iki tərəfin liderləri tərəfindən imzalanmış üçtərəfli bəyanatın ardıcıl həyata keçirilməsi yolu ilə bu cür münasibətləri qurmaq üçün misilsiz bir şans var. Ermənistanla dövlət sərhədinin 30 illik işğaldan azad edilməsindən sonra Azərbaycan hazırda dövlət sərhədi boyunca sərhəd nəzarəti infrastrukturu qurur. Ermənistana sərhəd delimitasiyası və demarkasiyası ilə bağlı ikitərəfli müzakirələrə başlamağı təklif edirik. Azərbaycan Ermənistanın müsbət reaksiyasını gözləyir. Ermənistanda revanşist ritorika ilə müşayiət olunan Azərbaycana qarşı nifrət ciddi narahatlıq doğurur. Ermənistandakı hakim və müxalif siyasi xadimləri birləşdirən anti-Azərbaycan nifrət nitqi kövrək normallaşma prosesini risk altına alır. Ermənistan, nəhayət, beynəlxalq humanitar hüquq, habelə üçtərəfli bəyanat çərçivəsində götürdüyü öhdəliklərini yerinə yetirməli və əlavə insan əzabının qarşısını almaq üçün minalanmış ərazilərin xəritələrini təqdim etməlidir”,-Ceyhun Bayramov bildirib.

30-06-2021, 15:26 233

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041