18 erməni hərbi qulluqçu PUA zərbəsi ilə necə külə döndərilib? – DETALLAR (FOTO)




Dekabrın 24-də İrəvanın Ümumi Yurisdiksiya Məhkəməsi 2020-ci ildə baş verən müharibə zamanı PUA zərbəsi nəticəsində 18 erməni hərbi qulluqçunun eyni vaxtda məhv edilməsi ilə bağlı işə baxır.

Ordu.az xəbər verir ki, bu barədə “Forrights” nəşri yazıb.

Nəşr qeyd edir ki, müttəhimin kürsüsündə Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin komandirinin döyüş hazırlığı üzrə müavini, polkovnik-leytenant Andranik Veranyan oturur.

Zərbə nəticəsində 16 əsgər və 2 zabit məhv edilib.

Erməni hərbi qulluqçular müharibədən əvvəl Mehri və Aqarak hərbi hissələrində xidmət ediblər. Müharibə başlayan kimi onları Qarabağa aparıblar. Hərbi qulluqçulardan birinin atası Harutyun Ohanyanın oğlunun Qarabağa aparıldığını bildiyi üçün avtomobili ilə oğlunun yanına gedib. Ata oğlunun və onun xidmət yoldaşlarının məhv edilməsinin şahidi olub. Onlar PUA zərbəsi nəticəsində kül olub.

09 oktyabr 2020-ci il tarixində Ermənistan ordusuna məxsus hərbi hissənin şəxsi heyətinin Cəbrayıl rayonuna köçürülməsi barədə yuxarı komandanlıqdan əmr daxil olub. Prokurorluğun məlumatına görə, onlar Andranik Veranyanla yolda Xanlıq yaxınlığında rastlaşıblar.

PUA-nın səsini eşitdiklərini deyən taqım komandiri əraziyə dağılışmaq və yerə uzanmaq əmrini verib.

Prokurorluğun məlumatına görə, Andranik Veranyan PUA-nin səsini havada şəxsən eşidib, bununla belə, heyətə maşına minərək yürüşə davam etməyi əmr edib. O, bu addımını PUA-nın onların yox, hava hücumundan müdafiə qoşunlarının problemi olması ilə izah edib.

Veranyanın əmrindən sonra 19 hərbi qulluqçu maşına minərək hərəkətə keçib, az sonra (təxminən 5 dəqiqə sonra) PUA-nın buraxdığı sursat “Ural”a dəyib, 18 erməni hərbi qulluqçu məhv edilib. Onların cəsədləri kül içində tapılıb. Onlardan yalnız biri qaça bilib, o, bədən xəsarətləri alıb.

Ölənlər arasında komandirə PUA ilə bağlı xəbərdarlıq etmiş taqım komandiri Taron Nikoqosyan da var.

PUA zərbəsi 18 erməni hərbi qulluqçudan biri, Armen Ohanyanın atası Harutyun Ohanyanın da avtomobilinə ziyan vurub. Hərbi hissənin mühəndis xidmətinin rəisi, mayor Xoren Melikyan müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Andranik Veranyan hərbi vəziyyət şəraitində vəzifə səlahiyyətlərindən şəxsi maraqları naminə sui-istifadə etməkdə və ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olmaqda ittiham olunur. Veranyan 2020-ci ilin dekabrında iki ay müddətinə həbs edilib, sonra onun barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilib və onun haqqında həbs qətimkan tədbiri seçilib.


Hadisənin şahidi olan ölən erməni hərbi qulluqçunun atası Harutyun Ohanyan şahid qismində işə cəlb edilib. O, məhkəmədə bildirib ki, avtomobili ilə hərbi qulluqçuları daşıyan “Ural”dan öndə olub, bundan sonra PUA-nın zərbə səsi eşidilib. Maşını dayandırıb və artıq yanan maşına tərəf qaçıb.

Atası deyir ki, o, “Ural”a girməyə cəhd edib, lakin yanğın güclü olub. Ohanyan deyir ki, onun vəziyyəti getdikcə pisləşirdi, başı dönüb, bir neçə dəfə yerə yıxılıb. Yanan “Ural”da vaxtaşırı partlayan sursatlar var idi.

Hadisə yerinə yanğınsöndürənlər gəlib. Ohanyan deyir ki, o, yanğını söndürmək qərarına gəlib, lakin vəziyyəti daim pisləşib. Şahid yanğının necə söndürüldüyünü tam izah etməyib, ehtimal olunur ki, yanğınsöndürənlər onu söndürüblər.

Bir müddət sonra Veranyan yanmış avtomobilə yaxınlaşıb.

Hakimin sualına cavab olaraq Ohanyan qeyd edib ki, Veranyan hadisə yerinə gələndə komandiri vurmaq üçün yerdən daş götürüb, lakin vəziyyəti yenidən pisləşib, əlləri zəifləyib və yerə yıxılıb.

Ohanyan məhkəmənin nəzərinə çatdırıb ki, Veranyan başsağlığı vermək üçün belə yaxınlaşmayıb, maşına minərək özü ilə gələn insanlarla birlikdə gedib.

Hakim bunun nəyi dəyişəcəyini soruşub, Ohanyan isə cavabında bunun humanistlikdən başqa bir şey olmayacağını bildirib.

Cavabdeh Norayr Norikyan məhkəməyə vəsatət təqdim edərək, Harutyun Ohanyanın “məhkəmədə verdiyi ifadə” arasında ziddiyyətlərin olduğunu qeyd edib. Məhkəmə vəsatəti təmin edib.

“Forrights” nəşri erməni kapitan Taron Tados Nikoğosyanın hüquqi varisinin (arvadı Tatjik Qalstyan) nümayəndəsi Anahit Mkrtçyanla danışıb.

“Zərərçəkmişin hüquqi varisinin nümayəndəsi kimi bizim tələbimiz ədalətli məhkəmə prinsiplərinə riayət etməklə cinayətin açılması, təqsirkarların məsuliyyətə cəlb edilməsidir”, - deyə Mkrtçyan bildirib.

Ermənistan Müdafiə Nazirliyinin “Ural” markalı 78-45 Ş nömrəli hərbi dövlət nömrə nişanlı avtomobili içərisindəki silah-sursatın yanması səbəbindən sonrakı istismar üçün yararsız hala düşdüyündən ümumilikdə 21 milyon 157 min 70 min dram dəyərində maddi ziyan dəyib.

Alpər Mövludoğlu
Ordu.az


29-12-2021, 17:27 310

Digər xəbərlər

Bakı-Sumqayıt qatarlarının müvəqqəti ləğv edilmiş reysləri bərpa olunur

Zakir Fərəcov Şəhər Günündəsəyyar qəbul keçirdi – FOTO

Sumqayıt Məhkəməsi avtоmоbilini təmir edən ustanı döyən şəxsin cəzasını azaltdı

50 milyonluq qızıl QALMAQALI: azərbaycanlı iş adamı AXTARILIR

DYP-dən sürücülərə MÜRACİƏT

Şahlar Əsgərovdan Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirləri açdı!

Sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı QƏRAR

"Sumqayıt" doğma meydanda "Şamaxı"ya qarşı itkilərlə çıxacaq

Sumqayıtda ər arvadını döydü

"Mehdi Hüseynzadə”də keçiriləcək tədbirin planı bəllidi – azarkeşlər meydanda yarışacaq

Sumqayıtda yataqxanada qadınlar arasında dava - TƏFƏRRÜAT

"Sənətçiyə elə pul verməlidir ki, evə ət alacağını düşünməsin" - Məşhur aktyor

*Bakıda yeni universitet korpusu və yaşayış binaları layihələrinin ekoloji qiymətləndirilməsi aparılıb*

Merkelin xatirələri: Rusiya, NATO və Ukrayna mübahisələri üzə çıxdı- SENSASİYA

Ərdoğandan xəbərdarlıq: “Putin buna sərt cavab verə bilər”

Türkiyədən ABŞ-a çağırış: “Siz qoşunlarınızı geri çəkin, biz də...”

Deputatın “Zəngimcell”i: “Balansınız bitmişdir…”

Müqayis Verdiyev yenidən məhkəmə qarşısında

Pensiya ödənişi niyə gecikir? – Nazirlikdən açıqlama

Sumqayıtdakı lisey direktorunun qardaşı rəhmətə gedib

1 2 3 4 5 6 7 8 9 10 ... 903
Dünən, 18:05
Dünən, 17:37
Dünən, 12:39
Dünən, 12:32
Dünən, 11:50
Dünən, 11:41
Dünən, 11:34
Dünən, 11:31
Dünən, 10:24
Dünən, 10:10
Dünən, 10:00
Dünən, 09:00
21-11-2024, 19:29
21-11-2024, 11:07
21-11-2024, 10:53
21-11-2024, 10:46
21-11-2024, 10:16
21-11-2024, 10:01
21-11-2024, 09:09
20-11-2024, 19:47
20-11-2024, 19:24
20-11-2024, 16:08
20-11-2024, 15:29
20-11-2024, 15:25
20-11-2024, 15:23
20-11-2024, 15:20
20-11-2024, 15:14
20-11-2024, 15:12
20-11-2024, 15:08
20-11-2024, 15:04
20-11-2024, 15:00
20-11-2024, 14:58
18-11-2024, 09:09
18-11-2024, 09:02
15-11-2024, 19:20
15-11-2024, 14:16
15-11-2024, 14:08
15-11-2024, 14:01
15-11-2024, 13:59
15-11-2024, 13:53
1 2 3 4 5 6 7 8 9 10 ... 903