Amerika Yəhudi Komitəsinin sədri: "Ermənilər məni təhrik edirdi..."

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə 1 iyul tarixində KAİCİİD Beynəlxalq Dialoq Mərkəzinin Direktorlar Şurasının növbədənkənar sessiyasında iştirak edib.

Sumqayit.tv-in xəbər verir ki, QMİ-dən Axar.az-a verilən məlumata görə, KAİCİİD Direktorlar Şurasının daxili prosedurlara həsr olunmuş onlayn toplantısının gündəmində duran əsas məsələ qurum adından bəyanatların verilməsi üçün meyarların müəyyən edilməsi olub.
Dünyanın ən nüfuzlu beynəlxalq hökumətlərarası təşkilatlarından olan KAİCİİD-in 9 nəfərlik Direktorlar Şurasında yer alan müsəlman dini lider Şeyxülislam Allahşükür Paşazadə onlayn sessiyada çıxış edib. Beynəlxalq Mərkəzin bəyanat meyarlarının diqqətlə nəzərdən keçirilməsini vacib kimi dəyərləndirən Şeyxülislam A.Paşazadə bildirib ki, bununla bağlı Kommunikasiya departamentinin təkliflərini müsbət qarşılayır. QMİ sədri xüsusi vurğulayıb ki, dünya dinlərinin təmsil olunduğu Mərkəz olaraq KAİCİİD-in dini məkanların təhqir edilməsi hallarına olduğu kimi, bütün dinlərdə müqəddəs sayılan insan həyatına qəsd hallarına öz birmənalı münasibətini bildirməsi arzu olunandır.
KAİCİİD Beynəlxalq Dialoq Mərkəzinin Əsasnaməsində siyasətə qarışmamaq barədə müddəanı xatırladan Şeyxülislam A.Paşazadə qeyd etdi ki, baş verən hər hansı zorakılıq hallarında qətl edilən uşaqlar, qocalar varsa, bu siyasi məsələdir və dinə aidiyyatı yoxdur demək, laqeydliklə susmaq düzgün olmaz. Azərbaycanın dini lideri mülki şəxslərə qarşı törədilən hər hansı terror və ekstremist aktlarını, nifrətə çağırışları, xüsusilə də insan tələfatı ilə nəticələnən əməllərin dini və ya qeyri-dini mahiyyəti üzrə təsnif edilməsinin əleyhinə çıxış edərək, KAİCİİD-in motivasiyasından asılı olmayaraq zorakılıq faktlarına dair münasibətin bildirilməsinin məqsədəuyğun olduğuna diqqəti çəkdi. Şeyxülislam A.Paşazadə bunu onunla əsaslandırıb ki, din xadiminin, dini liderin borcu müqəddəs dəyər olan insan həyatının və mənəvi dəyərlərin qorunmasıdır. Bu baxımdan, QMİ sədri KAİCİİD-in yalnız dinlər deyil, mədəniyyətlər arası, yəni toplumlar arası dialoq üzrə ixtisaslaşmasına uyğun olaraq təkcə dini deyil, bəşəri əhəmiyyətli humanitar məsələlərə öz münasibətini bildirməsini məqsədə müvafiq və zəruri hesab etdi.
Bu əsnada çıxış edən Amerika Yəhudi Komitəsinin Dinlərarası məsələlər üzrə beynəlxalq direktoru baş ravvin David Rosen ölkəsində olan erməni din xadimlərinin ona müraciət edərək, işğaldan azad olunmuş Azərbaycan torpaqlarında guya erməni dini abidələrinin dağıdılması barədə məlumatlar verməsi və buna dair bəyanat verməyə təhrik etdiklərini onlayn sessiya iştirakçılarının diqqətinə çatdırıb. David Rosen qeyd edib ki, onun bu məsələyə dair hər hansı bəyanat verməkdən imtinasının səbəbi həmin məlumatların həqiqəti əks etdirmədiyini, heç də dini təəssüb deyil, siyasi mahiyyət daşıdığını fərq etməsi olub. Belə ki, D.Rosen Direktorlar Şurasında həmkarı olan Şeyxülislam A.Paşazadənin KAİCİİD tribunasından etdiyi mütəmadi çıxışlardan Ermənistan tərəfindən işğal dövründə Azərbaycan ərazilərində 67 məsciddən 65-nin, 2 pravoslav kilsəsinin və sinaqoqların dağıdılıb təhqir olunması barədə məlumatlara malik olduğunu bildirdi. Şeyxülislam A. Paşazadə, öz növbəsində, Amerika Yəhudi Komitəsinin Dinlərarası məsələlər üzrə beynəlxalq direktoru Baş Ravvin David Rosenin din xadiminə layiq mövqeyini təqdir etdi və belə bir prinsipial yanaşmasına görə Azərbaycan xalqı adından ona təşəkkür etdi.
Onlayn sessiya məhsuldar keçdi.

1-07-2021, 16:21 342

Digər xəbərlər

677.2 balla Tibb Universitetinə qəbul olan Davıdov Uğur – Məktəbimizin fəxri - FOTO

Sabah "Sumqayıt" – "Şamaxı"nı qəbul edəcək

Bu gün Sumqayıtın 600 abonenti qazsız qalacaq

SDU yeni tədris ilinə rektor əvəzi ilə başlayır

Prezident İlham Əliyevin müsahibəsi Azərbaycanın xarici siyasətində balanslı və çoxşaxəli yanaşmanı nümayiş etdirir

Xalqına sədaqətlə xidmət edən ailə - FOTO

Sumqayıtda çörək sexində yanğın söndürüldü - Foto

Sumqayıtda velosiped idmanına dəstək layihəsi

Sumqayıt teatrında iz qoymuş sənətkarın doğum günüdür

Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına MÜSAHİBƏSİ –TAM MƏTN

Bu universitetlər tələbələri rektorsuz qarşılayacaq - Siyahı

Sumqayıtda dağıdıcı zəlzələ gözlənilir? - Qurban Yetirmişlidən açıqlama

Elnarə Akimova: "Mədəniyyətimizin və tarixi irsimizin qoruyucusunun dünyaya gəldiyi gündür"

Bu ilin ən yaşlı tələbəsi ali təhsilini Sumqayt Dövlət Universitetində oxuyacaq

Ekspert: Sumqayıtda da mənzillərin qiyməti bahalaşa bilər

Avtomobilinə boşanma elanını yazdı, sosial şəbəkələrdə gündəm oldu - FOTO

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Sumqayıt sakinləri diqqətli olsun – Müdafiə Nazirliyindən xəbərdarlıq

Sumqayıtda 90 min manatlıq avtobus dələduzluğu işi məhkəmədə barışıqla bitdi

Sumqayıt-Horadiz marşrutu üzrə müsabiqənin qalibi müəyyənləşdi

1 2 3 4 5 6 7 8 9 10 ... 962
Bu gün, 13:11
Bu gün, 12:59
Bu gün, 12:33
Bu gün, 10:24
Dünən, 17:12
Dünən, 16:29
Dünən, 16:08
Dünən, 14:50
Dünən, 14:42
Dünən, 13:43
Dünən, 13:22
Dünən, 12:02
26-08-2025, 14:43
26-08-2025, 13:28
26-08-2025, 13:20
26-08-2025, 11:38
26-08-2025, 11:28
25-08-2025, 18:26
25-08-2025, 16:49
25-08-2025, 16:45
25-08-2025, 15:35
25-08-2025, 12:57
25-08-2025, 11:59
25-08-2025, 10:35
24-08-2025, 14:49
23-08-2025, 23:59
23-08-2025, 15:44
22-08-2025, 20:00
22-08-2025, 14:21
22-08-2025, 12:32
22-08-2025, 12:28
22-08-2025, 12:05
21-08-2025, 19:57
21-08-2025, 17:42
21-08-2025, 17:34
21-08-2025, 15:28
21-08-2025, 13:08
21-08-2025, 10:16
21-08-2025, 00:04
20-08-2025, 20:34
1 2 3 4 5 6 7 8 9 10 ... 962