Deputat Müşfiq Məmmədli yazır - Qəhrəmanlıq tariximiz


Tariximizə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 20 Yanvar hadisələrindən otuz iki il ötür. Xalqımızın haqq-ədalətin bərqərar edilməsi uğrunda səsini ucaldaraq imperiya buxovlarından birdəfəlik qurtulmağa can atmasından təşvişə düşən SSRİ rəhbərliyi həmin gün Azərbaycanda müdhiş cinayətə əl atdı. Bakıda və respublikamızın regionlarında həyata keçirilmiş hərbi təcavüz nəticəsində dinc əhaliyə divan tutuldu, xalqımıza qarşı qətliam həyata keçirildi. 

Bu hadisə öz milli haqqı uğrunda ayağa qalxan xalqımızı öz yolundan döndərmədi, əksinə onu yumruq kimi birləşdirdi, daha sıx həmrəy etdi. Bu mənada tariximizə həm də milli qürur günü kimi həkk olunan 20 yanvar hadisələri azadlığı uğrunda mübarizə aparan Azərbaycan xalqının məğrurluğunu, vətənpərvərliyini dünyaya, o cümlədən o vaxtkı SSRİ rəhbərliyinə aydın şəkildə çatdıra bildı. Həmin gün baş verənlər Azərbaycan adlı bir dövlətin varlığını bir daha dünyaya bəyan etməklə yanaşı, həm də sovet imperiyasının çöküşündə əsas amillərdən biri oldu.
Xalqımıza və insanlığa qarşı törədilən cinayət nəinki keçmiş sovet ittifaqında, o cümlədən bir çox ölkələrdə geniş əks-səda doğursa da, o zaman yerli hakimiyyət orqanları baş verənlərin üzərindən sükutla keçdilər. Çünki xalqımıza qarşı törədilənlərə laqeyd münasibətlərini ortaya qoyaraq sovet rəhbərliyinin qəzəbinə tuş gəlmək istəmirdilər. O ağır və faciəli günlərdə Azərbaycan xalqına qarşı soyqırımı aktının həyata keçirildiyini ilk olaraq cəsarətlə bütün dünyaya bəyan edən Heydər Əliyev oldu. Heydər Əliyev vətəndaş qeyrəti və həqiqi vətənpərvərlikdən doğan cəsarətli bəyanatı ilə dünya azərbaycanlılarını ayağa qaldırdı, xalqın siyasi iradəsini ifadə etdi. Baş verən hadisələri hüquqa, demokratiyaya, hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edən Heydər Əliyev yüzlərlə insanın qətlə yetirilməsini Azərbaycan xalqına qarşı cinayət adlandıraraq hadisəyə siyasi qiymət verilməsini tələb etdi.
Qanlı Yanvar hadisələri Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərdi, dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi oldu. 1990-cı ilin yanvarından sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrildi, dönməz xarakter aldı, xalqımız öz gələcəyini yalnız Azərbaycanın müstqilliyini bərpa etməsində gördü. Bu hadisədən sonra Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi və tezliklə xalqımız dövlət müstəqilliyini bərpa etdi.
Sovet hakimiyyəti dövründə məlum səbəblərdən 20 yanvar faciəsinə əsil qiymətini vermək mümkün deyildi. Lakin ulu öndər Heydər Əliyev hələ sovet hakimiyyəti dövründə byöük cəsarətlə Naxçıvan Ali Məclisində 20 yanvar faciəsinə siyasi qiymətin verilməsinə nail oldu. Lakin ulu öndərin hələ totalitar rejimin dövründə başlatdığı bu işi müstəqilliyimizin ilk illərində hakimiyyətdə olanlar dövlət səviyyəsində davam etdirmədilər. Belə ki, hələ sovet dövründə 20 Yanvar hadisələrinə siyasi qiymət verilməsi tələbi ilə dəfələrlə çıxış edən AXC hakimiyyətə gəldikdən sonra bu mövzunu unutdu, iqtidarda olduğu dövrdə faciəyə siyasi qiymət vermək üçün cəhd belə göstərmədi. 1993-cü ilin yayına qədər Azərbaycana rəhbərlik edən şəxslərin heç biri bu faciə ilə bağlı əsl həqiqəti aşkar etməyə özündə cəsarət tapmadı.
1993-cü ildə xalqın istəyi ilə hakimiyyət sükanının arxasına keçən ulu öndər işlərinin çoxluğuna baxmayaraq 20 Yanvar faciəsinin günahkarlarının araşdırılmasına diqqət ayırdı. Heydər Əliyevin «20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında» Fərmanında Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verməsi tövsiyə olundu. Milli Məclisin 1994-cü il martın 29-da qəbul etdiyi Qərarda 20 Yanvar faciəsinin günahkarları konkret qeyd olundu və bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirildi. Bununla da 20 Yanvar hadisələri dövlət səviyyəsində siyasi-hüquqi qiymətini aldı, bu cinayəti törədənlərin adları ictimaiyyətə çatdırıldı.
Azərbaycan xalqı 20 Yanvar şəhidlərini xatirəsini hər zaman yüksək ehtiamla anır. Ulu öndər Heydər Əliyev tərəfindən 1998-ci ildə"20 Yanvar Şəhidi” fəxri adı təsis edilib. Ulu Öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb. Həmçinin Şəhidlər Xiyabanında yüksək səviyyəsi təmir və yenidənqurma işləri aparılıb, paytaxıtn "20 Yanvar” dairəsində şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldılıb.
Azərbaycan xalqı öz qəhrəman övladlarının fədakarlığını yüksək qiymətləndirərək, hər il yanvarın 20-də onların xatirəsini dərin ehtiramla yad edir. Hər il dövlət səviyyəsində geniş tədbirlər planı hazırlanaraq həyata keçirilir, qanlı qırğının ildönümü respublikanın bütün şəhər və rayonlarında qeyd olunur. Vətənin azadlığı, suverenliyi uğrunda özlərini qurban verən şəhidlərin xatirəsi həmişə qəlbimizdə yaşayacaq.
Müşfiq Məmmədli,
Milli Məclisin deputatı



19-01-2022, 15:30 194

Digər xəbərlər

Sumqayıtlı deputatların iştirakı ilə “Bir Elin Manifesti” müsabiqəsinin qalibləri mükafatlandırıldı-FOTO

Rəqəmsal Azərbaycanın yeni arxitekturası: Məktəbdən süni intellektə uzanan yol

Sumqayıtda fevral ayının pensiyaları artımla ödənilib

Prezidentdən Natiq Qarayevə yüksək təltif

Sumqayıtın “Nümunəvi həyət”ində yolun ortasında təhlükəli çala - ŞİKAYƏT-VİDEO

DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yaydı - VİDEO

BP-nin dəstəyi ilə SDU-da texniki təchizat layihəsi həyata keçiriləcək

"Sumqayıt" Burkina Faso millisinin üzvünü heyətinə qatıb

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində 85 min manatlıq dələduzluq işi bağlandı – Təqsirləndirilən şəxs vəfat etdi

Sumqayıt da daxil olmaqla ölkə üzrə 265 Qarabağ qazisinin əlilliyi ləğv edilib

Magistraturaya qəbul imtahanı fevralın 15-də keçiriləcək – Sumqayıtda 1712 bakalavr iştirak edəcək

Sumqayıtda fərdi evdə baş verən yanğın can aldı

44 saylı Sumqayıt üçüncü seçki dairəsində vətəndaş qəbulu keçirilib - FOTO

U-19 Azərbaycan çempionatında Sumqayıt boksçuları mübarizəni davam etdirir

AFFA-dan qərar: “Sumqayıt”la oyuna görə “Zirə” klubu cərimə olundu

Strateji tərəfdaşlıqdan geosiyasi ittifaqa: Bakı–Vaşinqton xəttində yeni mərhələ

Məmurlar niyə xalqın yaddaşında bağışlanmır?

Sumqayıtlı təqaüdçülərin yeni artımla pensiya alma tarixi açıqlandı - RƏSMİ

Sumqayıt Apellyasiya Məhkəməsinin hökmü Ali Məhkəmədə təsdiqləndi

Prezident sosial şəbəkə hesablarında Ceyms Devid Vens ilə görüşündən görüntülər paylaşıb - VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1017
Bu gün, 09:45
Bu gün, 09:30
Bu gün, 09:06
Bu gün, 00:32
Dünən, 19:05
Dünən, 15:50
Dünən, 13:44
Dünən, 13:16
Dünən, 11:41
Dünən, 11:39
Dünən, 11:36
Dünən, 11:16
11-02-2026, 23:54
11-02-2026, 23:43
11-02-2026, 17:42
11-02-2026, 17:35
11-02-2026, 16:42
11-02-2026, 15:20
11-02-2026, 11:57
11-02-2026, 11:52
11-02-2026, 11:47
11-02-2026, 11:30
11-02-2026, 08:54
10-02-2026, 15:38
10-02-2026, 15:38
10-02-2026, 15:25
10-02-2026, 14:52
10-02-2026, 12:28
10-02-2026, 12:02
9-02-2026, 17:16
9-02-2026, 15:46
9-02-2026, 14:41
9-02-2026, 14:37
9-02-2026, 14:05
9-02-2026, 12:12
9-02-2026, 12:02
9-02-2026, 11:29
9-02-2026, 11:11
9-02-2026, 08:23
8-02-2026, 22:56
1 2 3 4 5 6 7 8 9 10 ... 1017