Azərbaycanlıların basdırıldığı kütləvi məzarlıq - 4 minə yaxın itkinimiz var



Xəbər verdiyimiz kimi, Ermənistan I Qarabağ müharibəsində itkin düşmüş Azərbaycan vətəndaşlarının kütləvi məzarlıqlarının olduğu yerlər barədə rəsmi Bakıya məlumat verəcəyi ilə bağlı öhdəlik götürüb.

Bu barədə  Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bildirib.

Rəsmi İrəvan bu öhdəliyi 7 fevral 2022-ci il tarixdə 8 nəfər erməni hərbçinin əsirlikdən qaytarılması müqabilində götürüb.

Bu razılaşma fevralın 4-də Fransa Prezidentinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilən görüşdə əldə olunub.

Bəs I Qarabağ müharibəsində itkin düşmüş Azərbaycan vətəndaşlarının sayı neçə nəfər olub?

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının 1 yanvar 2022-ci il tarixinə olan məlumatına görə, I Qarabağ müharibəsində 3890 nəfər Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi qeydiyyata alınıb.

Onlardan 3171 nəfəri hərbçi, 719 nəfəri mülki şəxsdir. Mülki şəxslərdən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 267 nəfəri qadın, 326 nəfəri yaşlı şəxsdir.

İtkin düşmüş şəxslərin ümumi sayından 872 nəfər, o cümlədən 29 uşaq, 98 qadın və 112 yaşlı adamın əsir-girov götürülməsi və ya işğal edilmiş ərazilərdə qalmasına dair təkzibedilməz məlumatlar var.Amma Ermənistan bu şəxslərin saxlanılması faktını beynəlxalq təşkilatlardan gizlədərək, onların sonrakı taleyi barədə hal-hazıra kimi məlumat vermir.

Dövlət Komissiyasının məlumatına görə, 1 yanvar 2022-ci il tarixinə kimi I Qarabağ müharibəsi zamanı əsir-girov götürülmüş 1480 Azərbaycan vətəndaşı azad edilib. Onlardan 378 nəfəri hərbçi, 1102 nəfəri mülki şəxsdir. Mülki şəxslərdən 224 nəfəri uşaq, 357 nəfəri qadın, 225 nəfəri yaşlı adamdır.

Dövlət Komissiyasında olan məlumatlara əsasən, əsir və girov götürülmüş xeyli sayda Azərbaycan vətəndaşı ağır işgəncələrə dözməyərək əsirlikdə və girovluqda həyatını itirib.

Azərbaycan tərəfi beynəlxalq təşkilatların, o cümlədən Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) rəhbərliyi ilə görüşlərdə dəfələrlə itkin düşmüş Azərbaycan vətəndaşları ilə bağlı məsələ qaldırıb, itkinlərin sonrakı taleyi barədə Ermənistan tərəfinin məlumat verməsini tələb etmələrini onlardan xahiş edib.
 



7-02-2022, 17:27 223

Digər xəbərlər

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı Respublika Günü münasibətilə təbrik edib

Prezident İlham Əliyev: “Zəngilan regionun strateji nəqliyyat mərkəzinə çevriləcək”

Ölən 10 yaşlı uşağı mal peyini ilə diriltmək istədilər - DƏHŞƏT

44 rəsmdə 44 qəhrəmanlıq hekayəsi – Sumqayıtda “Zəfərin rəngi” sərgisi keçirilib FOTO

Prezident İlham Əliyev Cəbrayılda “Şəms” və “Üfüq” Günəş Elektrik Stansiyalarının təməlini qoydu

Sumqayıtda oktyabr ayı üzrə bütün sosial ödənişlər tam şəkildə həyata keçirilib

Sumqayıtda Birinci Qarabağ müharibəsinin itkin şəhidi Lətif Şahhüseynov dəfn edilib - FOTO

Sumqayıt şəhərini Saray körpüsü ilə birləşdirən yolla bağlı son vəziyyət -FOTO-VİDEO

Etibar Məmmədovdan Arif Hacılıya: “Cəfəng adamlara cavab vermirəm” - QALMAQAL

Sumqayıtın deputatı: Vətən müharibəsində qazanılan Zəfər hər birimizin həyatında xüsusi yer tutur

Regionda ilk: Meyitdən orqan nəqli – Uğurlu təcrübədən gələcəyə doğru

"Sumqayıt"ın Yankoviçi "Qarabağ"dakı adaşından DANIŞDI

Sumqayıtda bir nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb

Bakı-Sumqayıt yolunda sıxlıq – səhər saatlarında tıxac yaranıb

Sumqayıtda 21 yaşlı qız binadan yıxılaraq dünyasını dəyişib - Fotosu

“Bəzi peşələr yoxa çıxacaq” - “ChatGPT”nin yaradıcısı

Kamerun dünyanın ən yaşlı prezidentini seçdi

Sinaqoqa qarşı terror aktı həyata keçirməyə cəhddə təqsirləndirilən şəxsə hök

Sumqayıt və Sarayda Birinci Qarabağ Müharibəsinin itkin düşmüş şəhidinin dəfn mərasimi keçiriləcək

Azərbaycan Kuboku: “Sumqayıt” komandası Zaqatalada qüvvəsini sınayacaq

1 2 3 4 5 6 7 8 9 10 ... 976
Bu gün, 22:47
Bu gün, 22:23
Bu gün, 19:52
Bu gün, 18:11
Bu gün, 17:35
Bu gün, 17:25
Bu gün, 14:59
Bu gün, 14:56
Bu gün, 12:12
Bu gün, 11:41
Bu gün, 11:25
Bu gün, 11:20
Bu gün, 11:00
Bu gün, 09:39
Dünən, 23:06
Dünən, 22:14
Dünən, 19:59
Dünən, 19:53
Dünən, 18:43
Dünən, 18:34
Dünən, 18:07
Dünən, 17:21
Dünən, 14:17
Dünən, 14:00
Dünən, 12:25
Dünən, 12:11
Dünən, 12:09
Dünən, 12:04
Dünən, 11:52
Dünən, 11:38
Dünən, 11:30
26-10-2025, 22:02
26-10-2025, 21:44
26-10-2025, 20:30
26-10-2025, 16:29
26-10-2025, 16:22
26-10-2025, 16:17
26-10-2025, 16:15
26-10-2025, 15:58
26-10-2025, 15:47
1 2 3 4 5 6 7 8 9 10 ... 976