“Nəcməddin Sadıkovun dövlətə xəyanətə görə tutulması üçün qərar verilmişdi”


I Qarabağ Müharibəsi zamanı 1993-cü il dekabrın 30-dan 31-nə keçən gecə Ağcabədi istiqamətində keçirilməsi planlaşdırılan, lakin 1 gün gecikmə ilə baş tutan və uğursuzluqla nəticələnən "Çeildağ” əməliyyatının detalları üzə çıxıb.

Sumqayit.tv xəbər verir ki, Respublika Hərbi Prokurorluğunun sabiq Xüsusilə Mühüm İşlər üzrə böyük müstəntiqi Kamal Əliyev Kriminalqafqaz-a cinayət işinin istintaqı barədə arayış göndərib. K. Əliyev sənəddə qeyd edib ki, həmin vaxt Silahlı Qüvvələrin Baş Qərargah rəisi olan Nəcməddin Sadıkovun əmri ilə əməliyyat bir gün təxirə salınıb. Nəticədə 82 azərbaycanlı hərbçi tələyə salınaraq öldürülüb və ya itkin düşüb: 
"Döyüş əməliyyatının bir gün yubandırılmaqla keçirilməsinə görə hərbçilərimiz ermənilər tərəfindən Əfqanıstanda Sovet qoşunlarına qarşı dəfələrlə tətbiq olunmuş "Oqnevoy meşok” deyilən tələyə salındı və nəticədə 82 hərbi qulluqçu öldü. Əməliyyatın nəticələri ilə bağlı Nəcməddin Sadıkov, Müdafiə nazirinin müavini Elbrus Orucov, nazirliyin Əməliyyat idarə rəisi Vasyak Aleksandr Petroviç və digərləri raportlar yazıb müvafiq izahatlar tərtib etdilər. Həmin raportda göstərilmişdi ki, "Çeildağ” əməliyyatının acınacaqlı sonla nəticələnməsinin səbəbi o zamankı N saylı hərbi hissənin komandiri polkovnik-leytenant Talıb Məmmədovun şəxsi heyət və texnikanın əməliyyatdakı iştirakını qəsdən təmin etməməsi olub”.
Kamal Əliyev həmin raporta uyğun təqdim olunmuş materiallar əsasında T.Məmmədov barəsində tutulma qərarı çıxarıb. Ona qarşı dövlətə xəyanət ittihamı irəli sürülüb və Respublikanın Hərbi prokuroru Nizami Təhməzovun sanksiyasına əsasən həbs edilib.

Kamal Əliyev bildirir ki, istintaq zamanı əslində Nəcməddin Sadıkovun yazdığı raportun yalan olduğu üzə çıxıb. Müstəntiq 1994-cü ildə Nəcməddin Sadıkov, Elbrus Orucov, Vasyak Aleksandr Petroviç və digərləri barəsində dövlətə xəyanət və vəzifə səlahiyyətlərini aşma (hazırki redaksiyada Cinayət Məcəlləsinin 274 və 341-ci maddələr) ittihamını irəli sürüb:
"İstintaq nəticəsində qəti şəkildə müəyyən olundu ki, "Çeildağ" əməliyyatının məğlubiyyətə uğramasının səbəbləri Nəcməddin Sadıkov tərəfindən əməliyyatın bir gün təxirə salınması və nəticədə əməliyyat haqqında düşmənin əvvəlcədən tam və ətraflı məlumatlandırılması olub. İstintaq tam əmin oldu ki, əməliyyat N.Sadıkov və digərləri tərəfindən qəsdən düşmən tərəflə birlikdə koordinasiya olunub.
1994-cü ilin fevralında Hərbi prokurorluğun rəhbərliyinə dəfələrlə məruzə olundu. Hərbi prokurorluq cinayət işinin təcili qaydada baxılması və yekunlaşdırılaraq məhkəməyə göndərilməsini tələb edirdi. Hətta həmin vaxt Nizami Təhməzovla mübahisə etdim və bildirdim ki, qeyri-qanuni qərar qəbul edə bilmərəm. Ciddi təzyiqlərə baxmayaraq, Talıb Məmmədov barəsində cinayət təqibinə xitam verib onu həbsdən azad etdim.
Eyni zamanda, Baş Qərargah rəisi Nəcməddin Sadıkov və digərləri haqqında şübhəli şəxs qismində tutma protokolları tərtib edib, onların müttəhim kimi cinayət məsuliyyətinə cəlb olunmaları barədə qərar qəbul etdim”.
Amma müstəntiqin bu qərarı Baş Prokurorluq və Hərbi Prokurorluqda narazılıq yaradıb. Kamal Əliyev Nəcməddin Sadıkova qarşı qərəzli mövqe tutmaqda günahlandırılıb:
"Bu hadisədən sonra, Hərbi Prokuror Nizami Təhməzov mənim işdən azad olunmağım barədə qərar qəbul etdi. Vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilərək həbs edildim.
Baş Prokurorluğun binasında prokurorluq orqanlarının vəzifəli şəxsləri ilə yanaşı Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Komitəsinin rəhbər şəxslərinin iştirakı ilə müşavirə keçirildi və gecə saat 11-dən səhər 9:30-a qədər izahatım alındı. Müşavirədə qərar verildi ki, Silahlı Qüvvələrin Baş Qərargah rəisi barəsində özbaşına tutma protokolu tərtib edib cinayət məsuliyyətinə cəlbetmə barədə qərar verdiyimə görə həbs olunmalıyam ki, başqalarına dərs olsun.
Səhəri gün məsələ ölkə rəhbərliyinə məruzə olundu. Prezidentin tapşırığından sonra rəhbərlik cinayət işini mənim icraatımdan alaraq başqa müstəntiqə verdi. Düzdür, işi təhvil alan yeni müstəntiq ittihamı məhkəməyə göndərdi. Lakin Ali Məhkəmə Talıb Məmmədova bəraət verdi. Onun "Çeildağ” əməliyyatındakı 82 hərbçinin ölümündə günahkar olmadığı sübuta yetirildi. Mənim barəmdəki işdən azad olunma və həbs qətimkan tədbiri isə ləğv edildi. Nəcməddin Sadıkovun cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı qərarlarımın sonrakı taleyindən isə xəbərim olmadı”.
Fotoda: Dövrün Baş prokuroru Əli Ömərov və Respublikanın Hərbi Prokuroru Nizami Təhməzov

Bundan sonra müstəntiq Kamal Əliyev Şuşanın işğalında və vətənə xəyanətdə ittiham edilərək tutulmuş sabiq Müdafiə naziri Rəhim Qazıyevin cinayət işi üzrə istintaqı aparmaqla vəzifələndirilib.
Müstəntiq K.Əliyev Nəcməddin Sadıkovun həbsinə nail ola bilməsə də, həmin olaylardan sonra Sadıkov Müdafiə Nazirliyinin əməliyyat, kəşfiyyat və XTQ-ə müdaxilədən, həmin strukturlardan informasiya alma imkanlarından məhrum edilib.
Qeyd edək ki, Talıb Məmmədov isə bəraət aldıqdan sonra yenidən MN strukturunda çalışmağa davam edib. Nazirliyin Baş Kəşfiyyat İdarəsinin rəisi təyin olunub, general-leytenant hərbi rütbəsinə kimi yüksəlib. Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsinin formalaşdırılmasında mühüm rol oynayıb. Azərbaycanın Pakistandakı hərbi attaşesi olub.
Kamal Əliyev isə Hərbi Prokurorluqdan sonra Bakı və Tərtər Hərbi Məhkəmələrində hakim işləyib. Hazırda fəaliyyətini vəkil kimi davam etdirir.

8-02-2022, 12:15 221

Digər xəbərlər

Zakir Fərəcov səyyar görüş keçirib - FOTOLAR

Bakı Appelyasiya Məhkəməsi qanunsuz tikililərlə bağlı "Pilot Residence" yaşayış binasına baxış keçirib

Zəngəzur dəhlizi üzrə saziş – ABŞ-ın diplomatik qələbəsi, İranın strateji məğlubiyyəti ŞOK YAZI

Sumqayıtda bərbərxana yandı

İKZF Sumqayıtda satmaq öhdəliyi ilə kirayə mənzillər təklif edir

Xızıda üstünə darvaza aşdı, Sumqayt xəstəxanasında öldü

Yarım milyon manat mənimsəyən bacısını xilas etmək istədi: Özü dələduzluğun qurbanı oldu

Sumqayıtda məktəbli qıza qarşı əxlaqsızlıq edən gəncin cəzası ağırlaşdırıldı

Sumqayıtda fərdi evdə yanğın baş verib, zərərçəkən var

İlham Rəhimova sanksiya tətbiq edildi

ÇL: “Qarabağ” ərizəsini açıqladı, bu oyunçular çağırılmadı

Sumqayıtla bağlı avtobus problemi qalmaqdadır

Sumqayıtda qadın həkimin evi qarət edildi: 25 min manat oğurlandı

"Sumqayıt" üç basketbolçusu ilə müqavilənin müddətini uzadıb

Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı Sumqayıtda da keçiriləcək

Sumqayıtda yolun qanunsuz zəbt olunması ilə bağlı ŞİKAYƏT - FOTO

Bu gün Sumqayıtın, bu mikrorayon və məhəllələri də qazsız qalacaq

Sumqayıtda 750 abonentin qazı müvəqqəti kəsiləcək

Paralimpiya çempionuna FHN-in Sumqayıt Regional Mərkəzində vəzifə verildi

Aumqayıtda yeddi yaşlı uşağı öldürməkdə təqsirləndirilən məşqçi kassasiya şikayəti verdi

1 2 3 4 5 6 7 8 9 10 ... 964
Dünən, 17:25
Dünən, 17:05
Dünən, 15:50
Dünən, 15:36
Dünən, 13:38
Dünən, 12:17
4-09-2025, 13:36
4-09-2025, 13:31
4-09-2025, 08:37
3-09-2025, 16:45
3-09-2025, 16:34
3-09-2025, 16:00
3-09-2025, 15:40
3-09-2025, 15:28
3-09-2025, 15:23
3-09-2025, 12:09
3-09-2025, 10:48
2-09-2025, 16:28
2-09-2025, 14:51
2-09-2025, 11:56
1-09-2025, 15:22
1-09-2025, 15:16
1-09-2025, 15:13
1-09-2025, 15:04
1-09-2025, 10:28
1-09-2025, 09:32
30-08-2025, 22:21
30-08-2025, 17:04
30-08-2025, 12:13
30-08-2025, 09:26
29-08-2025, 20:15
29-08-2025, 20:10
29-08-2025, 20:05
29-08-2025, 14:57
29-08-2025, 14:14
29-08-2025, 09:39
29-08-2025, 09:27
28-08-2025, 17:55
28-08-2025, 13:11
28-08-2025, 12:59
1 2 3 4 5 6 7 8 9 10 ... 964