“Türkiyə Kabildə qalacaq, Bakıdakı aviaqovşağın əhəmiyyəti artacaq” — MÜSAHİBƏ


Bütün koalisiya qüvvələri ilə müqayisədə Türkiyənin çox az sayda kontingenti Əfqanıstanda qaldı. Türkiyə qoşunlarının burada olmasının səbəbi daha çox siyasidir”.

Sumqayit.tv məlumat verir ki, bu sözləri Caliber.Az-a müsahibəsində Əfqanıstandakı vəziyyəti şərh edən Rusiya Politoloqlar Cəmiyyəti Analitik Mərkəzinin direktoru Andrey Serenko deyib.

“Bu layihə, sözsüz ki, Türkiyənin və şəxsən Prezident Rəcəb Tayyib Ərdoğanın NATO daxilində mövqelərini möhkəmləndirir. Aydındır ki, Əfqanıstandan gələn məlumatlar Qərb üçün vacib olacaq, bu ölkədə kəşfiyyat və informasiya agentura şəbəkəsinin rolu olduqca artır. Berlin, London və ya Vaşintondan bu cür genişmiqyaslı işi təşkil etmək çox çətindir, ərazidə etibarlı adamların olmalıdır. Əfqanıstandan söhbət gedərkən isə, bu cür koordinatorluq rolunu məhz Türkiyə oynaya bilər”, - deyə ekspert qeyd edib.

Onun sözlərinə görə, paytaxt hava limanı hər zaman istənilən ölkədə önəmli rol oynayır:

“Aydındır ki, əfqanların özləri hava limanını müdafiə edəcək, təhlükəsizliyini təmin edəcək. Lakin onlar texnoloji dəstəyə, radarlara, dispetçer xidmətinə, uçuşların təhlükəsizliyinin təmin olunmasına ehtiyac duyurlar. Bildiyim qədərilə Kabildə Türkiyə tərəfinin mümkün köməyini məhz bu istiqamətdə nəzərdən keçirirlər.

Kabil hava limanı – ölkənin hava məkanına nəzarət sistemində vacib elementdir. Aydındır ki, ABŞ və NATO ölkələri tərəfindən söz verilən dəstək Əfqanıstan hökuməti üçün vacibdir və hərbi yüklər əsasən hava yolu ilə çatdırılacaq.

Yeri gəlmişkən, bu səbəbdən təkcə Kabil hava limanının deyil, eyni zamanda daha əvvəl Əfqanıstana tədarüklərin şimal şəbəkəsində böyük rol oynayan Bakıdakı aviasiya qovşağının da əhəmiyyəti artacaqdır”.

5-07-2021, 15:01 442

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041