Səfir Ukraynadakı Azərbaycan vətəndaşlarının təxliyəsindən DANIŞDI


“Hazırda Azərbaycanın Ukraynadakı səfirliyi tam heyətlə iş başındadır. Şəxsən özüm də iş yerindəyəm”.

Bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova bildirib.
Səfir deyib ki, vəziyyət tam nəzarət altındadır:
“Azərbaycanın konsulluğu tam gücü ilə işləyir, Azərbaycana getmək istəyən vətəndaşlar müraciət edə bilərlər. Pasportunun vaxtı keçmiş və ya pasportu ilə bağlı digər problemi olanlar da müraciət edə bilərlər. Hazırda Ukraynadakı azərbaycanlılar üçün ən təhlükəsiz şərait öz qaldığı evdən çıxmamaqdır. Çünki bütün yollar bağlanılıb, ölkədən çıxış mümkün deyil. Ölkədə vəziyyət təhlükəlidir. Bizim özümüzün də, yəni diplomatların təxliyəsi hələlik həyata keçirilmir.
Əgər təxliyə mümkün olarsa, 3-4 diplomat qalıb işləyəcək, qalan diplomatların ailələri Ukraynadan çıxarılacaq. Eyni zamanda hazırda Azərbaycandan Xarkovda kurs keçən 17 fövqəladə hallar əməkdaşı ilə yanaşı, Ukraynadakı Azərbaycan vətəndaşlarının da evakuasiyasını mümkün olan kimi edəcəyik. Amma hələ bu barədə düşünürük. Çünki hələ məlum deyil hansı yolla ölkədən çıxara bilərik”, - deyə Elmira Axundova əlavə edib.
Səfir səfirliyin 00380735050000 nömrəli qaynar xəttinin işlədiyini də xatırladaraq ölkədəki Azərbaycan vətəndaşlarına istənilən aidiyyəti məlumat ilə bağlı müraciət edə biləcəyini deyib. Səfir eyni zamanda vətəndaşlara Azərbaycan Xarici İşlər Nazirliyinin bu gün səhər yaydığı müraciətlə də tanış olmağa çağırıb.
Qeyd edək ki, bu gün səhər saatlarından Kiyev də daxil olmaqla Ukraynanın Xarkov, Mariupol, Odessa, İvano Frankovsk vilayətlərində silsilə partlayışlar baş verir. Donbasda isə şiddətli döyüşlər gedir.

24-02-2022, 15:34 179

Digər xəbərlər

Sumqayıtda güclü külək iri ağacı aşırdı, piyada səkisi bağlandı - FOTOLAR

SANKON Azərbaycan nümayəndəliyində yeni təyinat olub

Sumqayıt təhsil göstəricilərinə görə bir çox rayonları geridə qoyub-Siyahı

Sumqayıtda kanalizasiya daşıb, küçələri və evləri su basıb - VİDEO

Rusiya səfirini niyə Moskvaya çağırdı? – Ermənistanın Aİ kursuna sərt mesaj - VİDEO

Rusiya Ermənistandakı səfirini geri çağırdı

Sumqayıtda yaşayış kompleksində yanğın baş verib – FHN hadisə yerində olub - VİDEO

Sumqayıtda sakinlər işıq problemindən şikayətçidir: “Bir yağış yağır, ərazi qaranlığa qərq olur” - ŞİKAYƏT

Sumqayıtda yük maşınları toqquşdu – xəsarət alanlar var - VİDEO

Ukraynanada soydaşlarımıza Qurban bayramı sovqatı paylanılıb - FOTO

Sumqayıtda külli miqdarda qanunsuz dərman vasitələri aşkarlanıb

"Sumqayıt" klubu bu futbolçularla yollarını ayırıb

Prezidentlə görüşən sakin: “Sumqayıtda yaşayırdıq” - VİDEO

Azərbaycan Yəhudi Media Mərkəzi Azərbaycan xalqını 28 May - Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik edib

Prezident İlham Əliyevdən 28 May paylaşımı

İzmir Azərbaycan Kültür ve Dayanışma Dərnəyi 28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə tədbir keçirib - VİDEO/FOTO

28 May – Bir millətin qüruru, bir dövlətin əbədi imzasi

Qurban Bayramı birlik, mərhəmət və paylaşma bayramıdır

Prezident Azər Tağıyevi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə hakim təyin etdi

Sumqayıtlı şagird buraxılış imtahanında maksimum nəticə göstərib

1 2 3 4 5 6 7 8 9 10 ... 1059
Dünən, 18:24
Dünən, 18:20
Dünən, 15:01
Dünən, 11:17
Dünən, 11:05
Dünən, 10:40
Dünən, 07:41
29-05-2026, 22:31
29-05-2026, 21:20
29-05-2026, 20:30
29-05-2026, 12:19
29-05-2026, 10:17
29-05-2026, 10:14
28-05-2026, 10:45
27-05-2026, 23:48
27-05-2026, 23:19
27-05-2026, 21:37
27-05-2026, 06:40
27-05-2026, 06:36
26-05-2026, 22:23
26-05-2026, 20:08
26-05-2026, 17:29
26-05-2026, 16:43
26-05-2026, 16:00
26-05-2026, 15:53
26-05-2026, 15:45
26-05-2026, 14:40
26-05-2026, 14:00
26-05-2026, 12:59
26-05-2026, 12:57
26-05-2026, 12:54
26-05-2026, 12:52
26-05-2026, 12:10
26-05-2026, 11:57
26-05-2026, 11:22
26-05-2026, 10:18
25-05-2026, 21:14
25-05-2026, 21:09
25-05-2026, 21:06
25-05-2026, 21:01
1 2 3 4 5 6 7 8 9 10 ... 1059