Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Füzuli rayonunun Horadiz şəhərinə gedib.Bu barədə səfir Ceyms Şarp tviterdə yazıb.
"Biz minalar sahəsində ANAMA ilə əməkdaşlığımıza davam edirik. Bu gün Horadizdə ərazilərin minalardan təmizlənməsi üçün həm təlim, həmçinin də texniki dəstək göstərən Britaniya mütəxəssisləri ilə görüşdüm".