Martın 9-da təhsil naziri Emin Əmrullayev Qırğız Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonaliyev ilə görüşüb.
Görüşdə iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.