Ermənistan Azərbaycanın sülh münasibətləri yaratmaq üçün irəli sürdüyü yeni təkliflərə cavab verib.Sumqayit.tv "Sputnik Armenia”ya istinadən xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatında rəsmi İrəvan danışıqların təşkil olunması üçün ATƏT-in Minsk qrupuna müraciət etdiyi vurğulanıb. Buna görə BMT Nizamnaməsi, Helsinki Yekun Aktının, Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt əsasında Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün ATƏT-in Minsk qrupunun həmsədrlərinə danışıqların təşkil olunması üçün müraciət edilib.