Qarabağ və Şərqi Zəngəzurdakı yol layihələri haqda məlumat AÇIQLANDI



Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında icra olunan yol infrastrukturu layihələrinə dair məlumat açıqlayıb.
Məlumatlarda bildirilib:

1. Füzuli - Hadrut avtomobil yolu;
- texniki göstəricilər: 12 kilometr, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
- görülən işlər: torpaq işləri 42 %, yol geyimi 23 %, boru və keçidlərin tikintisi 21 % icra olunub. Yolun 300 metr hissəsində asfalt-beton örtüyün alt layı tikilib.
- işlərin başa çatdırılması: 2022-ci il.
2. Hadrut - Tuğ - Azıx mağarası avtomobil yolu;
- texniki göstəricilər: 22 km, IV texniki dərəcəli, 2 hərəkət zolaqlı.
- görülən işlər: mövcud yol örtüyü frez maşını vasitəsilə profilə salınır, 2700 m hissədə asfalt-beton örtüyün alt layı tikilib, 800 m ərazidə yolun dağılmış hissəsi qazılaraq ərazidən uzaqlaşdırılır və yeni yol əsası tikilir.
- işlərin başa çatdırılması: 2022-ci il.
3. Bərdə - Ağdam avtomobil yolu;
- texniki göstəricilər: 45 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
- görülən işlər: torpaq işləri 57 %, yol geyimi 19 %, boru və keçidlərin tikintisi işləri 45 %, körpülərin tikintisi 93 % icra olunub.
- işlərin başa çatdırılması: 2022-ci il.
4. Qubadlı - Eyvazlı avtomobil yolu;
- texniki göstəricilər: 28,5 km, IV texniki dərəcəli, 2 hərəkət zolaqlı.
- görülən işlər: yolda qaya qruntları dağıdılmaqla torpaq yatağının tikintisi işləri aparılır. Yolun 8 km-də torpaq yatağının genişləndirilərək normativ enə çatdırılması işləri başa çatıb.
- işlərin başa çatdırılması: 2022-ci il.
5. Qubadlı - Mahmudlu - Yazdüzü - Ermənistan sərhədi avtomobil yolu;
- texniki göstəricilər: 26,4 km, IV texniki dərəcəli, 2 hərəkət zolaqlı.
- görülən işlər: yolun layihələndirməsi işləri aparılır.
- işlərin başa çatdırılması: 2022-ci il.
6. Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisi;
- texniki göstəricilər: 726,3 km, IV texniki dərəcəli, 2 hərəkət zolaqlı.
- görülən işlər: yollarda torpaq işləri 83 %, torpaq yatağının və yol geyiminin tikintisi işləri 25 %, boruların tikintisi 95 %, yol nişanları 82 % icra olunub.
- işlərin başa çatdırılması: 2022-ci il.
7. Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi;
- texniki göstəricilər: 32 km, III texniki dərəcəli, 2 hərəkət zolaqlı.
- görülən işlər: avtomobil yolunun layihələndirilməsi ilə paralel olaraq, torpaq işləri həyata keçirilir, 13-24 cü km hissədə torpaq yatağının və 1 körpünün tikintisi davam etdirilir.
- işlərin başa çatdırılması: 2022-ci il.
8. Laçın rayonunda hava limanının tikintisi ilə əlaqədar qazma-partlatma və torpaq işlərinin yerinə yetirilməsi;
- görülən işlər: Layihələndirmə və mobilizasiya işləri aparılır, paralel olaraq 10 ha sahədə ərazinin təmizlənməsi işləri görülür.
- işlərin başa çatdırılması: 2022-ci il.
9. Talış - Tapqaraqoyunlu - Qaşaltı - Naftalan avtomobil yolu;
- texniki göstəriciləri: 22 km, II-IV texniki dərəcəli, 2 hərəkət zolaqlı.
- görülən işlər: Yolun ilk 8,5 km və 9-22-ci km hissələrində torpaq işləri bitib, suötürücü boruların və yol geyiminin tikintisi işləri davam etdirilir.
- işlərin başa çatdırılması: 2022-ci il.
10. Xudafərin - Qubadlı - Laçın avtomobil yolu;
- texniki göstəricilər: 70,4 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
- görülən işlər: Qubadlı - Laçın istiqamətində 45 km, Xanlıq istiqamətində 14 km hissədə torpaq yatağının və körpülərin tikintisi işləri aparılır. Torpaq işləri 47 %, yol geyimi 10 %, boru və keçidlərin tikintisi 25 %, körpülərin tikintisi 24 %, istinad divarlarının tikintisi 22 % icra olunub.
- işlərin başa çatdırılması: 2023-cü il.
11. Şükürbəyli - Cəbrayıl - Hadrut avtomobil;
- texniki göstəricilər: 39,7 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
- görülən işlər: torpaq işləri 58 %, yol geyimi 17 %, boru və keçidlərin tikintisi 64 %, körpülərin tikintisi 56 % icra olunub.
- işlərin başa çatdırılması: 2023-ci il.
12. Ağdam - Füzuli avtomobil yolunun tikintisi;
- texniki göstəricilər: 64,8 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
- görülən işlər: torpaq işləri icra olunur, paralel olaraq layihələndirmə aparılır. Torpaq işləri 3 % icra olunub.
- işlərin başa çatdırılması: 2023-cü il.
13. Əhmədbəyli - Füzuli - Şuşa avtomobil yolu;
- texniki göstəricilər: 81,6 km, I texniki dərəcəli, 6-4 hərəkət zolaqlı.
- görülən işlər: layihə boyu torpaq yatağı inşa olunur, həmçinin 8 körpünün, 6 tunelin və 5 alt keçidin tikintisi aparılır.
- işlərin başa çatdırılması: 2024-cü il.
14. Əhmədbəyli - Horadiz - Cəbrayıl - Zəngilan - Ağbənd yeni avtomobil yolu;
- texniki göstəricilər: 123,6 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
- görülən işlər: yol boyu torpaq yatağının tikintisi aparılır. Torpaq işləri 50 %, boru və keçidlərin tikintisi 35 %, körpülərin tikintisi 48 % icra olunub.
- işlərin başa çatdırılması: 2024-cü il.
15. Kəlbəcər - Laçın avtomobil yolu;
- texniki göstəricilər: yol – 72,3 km, I-II texniki dərəcəli, 2-3 hərəkət zolaqlı, tunel - 9,8 km.
- görülən işlər: mobilizasiya və torpaq işləri həyata keçirilir. Ümumi icra vəziyyəti 2 % təşkil edir.
- işlərin başa çatdırılması: 2025-ci il.
16. Toğanalı - Kəlbəcər - İstisu avtomobil yolu;
- texniki göstəricilər: yol – 80,7 km, I-II texniki dərəcəli, 2-3 hərəkət zolaqlı, Murovdağ tuneli – 11,6 km; tunel 1 – 6,3 km.
- görülən işlər: yolun 12-13 və 26-28 km-də torpaq yatağının inşası, həmçinin zəruri nöqtələrdə suötürücü boruların inşası davam edir. 8,5-8,7 və 12,8-13,5-ci km hissələrdə mövcud kanalların köçürülməsi, həmçinin bəzi ərazilərdə suötürücü boruların inşası tamamlanıb, 26-26,5-ci km-də kanalın inşası isə davam edir. Murovdağ tunelinin giriş və çıxışında üst yarı qazma işləri toplam 1857 m təşkil edir. Tunel 1-in çıxış portalında isə qazma işlərinə başlanılıb.
- işlərin başa çatdırılması: 2026-cı il.

16-03-2022, 11:09 353

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041