Ölkənin üçrəngli bayrağı Avropa Şurasının bayraqlar xiyabanından çıxarılıb.
Rusiya 26 il təşkilatın üzvü olub. Ukrayna ilə müharibə başlayandan sonra Rusiya Avropa Şurasından və Avropa İnsan Haqları Konvensiyasından çıxdığını bəyan edib.
Rusiyanın Avropa Şurasındakı üzvlüyü bu gündən etibarən rəsmi olaraq dayandırılıb.