Putinin sevimlisinin dəhşətli gizlinləri


Qan Turalı yazır...
Valday Beynəlxalq Diskussiya Forumunda MDU-nun professoru Pyotr Dutkeviç Putinə belə bir sual verdi: “Özünüzə çox yaxın bilib və eyni zamanda Rusiya üçün dəyərli, əhəmiyyətli hesab etdiyiniz mütəfəkkir kimdir?”.
Putinin cavabı çox maraqlı oldu: “Bilirsinizmi, təkcə İvan İlyini deməzdim amma İvan İlyini oxuyuram. Rəfimdə kitabı var, bəzən oxuyuram. Berdyayevi də bayaq xatırlatdım, başqa mütəfəkkirlərimiz də var. Onlar Rusiyanı düşünən, onun gələcəyini düşünən insanlardır”. 
Prezidentin çıxışlarında İlyindən sitatlara tez-tez yer verilir. Putin bütün məmurlara İvan İlyini oxumağı tapşırır. İclaslarda təhsil naziri, Baş prokuror gətirdikləri sitatlarla nəinki İvan İlyini oxuduqlarını, hətta əzbərlədiklərini nümayiş etdirirlər. 
İlyin irsini araşdırmada “Oskar”lı rejissor Nikita Mixalkov xüsusilə fəaldır. Filosof haqda bir neçə məqalə yazan Mixalkov İlyinin qəbrinin Rusiyaya gətirilməsinin təşəbbüskarı idi. 2005-ci ildə İsveçrədən Rusiyaya gətirilən cənazə Don monastırında torpağa basdırıldı. Onunla birgə Rusiya torpağının yeni qonağı vardı, bolşeviklərlə çar tərəfdarları arasında baş verən Vətəndaş müharibəsində Ağqvardiyaçıların komandanı general Denikin... Pravoslav ideyalarının ideoloqu olan yazıçı İvan Şmelyovin məzarı 2000-ci ildə Parisdən bura köçürülmüşdü. Putinin bu məzarları ziyarəti 2009-cu ildə Rusiya KİV-lərində işıqlandırıldı. 
“Rusiyanı düşünən, onun gələcəyini düşünən” İvan İlyin kimdir? Bu adı ilk dəfə eşidirsinizsə özünüzü qınamayın. Doğrudur, Rusiya zəngin fəlsəfə ənənələri ilə öyünə bilməz. Tolstoy və Dostoyevski miqyasında bir Rusiya filosofu yoxdur. Ancaq yenə də İlyinin adı gözə dəymir. Dünyanın ən məşhur nəşri olan “Britaniya ensiklopediyası” onu öz səhifələrinə layiq görməyib. 
Son illərdə isə ABŞ-ın nüfuzlu nəşrləri “Foreign Affairs”, “The New York Review of Books”, İvan İlyin haqda məqalələr dərc edir. Əlbəttə ki, kontekst Putindir, nəinki filosofun aktuallaşan fəlsəfi proqnozları... 
Rusiyada İlyinin təbliğatı yüksələn xətlə davam edir. Onun adı dərsliklərə salınır, haqqında dissertasiyalar yazılır, kitabları çap olunur. 2017-ci ildə isə Oktyabr İnqilabının yüz illiyində Rusiya Dövlət Televiziyası “Trotski” serialının ilk nümayişi oldu. Serialda İvan İlyin Trotskini belə ittiham edirdi: “Sənin dağıtdığın dünya yetkin deyildi, ideal deyildi. Orda da əclaflar vardı. Amma sən hamını əclaf elədin. Sən cəlladsan ya da cəllada alqış eləyən kölə”.
Serialın nəyə görə Leninə yox, Trotskiyə həsr edildiyi hər kəsi düşündürmür? Bəlkə ona görə ki, Lenin rusiyalı idi, Trotski yəhudi? Leninə “cəllad”, ya da “kölə” demək olardımı? Yazının gedişatında məsələ tam aydınlaşacaq. 
Putin ziddiyyətlərdən də xali deyil. SSRİ-nin dağılmasını “XX əsrin ən böyük geopolitik fəlakəti” hesab edən Putinin əsas kanalının belə bir əlamətdar günün İlyinə həsr edilməsi qəribədir. Zira, Trotskiyə dediyi sözlərdən də başa düşüldüyü kimi, İlyin antikommunist idi.
Putinin ikinci dəhşətli ziddiyyəti haqqında bir az sonra. Hələlik isə, İvan İlyin haqqında arayış... 
1883-cü ildə doğulan İvan İlyin Moskvada universiteti bitirdikdən sonra fəlsəfə araşdırmaları üçün Almaniyaya gedir. Xüsusilə Hegelin təsirinə düşən İlyin Rusiyaya qayıdıb elmi fəaliyyətlə məşğul olur. Oktyabr İnqilabına müxalif olan İlyin bir neçə dəfə qısamüddətli həbs cəzası alır. 1922-ci ildə isə sağ meylli bir çox filosofla birgə Rusiyadan sürgün edilir. 1934-ci ilə qədər Berlindəki Rusiyaşünaslıq İnstitutunun professoru olur. 
Qatı antikommunist olan İlyin Rus Pravoslav Kilsəsinin ideallarına ürəkdən bağlı idi. Onun fikrincə, rusiyalı demək pravoslav demək, pravoslav demək isə rusiyalı demək idi. “Yeni və Böyük Rusiya”nın qurulması üçün pravoslavlığa həyati əhəmiyyət bəxş edən İlyin Rusiya xalqını tarixin ən əzabkeş xalqı hesab edirdi. İlyin Rusiya xalqının gələcəkdə görkəmli Rusiyanı quracağına inanır və onun missiyasını belə təsvir edirdi: “Bizim xaçımız ağırdır”. 
Putinin ikinci ziddiyyəti haqqında anonsu açaq. Məsələ bundadır ki, alovlu bir Hitler heyranı olan İlyin “Nasional sosializm-Yeni ruh” məqaləsində yazırdı: 
“Almaniyada baş verənlərə yəhudilərin prizmasından baxmağı birmənalı şəkildə qəbul etmirəm. Hitler nə etdi? Avropanın bolşevikləşməsinin qarşısını aldı. Bununla da o Avropaya böyük xidmət göstərdi. Hitlerin hakimiyyətə gəlməsi ilə Avropa mədəniyyəti tarixi bir fürsət qazandı”. 
İlyinin yəhudilərə münasibəti ilə serialda yəhudi Trotskini “kölə” adlandırmasını yanaşı qoyduqda niyə məhz Trotskinin seçilməsi üzə çıxır...
Alman xalqının Hitlerin yaratdığı “Yeni ruh” ətrafında birləşməsi İlyinin qanını coşdurur, Rusiyanın da bu cür milli oyanışını, yüksəlişini arzulayırdı. Hitlerin nasizminin belarus millətçiliyindən təsirləndiyini (əsassız yerə - Q.T.) iddia edən İlyini az da olsa narahat edən səbəb nasistlərin pravoslav olmamaları idi. 
Ancaq nasistlər İlyinə yaxınlıq göstərmir, ona etibar etmirdilər. Gestapo onu təqib etməyə başlayanda İlyin İsveçrəyə qaçmalı oldu. Ancaq II Dünya Müharibəsində faşizmin məğlubiyyətindən sonra belə faşizmə rəğbətini gizlətmədi. 1954-cü ildə İsveçrədə vəfat etdi. Qalanını bilirsiniz...
İvan İlyin Rus-pravoslav dəyərləri üzərində möhtəşəm bir Rusiya xəyal edirdi. Putinin dediyi kimi, Rusiyanın gələcəyini düşünürdü. 
“Gələcək bəlkə də heç vaxt gəlməyəcək!”. 

18-03-2022, 13:59 168

Digər xəbərlər

Bakı-Sumqayıt qatarlarının müvəqqəti ləğv edilmiş reysləri bərpa olunur

Zakir Fərəcov Şəhər Günündəsəyyar qəbul keçirdi – FOTO

Sumqayıt Məhkəməsi avtоmоbilini təmir edən ustanı döyən şəxsin cəzasını azaltdı

50 milyonluq qızıl QALMAQALI: azərbaycanlı iş adamı AXTARILIR

DYP-dən sürücülərə MÜRACİƏT

Şahlar Əsgərovdan Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirləri açdı!

Sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı QƏRAR

"Sumqayıt" doğma meydanda "Şamaxı"ya qarşı itkilərlə çıxacaq

Sumqayıtda ər arvadını döydü

"Mehdi Hüseynzadə”də keçiriləcək tədbirin planı bəllidi – azarkeşlər meydanda yarışacaq

Sumqayıtda yataqxanada qadınlar arasında dava - TƏFƏRRÜAT

"Sənətçiyə elə pul verməlidir ki, evə ət alacağını düşünməsin" - Məşhur aktyor

*Bakıda yeni universitet korpusu və yaşayış binaları layihələrinin ekoloji qiymətləndirilməsi aparılıb*

Merkelin xatirələri: Rusiya, NATO və Ukrayna mübahisələri üzə çıxdı- SENSASİYA

Ərdoğandan xəbərdarlıq: “Putin buna sərt cavab verə bilər”

Türkiyədən ABŞ-a çağırış: “Siz qoşunlarınızı geri çəkin, biz də...”

Deputatın “Zəngimcell”i: “Balansınız bitmişdir…”

Müqayis Verdiyev yenidən məhkəmə qarşısında

Pensiya ödənişi niyə gecikir? – Nazirlikdən açıqlama

Sumqayıtdakı lisey direktorunun qardaşı rəhmətə gedib

1 2 3 4 5 6 7 8 9 10 ... 903
Dünən, 18:05
Dünən, 17:37
Dünən, 12:39
Dünən, 12:32
Dünən, 11:50
Dünən, 11:41
Dünən, 11:34
Dünən, 11:31
Dünən, 10:24
Dünən, 10:10
Dünən, 10:00
Dünən, 09:00
21-11-2024, 19:29
21-11-2024, 11:07
21-11-2024, 10:53
21-11-2024, 10:46
21-11-2024, 10:16
21-11-2024, 10:01
21-11-2024, 09:09
20-11-2024, 19:47
20-11-2024, 19:24
20-11-2024, 16:08
20-11-2024, 15:29
20-11-2024, 15:25
20-11-2024, 15:23
20-11-2024, 15:20
20-11-2024, 15:14
20-11-2024, 15:12
20-11-2024, 15:08
20-11-2024, 15:04
20-11-2024, 15:00
20-11-2024, 14:58
18-11-2024, 09:09
18-11-2024, 09:02
15-11-2024, 19:20
15-11-2024, 14:16
15-11-2024, 14:08
15-11-2024, 14:01
15-11-2024, 13:59
15-11-2024, 13:53
1 2 3 4 5 6 7 8 9 10 ... 903