“Putinlə görüşün olmaması da mümkündür”.Bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski yerli jurnalistlərə müsahibəsi zamanı bildirib: “Bu gün heç nə barədə danışmayaq” demək ən asan mövqedir. Ən çətini onların etdiklərini söyləmək, onları düşmən kimi tanımaq, eyni zamanda görüş imkanı tapmaq, həmin görüşdə çıxış yolu aramaq və bununla belə öz ərazilərini itirməməkdir”, - deyə V.Zelenski bildirib.