“Nikol Paşinyan Rusiya ilə Qərb arasında qalıb"


“Ermənistan Baş naziri Nikol Paşinyan indi Qərblə Rusiya arasında qalıb. O, qərar qəbul edə bilmir”.

Bunu “Report”a açıqlamasında politoloq, professor Əlimusa İbrahimov deyib.
Onun fikrincə, hər iki tərəfin İrəvana təsirləri güclənir:
“Son bir ayda Rusiyada Paşinyanın Moskvaya səfəri ilə bağlı bir neçə dəfə xəbər yayılıb. Lakin Baş nazir hələ ki Moskvaya getməyib. Görünür, Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə apardığı müharibədə Kremlin yanında olmasına dair Ermənistandan rəsmi iltizam almaq istəyir. Görüşün bu günədək baş tutmaması isə Paşinyanın, həqiqətən, iki od arasında qalmasından xəbər verir. O, balanslaşdırılmış siyasət yürüdə bilmir”.
Politoloqun sözlərinə görə, Paşinyan Brüsseldə konkret nəticələrin əldə olunmamasına çalışa bilər:
“Dünən Ermənistanda keçirilmiş aksiyanın məhz bu məqsədə xidmət etməsi də istisna deyil. Hökumət başçısı mitinqi, daxildəki durumu bəhanə edərək ona təqdim edilən sənədləri imzalamaqdan imtina etmək niyyətindədir. İstənilən halda dünənki mitinq həlledici məqam deyil. Çünki ölkədə indiyədək belə etirazlar çox olub. Həm də Ermənistanda hazırkı iqtidara real rəqib yoxdur. Odur ki, hər şey Paşinyanın iradəsindən asılıdır. Əgər o, istəsə sənədləri imzalaya bilər. Bunu Avropada da bilirlər. Xüsusilə qeyd edim ki, hər iki ssenari bizə sərf edir. Baş nazirin təqdim olunan sənədlərə qol çəkməsi, əlbəttə, maraqlarımıza uyğundur. Bunun əksi də bizim üçün üstünlükdür. Çünki Ermənistanın destruktiv mövqeyi bir daha ifşa olunacaq. Bu, şübhəsiz, bizim diplomatik uğurumuz kimi qiymətləndirilməlidir”.

Ə.İbrahimov düşünür ki, N.Paşinyan saman çöpündən yapışmağa çalışır:
“Hazırkı iqtidardan əvvəlki hakimiyyətlər Azərbaycanın gec-tez Qarabağı azad edəcəyini bilsələr də, inadkarlıq göstərirdilər. İndi Paşinyan da həmin ritorikanı davam etdirir. O, qərar qəbul edə bilmir. Gələcəkdə hansısa münbit şəraitin yaranacağına ümid edir. Çox güman, bu gün Paşinyana təqdim ediləcək sənədlər Azərbaycanın maraqlarına tam uyğundur. Avropa İttifaqı rəsmilərinin bəyanatları da bunu göstərir. Sözsüz, müqavilə gec-tez imzalanacaq, sərhədlərin müəyyənləşməsi baş tutacaq. Sadəcə dediyim kimi, Paşinyan prosesləri uzatmağa çalışır”.

Qeyd edək ki, Ermənistan müxalifəti aprelin 5-də paytaxt İrəvanda mitinq keçirib. Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında bu gün baş tutacaq Brüssel görüşü ərəfəsində təşkil edilmiş aksiya hakimiyyətin növbəti siyasi şousu kimi qiymətləndirilir. N.Paşinyanın məqsədi ictimai rəyə əsaslanaraq danışıqlar zamanı özünü mümkün ssenarilərdən sığortalamaqdır. Ermənistanda bütün rəhbərliklər dövründə danışıqlar prosesini ləngitmək və zaman udmaq üçün belə metodlardan geniş istifadə olunub. Lakin Paşinyan da, onun Qərbdəki havadarları da çox yaxşı bilirlər ki, artıq Qarabağ problemi həll olunub. Geriyə yol yoxdur və əlavə şərtlər irəli sürmək cəhdlərinin heç bir səmərəsi olmayacaq. Gec-tez sülh müqaviləsi, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması və digər məsələlərin həlli üzərində iş başlamalıdır. Bu, nə qədər tez olsa, Ermənistan üçün bir o qədər yaxşıdır.

6-04-2022, 15:11 210

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041