Ukrayna Silahlı Qüvvələri aprelin 13-də Xarkov vilayətində iki Rusiya təyyarəsini vurub. Bu barədə Xarkov vilayətinin rəhbəri Oleq Sinegubov "Telegram"da məlumat verib.
"Bu gün Ukrayna Silahlı Qüvvələrinin mobil bölmələri Xarkov vilayətinin yaşayış məntəqələrinə hücum edən 2 Rusiya təyyarəsini vurub. Biz Xarkov vilayətini gecə-gündüz müdafiə edən Ukrayna Silahlı Qüvvələrinə inanırıq", - Sinegubov yazıb.