Rusiya 2021-ci ilin sonlarından etibarən Ermənistana silah və hərbi texnika tədarükünü dayandırıb.Bu haqda erməni “Telegram” kanalları hərbi mənbələrə istinadən məlumat yayıblar.
Qeyd olunub ki, Moskvanın müvafiq qərarının səbəbi tam olaraq bəlli deyil. Ancaq Rusiyanın Ukraynadakı hərbi fəaliyyətlər və ya Azərbaycanın tələbi əsasında bu cür addım atdığı ehtimal olunur.