“Moskvadan Ural dağlarına qədər boş ərazisi var, əgər Rusiya erməniləri belə çox istəyirsə...”



“Hələ iki il bundan öncə Putinə demişdim ki, niyə qoçuluq edirsən. Rus xalqı yaxşı xalqdır, amma bir az şovinistdirlər. Onlar özlərini yüksək irq, bizləri isə 2-ci, 3-cü yerdə hesab edirlər. Rusiya işğalçı bir dövlət kimi ad qazanıb. Çünki xəritəyə baxsan, dünyanın üçdə biri qədəri Rusiyanındır. O dövləti almaq, yəni bu başından girib o başından çıxmaq qeyri-mümkündür. Onunla heç kəs bacarmaz. Ona görə də nə istəsə, onu da edirlər”.
 
Bunu Moderator.az-a açıqlamasında tanınmış ictimai xadim, Tibb Universitetinin dosenti Rəşid Mahmudov deyib. R.Mahmudov Qarabağ probleminin artıq bitdiyini və ermənilərin bunu dərk etmələrinin vacibliyini vurğulayıb:
 
“Burda rus xalqının günahı yoxdur, onların başına gələn rəhbərlər ifrat dərəcədə pis və işğalçıdırlar. Rusiya Ukraynaya hücum etməklə çox düşünülməmiş bir addım atdı. Əgər belə davam edərsə, Rusiyanın özünün də sonu ola bilər. İndi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çalışır ki, bu iki dövləti barışdırıb, müharibəni dayandırsın. Əgər barışıq olmasa, Rusiya parçalana bilər, yəni bu da qaçılmazıdır.
 
Rusiya 1828-ci ildə İrəvan şəhərimizi bizdən alıb Yerevan etdi və ermənilərə verdi. Təbrizə qədər bizim ərazi idi, onu da İrana verdi. Dəmir Qapı Dərbəndə qədər özü götürdü. Borçalını Gürcüstan götürdü. Göyçə gölünün ətrafını da bizdən alıb erməniyə verdi. Bizim sərhədlərimizdə öz torpağımızdan başqa digər dövlətin torpağı yoxdur. İndi də Qarabağdan çıxmaq istəmir. Rusiya bilməlidir ki, məcbur iş olmur, dövran o dövran, millət o millət, Azərbaycan əvvəlki Azərbaycan deyil. Onlar bunu bilib başa düşməlidirlər. Bizim yolumuz birbaşa türkə doğru olmalıdır. Yolumuzu çaşmayaq, biz Türkiyənin, Türkiyədə Azərbaycanın yanındadır. Biz bir dövlətik. 
 
Ermənilər isə çaşıblar. Onlar elə bilir ki, Rusiya hakimiyyəti bunların dostudur. Mənim dövlətimdə özbaşınalıq da, rüşvətxorluq da, korrupsiya da var, amma onunla bərabər mənim dövlətim var. Dövlətimi onlara heç vaxt qurban vermərəm. Biz hamımız bu dövləti qorumalıyıq, borcumuzdur. Qarabağ məsələsi bitib, bunu Putin də, bütün dünya da anlamalıdır. O torpaqlar bizimdir. Ermənilər bizim vətəndaş kimi yaşamaq istəyirlərsə, yaşayacaqlar, amma bunu qəbul etmirlərsə, çıxıb torpaqlarımızdan rədd olub getsinlər. Moskvadan Ural dağlarına qədər Rusiyanın boş əraziləri var. Əgər erməniləri belə çox istəyirsə, onları aparıb orda bir balaca dövlət qursun və həm yaşasınlar, həm də o torpaqları becərsinlər. Bizim torpağımızda heç kim özünə dövlət qura bilməz”.

15-04-2022, 17:50 205

Digər xəbərlər

Bu gün Azərbaycanda hava dəyişkəndir – yağış və külək gözlənilir

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 02:38
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
1 2 3 4 5 6 7 8 9 10 ... 1041