Real vəziyyət, yeni hücum ehtimalları – TƏHLİL + XƏRİTƏ



Ukrayna Rusiyanın Qara dənizdəki donanmasının əsas vuran əli olan “Moskva” kreyserini vurub dənizin sularına qərq etdikdən sonra müharibənin xarakteri şiddətlənir.

Qara dənizdə gəmisi batan (həm həqiqi, həm də metafora) Rusiya Kiyevi və Polşa ilə sərhəddəki Lvovu atəşə tutmaqla qisas aldığını düşünür, amma bundan sonra Moskvanın hərbi planlarının daha dağıdıcı olacağını da söyləmək mümkündür.
Rusiya quru döyüşlərində uğur qazanmaq potensialından məhrumdur, onun əsas gücü məsafədən raket zərbələri endirməklə məhdudlaşır - ən azından, indiki məqam üçün. Buna görə də Rusiyanın yenidən geri çəkildiyi əraziləri və Lvovu bombardman edəcəyi gözləniləndir.
Hərçənd ki, Rusiya hazırda Kiyevə, Sumıya, Çerniqova zirehli texnikalarla və desant qüvvələri ilə hücum həyata keçirmir, amma Ukraynanın cənubunda və şərqindəki müharibə alovlarını daha yüksəklərə qaldırmaqla şimal-şərqdəki məğlubiyyətinin əvəzini çıxır.
Rusiya qüvvələri işğal etdiyi İzyum oxunda yeni cığırlar açmaq üçün vurnuxur, davamlı olsa da, keyfiyyətcə uğursuz hücumlara imza atır.
Bu hücumların imitasiya xarakterli planın tərkib hissəsi olduğu versiyası güclüdür, yəqin ki, Rusiya ordusu Ukraynanın şərqində genişmiqyaslı hücuma keçmək üçün tələsmir. Təxirə salınmağın səbəbləri Rusiya ordusunun mənəvi ovqatındakı ruh düşkünlüyü və onların təchizat problemləri ilə üzləşməsidir, lakin Rusiyanın hər vəchlə özünü ələ alaraq enerji toplamağa davam etdiyi görünür.
Xersonu və Mariupolu ələ keçirən Rusiyaya qarşı dirənişlər davam edir, hətta Mariupolda partizan döyüşlərinə də start verilib.
Mariupol Rusiya-Ukrayna müharibəsindəki dəhşətli mənzərələrin mərkəzinə çevrilir, vəziyyəti daha da qəlizləşdirən isə limana və Azovstal zavoduna hücumların davam etməsidir.

Xəritə ABŞ Müharibə Tədqiqatları İnstitutuna məxsusdur.
Böyük ehtimal ki, Rusiya Azovstal zavodunun yerdə qalan müdafiəçilərini atəş gücü ilə təslim olmağa vadar edəcək, bununla belə, ukraynalı döyüşçülər təslim olmamaq prinsipiallığından geri çəkilmirlər.
Rusiyanın Ukraynanın şərq və cənub-şərq cinahlarında üstünlük qazanması onun yenidən Kiyevə hücum edəcəyi ehtimallarını artırır.
Ukrayna tərəfindən verilən bəyanatlar həmin ehtimalın real zəminə keçəcəyi ssenarilər üzərində fikir yürütməyə əsas verir, hərçənd ki, Rusiyanın indi Kiyevə hücum üçün toparlanmağı xeyli vaxt tələb edər.
Rusiyanın Kiyevə təcavüz planına dair açıqlamaların nüvəsi barədə digər versiya da səsləndirmək olar.
Mümkündür ki, Qərb və Ukrayna bu mövzunu ortaya atmaqla Ukraynanın intensiv silahlandırılmasının davamlılığını təmin etmək istəyir, bu isə müharibənin müddətini uzadan faktorlardan birinə çevrilir.
Oxu.az



18-04-2022, 11:50 168

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041