Ermənilər Qarabağda beş minə yaxın mənzili satışa çıxarıblar

İkinci Qarabağ müharibəsində Azərbaycanın qazandığı şəksiz qələbə Ermənistanda bloklanmış situasiyanın yaranmasına səbəb oldu və erməni cəmiyyətində siyasi proseslərin fərqli məcrada cərəyan etməsinə gətirib çıxardı. Müharibədən sonra Qarabağda yaşayan ermənilərlə bağlı da Azərbaycanın milli maraqlarına cavab verən proseslər müşahidə olunur.

Əldə etdiyim məlumata görə, Qarabağda yaşayan ermənilərə məxsus mülklərin satışı ilə bağlı son bir ay ərzində müxtəlif platformalarda 5 minə yaxın elan yerləşdirilib.
Hazırda Qarabağda 25-30 min arası erməni yaşayır. Əsasən 3-4 otaqlı mənzilləri satışa çıxaranlar orta imkanlı erməni ailələridir. Xankəndidə yaşayan ermənilər mənzilləri, torpaq sahələrini və ticarət obyektlərini tələsik sataraq, oranı mümkün qədər tez tərk etmək istəyirlər.
Müşahidələr və proseslərin təhlili göstərir ki, ermənilər Xankəndidə yaşamağın gələcək perspektivlərini görmürlər və İrəvanda hökm sürən dərin ümidsizlik Xankəndidə daha qabarıq şəkildə özünü büruzə verir.
Digər tərəfdən, Fərrux yüksəkliyi və digər ərazilərdə Azərbaycan ordusunun apardığı hərbi-taktiki tədbirlər cavan nəslin nümayəndələrinə ciddi şəkildə mənfi təsir edir. Onlar başa düşürlər ki, İrəvanda səngimək bilməyən siyasi çəkişmələr və bütün bunların fonunda Azərbaycan ordusunun uğurlu addımları onların gələcək imkanlarını sıfırlamış olur.
Əminliklə demək olar ki, Rusiya hərbçilərinin sülhməramlı missiyasının bitdiyi ərəfədə Qarabağda yalnız yaşlı erməni nəsli, erməni hərbi birləşmələrində xidmət edən şəxslərin ailə üzvləri və Qarabağın sərvətlərini talayan biznes subyektləri qalacaq.
Sonda qeyd etmək lazımdır ki, ermənilərin rusların dəstəyi ilə Qarabağda həyata keçirdiyi “möhkəmlənmə” tədbirləri isə imitasiyadır. Bu, ermənilərin taktiki və situativ addımlarıdır. Azərbaycanın atdığı strateji addımlar bu tədbirlərin perspektivlərini heçə endirir.
Azərbaycanın bundan sonra Qarabağda atdığı addımlar müharibədə qazanılan qələbə qədər tarixi əhəmiyyət daşıyır. Şübhəsiz, ermənilərin Xankəndini sürətlə tərk etməsi Azərbaycanın növbəti qələbəsini qaçılmaz edir. Ermənilər Qarabağda yaşamaq istəmirlər, belə çıxır ki, gələcəkdə Rusiya sülhməramlılarının fəaliyyətinə də real ehtiyac qalmayacaq.
Yəni, Qarabağdakı mövcud situasiya Azərbaycan üçün bu qədər strateji və əhəmiyyətlidir.
Ona görə də Prezident İlham Əliyevin qlobal proseslərdə ciddi tribuna qazanması, onun Qarabağla, ümumən Azərbaycanın gücləndirilmiş mövqeyi ilə bağlı atdığı praqmatik addımlar məmurlar tərəfindən düzgün qiymətləndirilməlidir. Hazırda Qarabağdakı ədalətin tam şəkildə bərpa olunması, Azərbaycanın gələcək təhlükələrdən tamamilə sığortalanması üçün İ.Əliyev ciddi enerji sərf edir və belə bir situasiyada ölkənin daxilində gərginliyi artıran, dövlət-vətəndaş münasibətlərinə xələl gətirən istənilən hərəkət yolverilməzdir.
Şəksiz, bu məsələdə əsas məsuliyyət də məmurların üzərinə düşür və tutduğu postdan asılı olmayaraq, hər bir məmur öz məsuliyyətini anlamalıdır. Bunun əksini etmək Prezidentin iqtisadi-siyasi, sosial və milli-tarixi konsepsiyalarını məqsədli şəkildə tormozlamaq deməkdir.
Demokrat.az

20-04-2022, 13:45 244

Digər xəbərlər

Bu gün Azərbaycanda hava dəyişkəndir – yağış və külək gözlənilir

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 02:20
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
1 2 3 4 5 6 7 8 9 10 ... 1041