Zəngəzurda yeni hərbi hissələr fəaliyyətə başladı

Sumqayit.tv xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, iyulun 8-də Qubadlı və Laçın rayonları ərazisində DSX-nin iki yeni hərbi hissəsi xidməti istifadəyə verilib. Bununla əlaqədar təşkil olunmuş mərasimlərdə çıxış edən Dövlət Sər­həd Xidmətinin rəisi general-polkovnik ElçinQuliyev işğaldan azad olunmuş əraziləri­mizdə yeni hərbi hissə komplekslərinin xidməti-döyüş fəaliy­yə­tinə başlaması münasibətilə şəxsi heyəti təb­­rik edib.
Ermənistanla dövlət sərhədinin əhəmiyyətli hissəsinin mühafizə­sinə cavabdeh olacaq yeni hərbi hissələrin fəaliyyətə başlamasının xü­susi əhəmiyyət kəsb etməsi qeyd olunub, Vətən Mühari­bə­sində döyüş tapşırıqlarını uğurla icra edərək şücaət göstərən, bu gün də düşmən tapda­­ğından azad olunmuş müqəddəs sərhəd­lərimizin toxu­nul­mazlı­ğı­nı təmin edən Azərbaycan sərhədçilərinin ölkə­mizin ərazi hüdudlarının mühafizəsi vəzifəsini hər zaman layiqincə ye­rinə yetirəcəkləri vurğulanıb
Tədbir çərçivəsində Vətən Müharibəsində şücaət və qəhrəmanlıq göstə­rə­rək Xocəvənd, Füzuli, Cəbrayıl, Zəngilan rayonlarının və Şuşa şəhərinin azad olunmasında fərqləndiklərinə görə Azərbay­can Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Ko­mandanı İlham Əliyev tərəfindən təltif edil­miş hərbi qulluqçulara orden və medallar təqdim olunub.
Açılış mərasimindən sonra hərbi qulluqçuların xidməti fəaliy­yə­tinin təşkili üçün yaradılmış şəraitlə tanış olunub, o cümlədən zəru­ri avadanlıq, mebel, məişət əşyaları, istilik sistemi ilə təmin edilmiş xid­mə­ti otaqlara, kazarma və yeməkxanaya, hamam-camaşırxana komp­lek­sinə, anbarlara, döyüş texni­kası­na, silah və texniki vasitələrə baxış keçirilib.
Tədbirin sonunda şəxsi heyətlə birgə nahar edilib, xatirə foto­şə­killəri çəkilib, Dövlət Sərhəd Xidmətinin nümunəvi orkestrinin və rəqs ansamblının ifasında konsert proqramı şəxsi heyətə təqdim olunub.
Tədbirdən sonra “Qubadlı” əlahiddə sərhəd divi­zi­yasının rəhbər heyətinin iştirakı ilə xidməti mü­şa­virə keçirilib, Prezident İlham Əliyevin verdiyi tapşırıq­ların icra vəziyyəti, xidməti ərazidə möv­cud olan əməliy­yat şəraiti və görülən təd­birlər haqqında və­zifəli şəxs­lərin məruzələri dinlənilib, dövlət sərhədinin müdafiəsi və mühafizəsi isti­qamətində həyata keçirilən tədbirlər yüksək qiymətlən­dirilib.

9-07-2021, 13:42 247
Bu gün, 15:20
Bu gün, 14:34
Bu gün, 13:44
Bu gün, 13:17
Bu gün, 13:13
Bu gün, 13:01
Bu gün, 12:41
Bu gün, 12:20
Bu gün, 12:18
Bu gün, 12:17
Bu gün, 11:00
Dünən, 22:37
Dünən, 17:11
Dünən, 17:08
Dünən, 15:46
Dünən, 14:12
Dünən, 13:27
Dünən, 13:18
Dünən, 12:31
Dünən, 11:13
Dünən, 11:11
Dünən, 11:09
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 10:00
Dünən, 07:49
Dünən, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
21-07-2026, 14:31
21-07-2026, 14:25
21-07-2026, 12:48
1 2 3 4 5 6 7 8 9 10 ... 1086