Qoyun oğruları Sumqayıtda yaxalandılar

Sumqayit.tv DİN-in Mətbuat Xidmətinə istinadən  məlumat verir ki, Xızı Rayon Polis Şöbəsinə rayonun Altıağac qəsəbə sakini Q.Cəbiyevə məxsus bir baş qoyunun naməlum şəxslər tərəfindən oğurlandığı və həmin şəxslərin "Ford tranzit" markalı nəqliyyat vasitəsi ilə Bakı şəhəri istiqamətində hərəkət etdikləri barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əməliyyat tədbirləri həyata keçirilib və onların saxlanılması istiqamətində tədbirlər görülüb. RPŞ-nin Post Patrul Xidmətinin əməkdaşları tərəfindən həmin şəxslərə saxla işarəsi verilsə də, onlar əmrə tabe olmayaraq hadisə yerindən uzaqlaşmağa çalışıblar. Giləzi qəsəbəsi ərazisində onların saxlanılması üçün dəmir yolu üzərində yerləşən şlaqbaumdan istifadə olunan zaman isə həmin şəxslər şlaqbaumu qıraraq Bakı şəhəri istiqamətində hərəkətlərinə davam ediblər.

Keçirilən tədbirlərlə nəqliyyat vasitəsi Sumqayıt şəhəri yaxınlığında saxlanılıb. Avtomobildə olan Bakı şəhər sakini Samir Şıxıyev və Ağdam rayon sakini Fəxriyyə Babayeva polis şöbəsinin istintaq qrupuna təqdim olunublar.
Faktla əlaqədar Xızı RPŞ-nin İstintaq Qrupunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir. Hadisənin digər iştirakçılarının müəyyən edilməsi istiqamətində tədbirlər davam edir.

10-07-2021, 14:50 292

Digər xəbərlər

Bu gün Azərbaycanda hava dəyişkəndir – yağış və külək gözlənilir

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 02:38
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
1 2 3 4 5 6 7 8 9 10 ... 1041